Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik əlamətləri
Hamiləlik əlamətləri
Göndərən: guler19
Şərhlər: 8
Baxılıb: 1144
Səs ver:
Hamiləliyin 5 erkən əlamətləri 
Hamiləliyin bir çox erkən əlamətləri var, lakin, hər qadın fərqlidir və bunların hamısını yaşaya bilməz. Aşağıdakıların hamısı hamiləliyin erkən əlamətləri ola bilər, lakin, buraxılmış menstruasiyadan başqa, onların hamısı qadının normal menstruasiya dövrünün bir hissəsi ola bilər. 

1. Buraxılmış menstruasiya dövrü 
Əgər müntəzəm menstruasiya dövrünüz varsa, o zaman, buraxılmış menstruasiya hamilə olduğunuzun əsas əlamətidir. Lakin, bəzi hallarda siz hamilə olsanız belə, az qanaxma ola bilər. Buna görə də, əgər sizdə hamiləliyin digər əlamətləri varsa, hamiləlik testi götürməyiniz məsləhətdir.​ 

2. Ürək bulanması və qusma 
Bəzi qadınlar səhər ürəkbulanması yaşayırlar, hətta hamiləliyin erkən mərhələlərində belə. Adına baxmayaraq, səhər üləkbulanması günün hər hansı vaxtında və ya gecə baş verə bilər və ürəkbulanması və ya qusma ilə seçilir. Əgər öhdəsindən gəlmək çətindirsə, səhər ürəkbulanmasını azaltmaq haqqında məsləhətləri bizim hamiləlik zamanı bədəniniz​​ bölməsindən ala bilərsiniz. 

3. Yorğunluq və emosional hiss etmə 
Hamiləlik sizi yorğun hiss etdirə bilər, xüsusən ilk trimesterdə. Hormon artımı daxil olmaqla bədəninizdə gedən bütün dəyişikliklər sizi normaldan artıq emosional edə bilər. 

4. Tez-tez ayaqyoluna getmək 
Sidik kisənizi tez-tez boşaltmaq istəyi, xüsusən hamiləliyin 6 və 8-ci həftələrində gecə vaxtları, hamiləliyin erkən əlamətlərindən biridir. 

5. Dəyişmiş döşlər 
Siz döşlərinizdə aybaşının başlamasında olduğu kimi eyni dəyişiklikləri hiss edə bilərsiniz. Bu zaman, döşləriniz böyüyür, damarlar daha aydın görünür və döş gilələri daha tünd və qabarmış olur. Döşləriniz, hətta, səsə və toxunuşa qarşı həssas ola bilər. 

Hamiləliyin digər mümkün erkən əlamətləri 
Vaginada axıntı - hamilə olduğunuz zaman, vaginada axıntının artdığını görmək olar (heç bir ağrı və ya qıcıqlanma hissi olmadan). 
Dad və qoxu bilmədə dəyişiklik - bəzi qadınlar qəribə metal dadı hiss etdiklərini bildirirlər. Həmçinin, əvvəllər xoşladığınız qidaya qarşı həvəsinizi itirə və yeni yeməklər istəyə bilərsiniz. Qoxu bilmə qabiliyyətinizə gəldikdə, müəyyən qoxulara artıq dözə bilmədiyinizi hiss edə bilərsiniz. 

Hamiləlik testi 
Hamilə olduğunuzu yoxlamağın ən yaxşı yolu hamiləlik testidir. Bir çox apteklər müxtəlif hazır testlər təklif edirlər, buna görə də, əgər yuxarıdakı əlamətlərdən hansısa sizdə varsa, bunu test ilə yoxlayın.


Şərhlər: 8
Baxılıb: 1144
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
her bir qadina saqlam hamile dovru dileyirem
24 aprel 2016 22:33
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
evli.mutlu.cocuklu
İnsallah mende bublari yasayaram yeni hamile qalaram
24 aprel 2016 22:19
# 7
ayka95
Burda yazilanin hamisini menim yasamisam (( Allah arzusunnda olana nesib etsin insallah(( ele bu lahiyeni hazirlayan Güler baciyada
24 aprel 2016 21:24
# 6
Miss_Oxatan
Allah sene de qismet elesin ay Guler elece de butun arzusunda olan xanimlarimiza.Amin)
24 aprel 2016 21:21
# 5
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
ovlad-hesreti
men teze aile quranda bu agri filan hamsini yawadim ama hamile qalmamiwam.hec vaxt 2ildi( Allah mene ve arzu eden butun qadinlara tezlikle nesib etsin inwallah
24 aprel 2016 20:35
# 4
Kölge
İlk uşaga hamile qalanda yaşadigim hissler sozle demek olmur.arzu edenlere qismet elesin Allah.amin
24 aprel 2016 20:20
# 3
Her şeye gore şukur
Totu
Xebere göre tesekkürler
24 aprel 2016 19:49
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
BARBI
Hamileliyi xanimlar evvelceden hiss edir. Nadir hallarda hamilelik his edilmir
24 aprel 2016 18:10
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz