Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik zamanı qidalanma
Hamiləlik zamanı qidalanma
Göndərən: Tomris Müslümova
Şərhlər: 4
Baxılıb: 424
Səs ver:
Hamiləlik, ana olmaq, dünyaya özündən bir canlı gətirmək qədər xoş bir hiss yoxdur. Eyni zamanda da xüsusi, bir o qədər də məsuliyyətli dönəmdir. Körpənin böyüməsi, sağlam olması, ruhən və fiziki olaraq yaxşı inkişaf etməsi ananın sağlamlığı və düzgün qidalanmasından aslıdır. Çünki ana bətnində uşaq ananın qidalandıqlarından özünə lazım olanları seçir və onlarla qidalanaraq böyüyür. 

Hamiləlikdə düzgün qidalanmamaq nəyə səbəb olar?
Hamilə ana zəif qidalanmağa başlasa uşaq ana bətnində ananın orqanizmindəki qidalandırırcı maddələrlə qidalanmağa başlayar. Bu da, uşaq ilə yanaşı ananın özünün də sağlamlığını təhlükə altında qoyar. Nəticədə uşaq ölü doğula, fiziki və ya ruhi problemləri ola bilər, erkən doğum da qaçılmaz haldır. Ana da isə qansızlıq, ayaqlarda şiş, sümüklərdə zəiflik yaranır. Ananın düzgün qidalanması doğuşdan sonra körpəyə lazımi miqdarda süd verməsi üçün məcburidir.

Hamiləliyin tələb etdiyi enerji və qida elementləri:
Ət, yumurta, lobyakimilər:
Bu qidalar beyin, əzələ, sümük və dişlərin inkişafı, eyni zamanda da qanın artması üçün faydalıdır. Orqanizmin zülal və dəmir ehtiyacını ödəyir.

Süd və süd məhsulları:
Sümüklərin, dişlərin və böyüməyin əsas yardımçılarıdır. Zülal və kalsium qaynağıdır. 

Tərəvəz və meyvələr:
Böyümə və inkişaf üçün orqanizmi vitaminlər və minerallarla zənginləşdirər.

Dənli bitkilər:
Kalori və B qrupu vitaminləri özündə birləşdirdiyi üçün böyümə və inkişafa yaxşı təsir edir.

Enerji verən yağ və şəkərlər:
Orqanizmdə enerji çatışmazlığını bərpa edir. Bu qidalandırıcı maddələri normal həyatımızda olduğu kimi hamiləlik dövründə də davamlı qəbul etməliyik. 

Kalsium 
Kalsium körpə ana bətnində 8 həftəlik olarkən yaranmağa başlayan sümük və dişlərin inkişafında mühüm rol oynayan mineraldır. Buna görə də hamiləlik vaxtı ana namizədləri bol-bol süd, pendir, qatıq və yaşıl tərəvəzlər qəbul etməlidir. 

C vitamini
C vitamini orqanizmi xəstəlik, mikroblardan qoruyaraq imuniteti gücləndirir. C vitamini üçün portağal, limon, feyxoa, qırmızı və yaşıl bibər, gül kələmi, pomidor, çiyələk, kahı, kələm və qreyrut qəbul etmək lazımdır. 
Folik Asid isə körpənin mərkəzi sinir sisteminin inkişafı üçün bu maddə çox vacibdir. Daha çox yerfındığı, fındıq, gül kələmi, kəpəkli çörək yeməlisiniz.

Lifli qidalar
Bu tip qidalar hamiləlikdə tez-tez rast gəlinən qəbizlik və bağırsaqlardakı problemləri aradan qaldırır. Bulantı olduğu zaman da bu qidalar köməyə gəlir. Lifli qidalar qrupuna daha çox qaysı, kəpəkli çörək, quru üçüm, lobya, qəhvəyi düyü aiddir.

Hamilə analar üçün 2000 kalorilik meyu
Səhər: 1 stəkan süd, 1 yumurta, 1 dilim pendir, 1 dilim çörək, 1 pomidor, 1 xiyar, cəfəri, yaşıl bibər
Ara naharı: 1 meyvə, 1 stəkan ayran, 1 incə dilim çörək
Günorta naharı: 1 boşqab ətli qurulobyalı yemək, 1 boşqab plov və ya makaron, 1 stəkan ayran, 1 boşqab salat, 1 orta dilim çörək, 1 ədəd meyvə
Axşam: 1 boşqab ət – mal əti, balıq və ya toyuq (tərəvəzli), 1 boşqab zeytun yağlı tərəvəzli yemək, 1 stəkan ayran, 1 boşqab salat , 1 orta dilim çörək
Gecə: 1 su stəkan süd və ya 1 boşqab südlü şiriniyyat, 1 boşqab meyvə
Qeyd edək ki, səhər və ya ara naharında 5 zeytun, 1 çay qaşığı bal, doşab qəbul edilə bilər.


Şərhlər: 4
Baxılıb: 424
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
men hamile vaxti ccox yeyirdim
13 iyun 2016 22:37
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
FISTIK
Qeyd etdim basqa xeberde hamilelikde qadin qidalanmahina cox fikir vermelidi hem saqlam qidalanmalidir hemde cekisine gorede diqet etmelidir. Burda qeyd edilen qidalar usaq ve ana ucun faydalidir.Hamile xanimlar ucun faydali xeberdi.
12 iyun 2016 20:07
# 3
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
nisanliyam
7 ayliq hamileyem ama bu qeder yeye bilmerem
12 iyun 2016 20:00
# 2
vipbetul
hamile xanimlarcin lazimli meluamtdir
12 iyun 2016 18:38
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz