Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Riskli Hamiləlik
Riskli Hamiləlik
Göndərən: guler19
Şərhlər: 6
Baxılıb: 425
Səs ver:
Bəzi riskli vəziyyətlər var ki həm körpənin həm də ananın sağlamlığını riskə salır, hətta ölümlərinə belə səbəb ola bilir. 
Hamiləlikdə yüksək risk meydana gətirən problemlər anada əvvəldən ola biləcəyi kimi, hamiləlikdə də ortaya çıxa bilir.Qadına aid sağlamlıq problemlərinə erkən diaqnoz qoyulduğu təqdirdə hamiləlik sağlam bir şəkildə keçir. 

Ən riskli 3 vəziyyət : 
1. Hamiləliyə bağlı diyabet 
Hamiləliyə bağlı diyabet 100 ana namizədindən 3-5ində görülən ciddi bir problemdir. İri körpə, doğumda çiyin ilişməsi (doğum zədəsi), yenidoğulmuşda tənəffüs çətinliyi, yenidoğulmuşda qan şəkəri və kalsium səviyyəsində enmə, sarılıq, erkən doğum, ana qarınında ölüm (qan şəkərinin diyetlə təşkil edilə bilmədiyi hamilələrdə), uşaqlıq çağı diyabeti və s körpədə səbəb olduğu problemlərdəndir. Ana namizədləri də hamiləliyə bağlı diyabette bu risklərlə qarşı-qarşıya qalır: Aşağı, preeklampsiya (hamiləlik zəhərlənməsi), infeksiyalar, çətin doğum, vakuum ya da keyseriyyə ilə doğum, doğum sonrası qanaxma və s. 
Qarşısının alınmasında diabetik diyet, məşq və lazım olsa insulin müalicəsi təklif edilir. 

2. Hamiləlik əvvəli diabet 
Hamiləlik əvvəli diabet, aşağı riskində artma, erkən doğum, anadangəlmə qüsurlar,ana qarınında körpə ölümü, amniyon mayesinin artması, yenidoğulmuşun tənəffüs çətinliyi, yenidoğulmuşda qan şəkəri və kalsium səviyyəsində enmə, körpənin qanında bilurubin səviyyəsində artma və sarılıq, ürəkdə genişləmə, körpədə diabet riski və körpənin böyüməsində gerilik kimi bir çox sağlamlıq probleminə gətirib çıxarır. Bu xəstəlik eyni zamanda ananın sağlamlığını darisk altına alır. Diabetik böyrək və göz xəstəliyi, diabetik əsəb pozğunluğu, hamiləlik zəhərlənməsi və infeksiyalar, anada ən sıx görülən problemləri meydana gətirir. 

Həm körpənin həm də ananın sağlamlığını riskə atmamaq üçün hamiləlik əvvəlində mütləq bir ginekoloqa və endokrinoloqa müraciət edilməlidir. Uyğun müalicəylə hamiləlik əvvəli qan şəkəri ideal səviyyədə saxlandığı təqdirdə sağlam bir hamiləlik keçirilə bilir. Hemoglobin A1C deyilən son 4-8 həftədəki qan şəkəri səviyyələri haqqında fikir verən parametrin ideal səviyyədə olması lazımdır. 

3. Hamiləlik zəhərlənməsi 
Ana namizədinin təzyiqinin 140/90 mmHg və üzəri və eyni zamanda sidikdə zülal olmasına preeklampsiya, bir başqa deyişlə hamiləlik zəhərlənməsi deyilir. Ümumi populyasiyada yüzdə 6-8 sıxlıqla rast gəlinən hamiləlik zəhərlənməsi anada beyin qanaması, ağciyər şişi, böyrək çatmazlığı, ürək çatmazlığı və qaraciyər çatmazlığına hətta ölümə belə yol aça bilir. Erkən doğuma bağlı problemlər, ana qarınında inkişaf geriliyi və ölüm isə hamiləlik zəhərlənməsinin körpədə gətirib çıxardığı problemləri meydana gətirir. 

Yüngül preeklampsiyada ana namizədinə yataq rejimi təklif edilir. Aşağı risk qruplu xəstələr idarəli şərtlər altında ayaqdan təqib edilə bilir. 37. hamiləlik həftəsindən sonra, rəhm ağızı doğum üçün uyğun olduğunda, anada ciddi pozulmalar meydana gəlsə və ya körpədə dəyişiklik halı varlığında doğum etdirilir. Ciddi preeklampsiyada, 34. hamiləlik həftəsinində doğum reallaşdırılır. 34. həftənin altındakı xəstələrdə isə idarə edilə bilməyən şiddətli yüksək təzyiq, eklampsiya, qaraciyər və böyrək funksiyalarında pozulma, qarın ağrısı, inadçı baş ağrısı və görmə simptomları varsa yenə doğuma qərar verilir.


Şərhlər: 6
Baxılıb: 425
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Miss_Oxatan
Wukurler olsun Allaha riskli hamilelik kecirmirem.InwAllah ozumun ozume gozum deymesin birce.butun hamileler sag-salamat qutarsin icinde de men InwAllah.
21 may 2016 14:28
# 6
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
vipbetul
esas hamilelikde riskler 3 aya qeder birde 7ci ayda olur

esas hamilelikde riskler 3 aya qeder birde 7ci ayda olur
20 may 2016 23:39
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayka95
Sitat: Kölge
Allah,hamiya rahat hamilelik,yungul doguş,saglam övlad qismet ele.amin

Amin
20 may 2016 22:53
# 4
Barbaris
Sitat: Kölge
Allah,hamiya rahat hamilelik,yungul doguş,saglam övlad qismet ele.amin
20 may 2016 19:53
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Kölge
Allah,hamiya rahat hamilelik,yungul doguş,saglam övlad qismet ele.amin
20 may 2016 18:24
# 2
Her şeye gore şukur
Totu
Xebere göre tesekkürler
20 may 2016 18:11
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz