Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ana bətnində əkizlərdən biri digərini necə yeyir?
Ana bətnində əkizlərdən biri digərini necə yeyir?
Göndərən: Barbaris
Şərhlər: 6
Baxılıb: 1005
Səs ver:
Son günlər dünya mətbuatında ana bətnindəki əkizlərdən birinin digərini yeməsi haqqında xəbərlər dolaşır. Bunun bir əfsanə və ya gerçək olması isə hələlik məlum deyil. Türkiyəli qadın xəstəlikləri və doğuş mütəxəssisi Can Şener bu hadisəni maraqlı faktlarla izah edib.

Sirr deyil ki, hamiləlik müqəddəs, lakin bir o qədər də çətin prosesdir. Hamiləliyin və doğuşun nə qədər çətin bir imtahan olduğunu xüsusilə əkiz körpə gözləyən qadınlar daha çox bilir. Bəzənsə ətrafdan alınan səhv məlumatlar bu prosesi daha da çətin bir hala gətirir: "İstər eyni, istər fərqli cinsdən olan iki körpəyə eyni anda sahib olmaq çox gözəl görünsə də, hamiləlik müddəti, doğuş, doğuşdan sonra eyni anda iki körpəyə baxmaq və böyütmək fiziki, sosial, iqtisadi problemlər yaradır. Əslində insan bədəni üçün təkamül quruluşuna görə bir geriləmə kimi qəbul edilən əkiz hamiləlik çox zaman ağır və faciəli fəsadlara səbəb olur. Bu cür fəsadlardan biri də xalq arasında səhv adlandırılan "əkizini yeyən körpə" əfsanəsidir. Əlbəttə ki, həqiqi mənada belə bir şey mümkün deyil".

C. Şener sadəcə olaraq bu əfsanənin ortaya çıxmasına səbəb ola biləcək bəzi fəsadların olduğunu deyir. Uzman həmin fəsadları bu ardıcıllıqla sadalayıb:

1. Bəzən hamiləliyin erkən dövründə dölün biri ölür, ya qanama nəticəsində itir, ya da bədən tərəfindən əmilir. UZİ əkiz hamiləlik diaqnozu qoyduqdan qısa bir müddət sonra ikinci körpə ortadan qalxır, yəni sanki itir.

2. Xüsusilə tək yumurta əkizlərində birinin digər əkizə qanla transferi reallaşır. Ana bətnindəki əkizlərdən biri digərinin qan qaynağının əhəmiyyətli bir qismini özü üçün istifadə edir, özü təhlükəli böyümə və ürək çatmazlığı riskini aradan qaldırır, lakin qardaşının (bacı) qidalanması və çox vaxt ana bətnində ölümünə səbəb olur.

3. Çox vaxt 20 yaşlarında gənc qızlarda yaranan yumurtalıq şişi olan kistik teratomlar da bədəndə olan uşağa bitişik olur və onun əkizi kimi görünür. İnsanı yaradan bütün hüceyrə təbəqələrindən təsadüfi toplanmış bir hüceyrə yığını olan bu şişlərin tərkibində çox vaxt saç və diş strukturlarına belə rast gəlinir.

Türkiyənin digər qadın xəstəlikləri və doğuş mütəxəssisi Suat Süphan Erşahin də əkizlərdən birinin digərini yeməsinin reallığa uyğun olmayan bir hal olduğunu deyir. Lakin o, "twin- twin" deyilən bir sindromun olduğunu da vurğulayır: "Bu sindromda bir körpənin qanı digər körpəyə keçir. Bir körpə həddindən artıq inkişaf etdiyi halda, digər körpədə zəiflik baş verir, körpə qidalanmır və ölümlə nəticələnir. Bu, yalnız tək plasenta və tək amniyon kisəsi olan hamiləliklərdə ola bilən haldır".


Şərhlər: 6
Baxılıb: 1005
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ekizlerin mamasi
Bele bir cumleni esitmisdim ama inanmirdim.burda da cox yaxsi izah edilib.esitmusemki uzide 1ci ekiz deyilir sonraki uzide 2ci gorunmur.sebebinde deye bilmiller,ama burdaki yazini oxuyannan sonra basa dusdum.tsk cox faydali melumatdi
12 iyun 2016 11:58
# 6
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Marta
Basligi oxuyanda gozlerim boyudu)) hec esitmemisdim. Melumata gore tesekkur..
10 iyun 2016 23:49
# 5
Немного терпения, и у тебя все получится..
vipbetul
maraqli yazidi
10 iyun 2016 23:47
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
Umumiyyetle ekizlerin birinin o birini yemesi ifadesini ewitmemiwdim.ilk defe bu ifadeye rast geldim.hekim etrafli wekilde izahat verib,bu ifadeye inanib iwledenler yeqin birde iwletmez)))
10 iyun 2016 21:11
# 3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Totu
Ekiz anneler aid..
10 iyun 2016 18:58
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
son bahar
Maraqli xeber oldu duzu biraz heyretlendim bawligini.oxuyanda...allah butun hamile xanimlarimiz qorusun...sag salamat korpe nesib etsin
10 iyun 2016 18:26
# 1
...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz