Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamilə sərnişinlərə uçuş məsləhətləri
Hamilə sərnişinlərə uçuş məsləhətləri
Göndərən: guler19
Şərhlər: 7
Baxılıb: 314
Səs ver:
Yeni məsləhətlərə görə uçmaq üçün ən salamat vaxt hamiləliyin 37-ci həftəsinədək, ekizlərə hamilə olanlara isə hamiləliyin 32-ci həftəsindək olan müddətdir. 

Britaniyanın Kral Mamaçalıq və Ginekoloqlar Kolleci (The Royal College of Obstetricians and Gynaecologists - RCOG) bildirir ki, aşağı riskli hamiləlik zamanı təyyarə üçüşları təhlükəli deyildir, lakin bunun yan fəsadları ola bilər. 
Əgər hamiləlik 28 həftədən artıqdırsa, səfərə çıxarkən qadın tibb kitabçasını və sahə həkimindən alınmış məktubu özü ilə götürməlidir. Bir çox hava şirkətlərinin hamiləliyin hansı müddətində uçuşa icazə verilməsinə dair öz qaydaları mövcuddur. 

Uçuş zamanı hamının azacıq radiasiyaya məruz qalmasına baxmayaraq, uçuşların uşaq salınmasına, erkən doğuşa və ya uşaqlıqdan su açılmasına səbəb olduğu barədə dəlillər yoxdur. 

Uçuş zərərsizdir
Uçuş zamanı təyyarə salonunda təzyiqin dəyişməsinin və rütubətin azalmasının hamiləliyə zərərli təsiri barədə də faktlar məlum deyil. 
RCOG-un buraxdığı məsləhət vərəqəsində deyilir ki, hamiləlik normal gedirsə, uçuş qadın və onun bətnindəki uşaq üçün zərərsizdir. 
Bundan əvvəl, bətnində birdən artıq uşaq olan qadınlar üçün salamat üçüş müddəti hamiləliyin 34-cü həftəsinədək müəyyən edilmişdi, lakin indi bu müddət, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (International Air Transport Association-IATA) tövsiyəsi ilə 32 həftəyə endirilib. 
Hamiləliyin 37 həftəsindən sonra doğuş hər an baş verə bilər. 

Vərəqədə həmçinin hamiləlik zamanı uçuşların yan fəsadları barədə də məsləhətlər verilir. 
Bura maye yığılması nəticəsində ayaqların şişməsi, hava təzyiqinin dəyişməsidən burun və qulaqda yarana biləcək problemlər, ürək bulanması kimi hamiləliyi çətinləşdirən hallar daxildir. 

4 saatdan daha uzun sürən uzaqmənzilli uçuşlar zamanı dərin damar trombozu riskləri arta bilər. Bu zaman ayaqlarda və qasıqda qanın qatılaşması baş verir ki, bu da hamiləlik zamanı daha risklidir. 
Vərəqədə deyilir ki, qadın gen paltarlar və rahat ayaqqabı geyinməli, uçuş zamanı salonda vaxtaşırı gəzişməli və yarım saatdan bir öz kreslosunda idman hərəkətləri etməlidir. 

Uçuş zamanı alkoqollu və kafeinli içkilərin qəbulunu məhdudlaşdırmaq, elastik corablar geyinmək də fayda verə bilər. 

Uçuş qadağası
Lakin bəzi hallarda hamiləlik zamanı uçmamaq daha yaxşıdır. 

Məsələn, əgər qadının doğuş günündən əvvəl doğa bilməsi riski mövcuddursa, kəskin anemiyası, oraqşəkilli eritrosit xəstəliyi vardırsa, bu yaxınlarda uşaqlığından əhəmiyyətli qanaxma keçirmişdirsə və ya ciddi ürək - ağ ciyər qüsurları vardırsa, uçmamaq daha məsləhətlidir. 
RCOG-un pasient informasiya komitəsinin sədri Philippa Marsden deyir ki, bu məlumatlar uzaq və yaxın uçuşlara çıxanlar üçün keçərlidir. 
"Təyyarə ilə uçub-uçmamaq barədə qərar qəbul edərkən, səfər zamanı hamiləliyin neçənci həftəsinin olacağını hesablamaq, mənzil başında doğuş üçün lazımi avadanlıq və müəssisənin olub-olmamasını, tibbi problemlərin kəskinləşməsi riskini nəzərə almaq lazımdır. 

"Çox mühümdür ki, uçuşdan əvvəl sağlamlığınızla və ya hamiləliyinizlə bağlı bütün narahatlıqlarınızı mamaçanız və ya həkiminizlə müzakirə edəsiniz”. 
RCOG qadın şəbəkəsinin sədri Cath Broderick deyir ki, təlimatlarda düzgün məsləhətlər verilib. 

"Yeni məsləhətlərdə deyilir ki, təyyarıə səfərləri zamanı hamiləlik qeydlərinizi, gözlənilən doğum gününü təsdiq edən sənədi, Avropa Səhiyyə Sığortası şəhadətnaməsini və qəbul etdiyiniz dərmanları özünüzlə götürməlisiniz”.


Şərhlər: 7
Baxılıb: 314
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
hamile xanimlarcin maraqli ola biler esas bu hamileliyin gedisinden aslidir birde7-8 ayliqinda olmaz ucus
29 aprel 2016 21:43
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Marta
Teyyarede tezyiq sohbeti var sexsen men minende dusunce birteher oluram qulaq falan batir acilir))) hamileler ucun cetin olar. InsaAllah allah qismet etsin vacib olmasa minmeyecem))
29 aprel 2016 21:12
# 6
Немного терпения, и у тебя все получится..
ilk nur
Men 4ayliq hamileydim mawinla 3gunluk yol gedmiwem rusiyaya cox rahat .
29 aprel 2016 20:55
# 5
Kölge
Mene icaze vermemişdi hekim .kagiz almaq lazimdi hekimnen ...vermedi dedi mehsuliyyeti boyukdu
29 aprel 2016 20:22
# 4
Her şeye gore şukur
evli.mutlu.cocuklu
İnşallah hamilə olanda əməl edərəm
29 aprel 2016 19:25
# 3
BARBI
Hamilelikde teyyareye minmek qetiyyen olmaz. Hamileler ucun zererlidir
29 aprel 2016 18:44
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fi-Ra
Mən öz həkimimin yanına gedəndə bir pasient də gəlmişdi. Uçuşa görə icazə aldı. Həkim icazə vermədi. Mənə maraqlı gəldi. Öz-özümə fikirləşdim ki, təyyarədir də tullanmır bir şey. Gedib gələcək. İndi oxuyub başa düşüdüm. Təşəkkürlər.
29 aprel 2016 18:24
# 1
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz