Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Vaginal duşla hamiləlikdən qorunmaq olar?
Vaginal duşla hamiləlikdən qorunmaq olar?
Göndərən: Qlamurr
Şərhlər:
Baxılıb: 1189
Səs ver:
Vaginal duş - uşaqlıq yolunun təmizlənməsi məqsədi ilə vaginanın su, ya da başqa mayelərlə yuyulmasıdır. Bu məqsədlə xalq arasında ən sıx istifadə edilən maye sudur. Bəs vaginal duş zərərlidirmi? Vaginal duş hamiləlikdən qoruyurmu? Aile.lent.az xanımları maraqlandıran bu sualları cavablandırmağa çalışıb.
 
İlk olaraq onu bildirək ki, qadınlar əsasən:
Vaginal təmizlik
Hamiləliyin əngəllənməsi
Axıntının təmizlənməsi
Vaginanın göbələkdən qorunması
Cinsi yolla keçən xəstəliklərə yaxalanmamaq
Menstruasiya sonrası vaginada qalan qanın təmizlənməsi üçün vaginal duş edir.
 
Vaginal duş zərərlidirmi?
● Pis qoxulu olmayan vaginanın təbii mukoid axıntısı vaginal infeksiyalara qarşı bir qoruma mexanizmidir.
 
● Vaginal duş qadının vaginasındakı turşu səviyyəsini pozaraq infeksiyalara səbəb olur. Vagina bölgəsində pis qoxu olan qadınlar mütləq ginekoloqa getməlidir.
 
● Vaginal duş vəziyyəti düzəltmək yerinə daha da pisləşdirir.
 
● Normalda vaginanı mikroblardan təmizləyən ən təsirli amillərdən biri vaginada yaşayan və bədənə yararlı mikroorqanizmlərin yaratdığı turşu balansıdır.
 
● Vaginal duş bütün bu bölgədə olan turşu balansının normal səviyyəsini pozaraq, həmin hissəni infeksiya və narahatlıqlara qarşı həssas hala gətirir.
 
● Vaginal infeksiya varsa, vaginal duş zamanı bu infeksiyanın daha yuxarıya, yəni uşaqlıq və yumurtalıqlara daşınması ehtimalı olur.
 
● Qadın xəstəlikləri və doğuş üzrə mütəxəssislər vaginal duşu tövsiyə etmir.
 
Hansı hallarda vaginal duş edilir?
 
Bəzi qadınlar vaginal duş etmədikləri halda özlərini təmiz hiss etməzlər. Xroniki vaginal göbələk infeksiyası, ya da xroniki bakterial infeksiya olduqda tibbi olaraq bəzi özəl molekullar olan məhsullarla vaginal təmizlik edilə bilər. Bu da həkim məsləhəti ilə edilməlidir.
 
Vaginal duşla hamiləlikdən qorunmaq mümkündürmü?
 
Vaginal duşla hamiləlikdən qorunmaq mümkün deyil. Həyati təhlükəyə səbəb ola biləcək bir xəstəlik riskini artırır. Hamilə qadınlar vaginal duşu tərgitməsələr, bu hal suyun erkən gəlməsi və nəticədə erkən doğuşa səbəb olur.
 
Vaginanı necə təmizləmək lazımdır?
● Vagina özünün mukoid mayesini ifraz edərək öz-özünü təmizləyir. Bu, ən yaxşı üsuldur.
 
● Sağlam vaginada bir miqdar duru axıntı olur. Bu, vaginanın öz axıntısıdır. Vagina öz PH balansını sabit tutaraq antibakterial ortam yaradır.
 
● Vaginanın çölünü ilıq su ilə, ya da PH səviyyəsi normal sabunlarla yumalısınız.
 
● Tampon, sprey kimi materiallardan uzaq qaçın. Bunlar vaginal infeksiya riskini artırır.
 
● Vaginanı gözünüz kimi düşünün. Necə ki gözlərin içini yox, yalnız bayırını təmziləyirsiniz, vaginaya da elə yanaşın.


Şərhlər:
Baxılıb: 1189
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz