Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Analara uyğun geyim qaydaları
Analara uyğun geyim qaydaları
Göndərən: guler19
Şərhlər: 7
Baxılıb: 504
Səs ver:
Əksər qadınlar hamiləlik geyiminə tədarük görürlər, amma əmizdirmə dövrünü diqqətdən qaçırırlar. Nəzərə almaq lazımdır ki, hamiləlikdə qadının bədəni yalnız sonuncu 2 trimestri yəni 6 ay dəyişikliklərə uyğayır, lakin əmizidirmə tövsiyyə olunan 2 il müddətində davam edir. 

Bu səbəbdən ana əmizdirmə dövrü üçün xüsusi hazırlıq görməyi daha səmərəlidir. Analara hətta körpəsi kiçik olan vaxtlarda da səliqəli və sanballı görünmək üçün bir sıra qaydalar vardır. Ana və körpənin rahatlığı üçün geyimin ümümi qaydaları və tövsiyyələr aşağıdakılardır: 

Süd və körpənin ağız suyu ləkələrinin gözə çarpmadığı rəng və çalarlı geyim əmizdirən anaya daha uyğundur. 

Gen biçimli geyimlər bədəni optimal hərarətdə saxlayır, rahatlıq hissi verir və əmizdirmə prosesini asanlaşdırır. 

Geyimi yalnız xüsusi hamilə və böyük bədən qadınlar üçün nəzərdə tutulan geyim dükanlarından almaq mütləq deyil. Ümumi qadın kütləsi üçün nəzərdə tutulan alt və üst paltar dükanlarından çox faydalı bazarlıq etmək mümkündür. 

Doğuşdan öncədə sizə kifayət edəcək minimal sayda ( bir və ya bir neçə) dəst paltar seçib alın. Çünki, geyindikcə və körpəni əmizdirdikcə sizə məhz hansı biçim geyimin uyğun olduğunu anlayacaqsınız. Körpə ilə bazarlıq etmək elə də çətin məsələ deyil. Doğuşdan bir neçə həftə sonra istənilən vaxt öz qarderobunuza yeni geyimlər almağa şəraitiniz olacaqdır. 

Özünüzü geyiminizə deyil, geyiminizi doğuşdan sonrakı bədəninizə uyğunlaşdırın. Sözsüz ki, hamiləlikdən sonra ananın bədəni idealdan uzaq desək yanılmarıq. Lakin bu bədənin də öz gözəlliyi və təbiiliyi var. Hamiləlik səbəbindən yığılan çəkidən utanmaq lazım deyil. Lakin eyni zamanda zahı qadın dar və sıx paltarlar geyinməklə eyiblərini aşkara çıxarmamalıdır. 

Geyim hər zaman adekvat biçim və ölçüdə olmalıdır. 

Öncədən səriştəli və bacarıqlı dərzi tapmağa çalışın. Dərzi hamiləlikdən öncə geyindiyiniz paltarları həyatınızın yeni mərhələsinə uyğunlaşdırmağa yardımçı olar. Üstəlik paltarlarınızı əmizdirməyə uyğunlaşdırmanız ailə büccəsinə xeyli qənaət etməyə səbəb olacaqdır. 

Rahat və səliqəli görünmək çətin iş deyil. Öz görünüşünə qarşı çox tələbkar olan xanımlar belə doğuşdan sonra bir neçə həftə ərzində pijamada gəzməyə üstünlük verməkləri tamamən normal qarşılanmalıdır. Ananın bədəni fiziki rehabilitasiya və emosional uyğunlaşma mərhələsi keçir . Öncədən gözəl görünüşlü , sinəsi rahat açılan ev geyimi və pijamalar almaqdan çəkinməyin. 

Müəllif: Zülfüqarova Səltənət,


Şərhlər: 7
Baxılıb: 504
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
annelercin yaxsi yazidir

annelercin yaxsi yazidir

annelercin yaxsi yazidi

annelercin yaxsi yazidi
6 may 2016 23:19
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayka95
menim rahat geyimlere üstünlük verirem

Sitat: ovlad-hesreti
Allah menede qismet etsin tezlikle( ve bbutun olmayanlar aminn

Sag elim senin basiva
6 may 2016 22:41
# 6
Barbaris
sudum olmayib uwaqa ver bilmemeiwem ona gore geyim problemim olmayib
6 may 2016 21:09
# 5
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Kölge
Sitat: ovlad-hesreti
Allah menede qismet etsin tezlikle( ve bbutun olmayanlar aminn
Allah amin
6 may 2016 20:55
# 4
Her şeye gore şukur
ovlad-hesreti
Allah menede qismet etsin tezlikle( ve bbutun olmayanlar aminn
6 may 2016 19:50
# 3
Aybə
Düzdür hamiləlikdən sonra biz anaların qarderobu dəyişir çünki bədən genişlənir və körpəyə görə rahat geyinmək istəyrik.Süd verən analar əsasən yaxası zamoklu geyim geyinməlidirlər.
6 may 2016 19:45
# 2
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
BARBI
Analar rahat geyinmelidir. Usagini rahat emzirmek ucun rahat geyinmelidir
6 may 2016 18:14
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz