Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlikdə qəbizliyin müalicəsi: nə etmək olar?
Hamiləlikdə qəbizliyin müalicəsi: nə etmək olar?
Göndərən: Qlamurr
Şərhlər: 7
Baxılıb: 429
Səs ver:
Həkimlər tez-tez təkrar edir ki, qəbizliyin ən yaxşı müalicə üsulu onun qarşısını almaqdır. Bu xoşagəlməz pozulma xəstəyə çoxlu narahatlıq verir, bədənin intoksikasiyasına (zəhərlənmə) səbəb olur.
Xroniki qəbizlik bir çox ciddi bağırsaq xəstəliklərinin riskini artırır.
 
Hamiləlik zamanı qadınların əksər hissəsində qəbizlik inkişaf edir. Böyümüş uşaqlıq bağırsaqları sıxır, onların fəaliyyəti və boşalması çətinləşir. Həmçinin qadının orqanizmində baş verən hormonal dəyişikliklər də bağırsaqların fəaliyyətinə təsir edir.
Hamiləlik zamanı qəbizlik xüsusilə təhlükəlidir. Bu səbəbdən hamilə qadında qəbizlik inkişaf edibsə, mütləq həkimə müraciət etməlidir.
Kəskin qəbizliyin müalicəsi üçün çoxlu sayda vasitələr mövcuddur. Lakin bu vasitələrin bəziləri hamiləlik zamanı istifadə oluna bilməz.
- İmalə. Hamiləlik zamanı imalədən istifadə etmək olmaz. İmalənin istifadəsi doğuşun başlanmasına səbəb ola bilər.
- Bağırsaqlara qıcıqlandırıcı təsir edən dərmanlar (bisakodil, sənna otu və s). Bu dərmanların təsirindən bağırsaqların sinir hüceyrələri aktivləşir, bağırsaqların tonusu artır. Lakin hamiləlik zamanı bu təhlükəlidir. Bağırsaqların tonusunun artması uşaqlığın tonusunun artmasına səbəb ola bilər. Bu isə hamiləliyin pozulmasının riskini artırır.
Bundan əlavə, bu dərmanların tərkibində olan maddələr dölə mənfi təsir edə bilər.
- Laktuloza (düfalak). Tərkibində laktuloza olan preparatlar hamiləlik zamanı istifadə oluna bilər. Bu preparatlar bağırsaqlarda nəcis kütləsinin həcmini artırır, onu daha sulu edir, bağırsaqların hərəkətliliyini artırır. Bütün bunlar isə bağırsaqların boşalmasını asanlaşdırır.
Laktuloza əsasında preparatlar axşam yatmazdan əvvəl qəbul edilir. Dərman səhər təsir edir.
Lakin bir çox hallarda laktulozanın qəbulu zamanı güclü meteorizm (köp), qarında ağrılar, diskamfort inkişaf edir. Bəzi qadınlarda laktulozanın qəbulu ishala gətirib çıxarda bilər.
- Mikroimalə (melilaks və s.). Hamiləlik zamanı istifadə olunur. Mikroimalənin təsirində nəcis kütləsi yumşalır və bağırsaqlar tez bir zamanda boşalır. Laktulozadan fərqli olaraq, mikroimalə tez təsir edir və onun təsiri yalnız bağırsağın az bir hissəsini əhatə edir.


Şərhlər: 7
Baxılıb: 429
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
Butun hamile xanimlari Allah qorusun,sag salamat alsinlar qucaqlarina korpelerin.
31 may 2016 23:41
# 7
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
vipbetul
hamile xanimlarin en cox rast geldiyi prablemdir
31 may 2016 22:16
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
eliyeva ayan
Mendede var. Bu problem
31 may 2016 21:59
# 5
insan heyatinin bir dovrunde aldanir obiri dovrunde aldadir, basqa sozle desek dunyaya quzu kimi gelir tulku kimi gedir
Kölge
Sitat: son bahar
Menim cox wukur hamilleliyimde bele bir prablemim olmadi...doguwdan sonra bir muddet eziyet cekdim

Men de doguşdan sora qliserin şami işletdim bir muddet
31 may 2016 20:47
# 4
Her şeye gore şukur
son bahar
Menim cox wukur hamilleliyimde bele bir prablemim olmadi...doguwdan sonra bir muddet eziyet cekdim
31 may 2016 17:19
# 3
...
Miss_Oxatan
Heleki bu saridan problemim yoxdur.hereketli olmaq lazimdir.cox gezmelisen.arada hava ile elaqedar iki uc gun yuruyuw ede bilmedim onda oldu qebizlik.ama indi her gun iki saat gezirem,yungul yuruyuwle beraber.cox xeyirdir.
31 may 2016 15:11
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
yarpaq33
Hamileler ucun cox faydali xeberdir
31 may 2016 13:46
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz