Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamilə xanımları kökəlməyə qoymayan yüngül məşqlər
Hamilə xanımları kökəlməyə qoymayan yüngül məşqlər
Göndərən: guler19
Şərhlər: 3
Baxılıb: 353
Səs ver:
Ana olmağa hazırlaşan xanımlar hamiləlik dövründə də bədəninin qayğısına qalmalıdır. Məsələn, 9 ay ərzində idman edərək hamiləliyin bədənə göstərdiyi mənfi təsiri azaltmaq mümkündür. 

Qadınlar.bizin sağlamlıq bölməsi idman mütəxəssislərinin hamilə xanımlar üçün təklif etdiyi ən etibarlı və sadə məşqləri təqdim edir: 

İdmanın faydası 

Bədən hamiləliyin gərginliyinə hazır olmalıdır. Təsəvvür edin, sümük, əzələ, oynaq vә başqa orqanlar böyümәkdә olan körpənin tələblərinə uyğun olaraq böyüyür. Onlara kömək etmək üçün idmanla məşğul olmaq lazımdır. İdman qan dövranını yaxşılaşdırır, ayaq və bel ağrılarını azaldır. Yorğunluğu götürür, enerjini artırır, emosional vəziyyəti yaxlaşdırır. Hamiləlik dövründə idman etsəniz, doğuşa tab gətirmək üçün gücünüz artar. Doğuşdan sonra daha tez sağalarsınız. Әl-ayağınız, üzünüz daha az şişər. Qəbizlik probleminiz olmaz. 

Bütün bu üstünlüklərini nəzərə alıb idman etmək lazımdır. Bəs, hansı idman növlərini seçməyi düşünürsünüz?Hələ qərar verməmisinizsə, Publika.az-ın məsləhətlərinə nəzər salın: 

1. Yeriş 

Hamiləlik müddətində ən təhlükəsiz idmandır. Bədəni gümrah edir, biləkləri və dizləri gücləndirir. 

2. Rəqs 

Sevdiyiniz bir musiqinin sədaları altında hər gün 15-20 dəqiqə rəqs edin. Rəqs və musiqi həm əsəbləri sakitləşdirir, həm də əhvalı qaldırır. 

3. Üzgüçülük 

Aparılan tədqiqatlar nəticəsində üzməyin həm anaya, həm də körpəyə müsbət təsiri təsdiq olunub. Hamiləlik müddətində kökəlsəniz belə, üzəndə özünüzü daha yüngül hiss edəcəksiniz. Üzmək hamilə qadınlara psixoloji olaraq da müsbət təsir göstərir. Həmçinin, əzələləri və bədəninizdəki geniş əzələ qruplarını da işlədir. Amma hamiləliyin son 3 ayında suya baş vurmaq olmaz. 

4. Yoqa 

Sadə yoqa hərəkətləri bədəni rahatlaşdırır, əsəbləri sakitləşdirir. Gündə yarım saat yoqa ilə beyninizə və bədəninizə dinclik verin. 

5. Doğuş məşqləri 

Hamiləlik zamanı nəfəs və doğuş məşqləri sizi doğuşa hazırlayacaq. Belə ki, həmin məşqlər uşaqlıq, bağırsaq və sidik kisəsi ətrafında toplanan əzələ qruplarını hərəkətə gətirir. Hər yerdə edə bilmək mümkün olduğu üçün olduqca asandır. 

Bu məşqi etmək üçün qarın, bud və ayaq əzələlərinizi sərbəst buraxıb uşaqlıq əzələlərinə yönəltmək lazımdır. Sanki sidiyiniz gəlir, amma tutmağa çalışırsınız kimi əzələlərinizi bərkidin. 

Bu vəziyyətdə 10-15-ə qədər sayıb sonra əzələlərinizi boşaldın. Bu hərəkəti 10 bənd olmaqla 5 dəfə təkrar edin. 

6. Gərilmək 

Bir çox gərnəşmə hərəkəti var. Məsələn: başınızı çevirin, çiyinlərinizi önə və arxaya hərəkət etdirin, qolları yuxarı dartın və ya arxaya çevirin, ayaqlarınızı azca bükərək çömbəlib qalxın. 

Qeyd: İdmana başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır. Ola bilər ki, sizin vəziyyətinizdə idman etmək təhlükəlidir və ya bəzi idman növləri sizә yaramır. 

Yadda saxlayın: idman üçün rahat və təhlükəsiz yer seçmək lazımdır. Әyninizi rahat geyinin, ayağınızın sürüşkәn olmamasına fikir verin.


Şərhlər: 3
Baxılıb: 353
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
hamilelik zamani isder isdemez qadinlar kokelir buda hamileliyin bir gozelliyidir
24 may 2016 22:04
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
5ci aydayam artiq.en cox yuruyuwe ustunluk verirem.hergun temiz havada saat yarim gezirem.gah yavaw addimlarla gah yungul yuruyuwle.sanki qaciram kimi.ozumu yaxwi hiss edirem onda.ama cekim ve gorunuwumle deyiwiklik yoxdur.hele de hamile olmagim o derecede hiss olunmur.
24 may 2016 18:33
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Barbaris
men cox kok idim hamile vaxti))
24 may 2016 18:03
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz