Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Miqreni olan qadınlara həkim məsləhəti: hamilə qalın
Miqreni olan qadınlara həkim məsləhəti: hamilə qalın
Göndərən: Qlamurr
Şərhlər: 6
Baxılıb: 416
Səs ver:
Şiddətli baş ağrıları ilə müşahidə edilən miqren qadınlarda daha çox rast gəlinir. Hamiləlik dövründə dərman qəbul edilməməsi miqren xəstəsi olan qadınları narahat etsə də, araşdırmalar başqa faktı sübut edib. Məlum olub ki, hamiləlik və süd vermə müddətində miqren hücumları azalır.
Aile.lent.az türkiyəli həkim mütəxəssis Hale Gökmenin miqren haqqında açıqladığı çoxlarına məlum olmayan faktları təqdim edir.
Həkim bildirib ki, menstruasiya vaxtı miqren hücumlarını artır. Bunun da səbəbi o dövrdə estrogen səviyyəsində baş verən dəyişikliklərdir. Lakin hamiləlik müddətində qadınlar menstruasiya olmadıqları üçün bu qıcıqlardan da azad olurlar. Bu isə birbaşa olaraq miqren hücumlarını azaldır: "Hamiləlik zamanı miqren tutmaları baş verərsə, məhdudlaşdırılmış və hamiləliyə uyğun müalicə kursu təyin edilir. Çünki hamiləlik müddətində müalicə fərqli olur. Hücumların sayını azaltmaq üçün mütəmadi olaraq istifadə edilən dərmanların çoxu hamiləlikdə qadağan edilir. Xəstənin vəziyyətinə, ağrıların sıxlığı və ağırlığına görə uyğun dərman seçilir. Lakin bəzi kartizon tərkibli dərmanlar hamilələrə də verilə bilər. Yəni hətta hamiləlik vaxtı şiddətli miqren hücumlarının belə qarşısını almaq olar”.
H. Gökmen miqrenin əsasən hormonlarla bağlı olduğunu vurğulayıb. Doğuşdan sonra isə körpənin stressi, nizamlı yuxu yatmamaq və hormonal dəyişikliklərdən dolayı miqren hücumları tez-tez baş verə bilər. Araşdırmalar isə sübut edib ki, süd verən analarda miqren hücumları daha az müşahidə edilir. Çünki uşaq əmizdirən qadınların qanındakı estrogen səviyyəsində dəyişiklik baş verir.
Yuxu nizamsızlığı miqren problemini qabardır
Həkim onu da əlavə edib ki, miqren uşaqlar daxil olmaqla hər yaşda müşahidə edilə bilən sağlamlıq problemidir. Daha çox 30-39 yaş insanlarda müşahidə edilir. Miqren genetik olaraq keçən xəstəlikdir, auralı və aurasız olmaqla iki yerə bölünür: "Miqren hallarının 75 faizi yüngül miqren deyilən aurasız miqren tipidir. Miqren hücumlarının yaranmasına yuxu nizamsızlığı, stress, stressdən sonrakı dövr, küləkli hava, aclıq, parfüm kimi qoxular, boyun ağrısı, qadınlarda menstruasiya dövrü, hamiləlikdən qorunma həbləri, cinsi aktivlik, gur işıq, idman və siqaret kimi amillər səbəb olur”.   
 
Ağrıkəsicilər miqrenə pis təsir edir
Çoxları miqren hücumlarından xilas olmağın ən asan yolunu ağrıkəsicilərdə görür. Həkim bildirir ki, insan miqren hücumlarına səbəb olan amillərdən uzaq durarsa, problemi də nəzarətdə saxlaya bilər: "Hər zaman eyni saatda yatmaq və oyanmaq, nizamlı qidalanmaq, siqaretdən uzaq durmaq vacibdir. Çin yeməklərindəki süni dadlandırıcılar kimi bəzi qidalara qadağa qoymaq lazımdır. Miqreni olan insanlar həyatlarının müəyyən vaxtlarında bunu daha şiddətli yaşayırlar. Miqrenin xronikiləşməsinin qarşısını almaq üçün və ayda 4-5 dəfə miqren hücumuna məruz qalan insanlar mütləq həkimə müraciət etməlidirlər. Çünki daim ağrıkəsicilərə xilas yolu kimi baxmaq bu problemi daha da dərinləşdirə bilər”.


Şərhlər: 6
Baxılıb: 416
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
RamiLya )))
Miqren agrilari dehshetli olur ...ama axir vaxlar nane_limonlu yashil cay demlemesi icirem shukur agrilar demek olarsa yox olub ..(meslehet gorurem )
31 mart 2016 13:08
# 6
yarpaq33
Miqren agrilari dehwetli olur esasende menstruasiya zamani
31 mart 2016 10:12
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
vipbetul
miqrenli insalar aqrilai tutduqda cox eziyyet cekirler
31 mart 2016 02:12
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
krisa
Heqiqeten de miqren xesteliyi qadinlar arasinda daha cox rast gelinir.Tebii güclenmesi ücün,m hekime müraciet etmek ve düzgün heyat terzi kecirmek lazimdir.Hekimlerin miqreni olan qadinlara hamile qalmagi meslehet görülmesini birinci defe oxudum.Tesekkürler.
30 mart 2016 22:42
# 3
BARBI
Miqrenin cox pis agrilari var. mende de var. dehsetli agrilari var
30 mart 2016 22:38
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Antikvar
Bir qohumum var miqrendən əziyyət çəkənlərdəndi,beş oğul dünyaya gətirib amma hər süd verdiyi zamanda belə şikayətlər azalmazdı,hava dəyişkənliyi olsa sırazı biruzə verər.Özümdə də baş ağrıları çox zaman olur ,amma miqrendən olduğunu hesab etmirəm,ağrıkəsicidə tez tez istifadə edən deyiləm dözülməz olsa bəlkə onda məcburən içəcəm evdəkilərin təkidi üzrə)Tşklər Qlamur faydalı məlumat oldu.
30 mart 2016 22:31
# 1
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz