Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlikdə saç boyanması
Hamiləlikdə saç boyanması
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 368
Səs ver:
Gözəlliyinə biganə qalmayan xanımlar hər zaman baxımlı olmağı, fərqli görünməyi sevirlər. Xanımı cazibədar göstərən elementlərdən biri də düzgün seçilmiş saç rəngləridir. Bildiyimiz kimi, saçların rənginin dəyişməsi kimyəvi prosesdir. Bəs o zaman sual yaranır: Belə olan halda hamiləlikdə saçları boyamaq olarmı?
 
Niyə olmaz?
Bu əslində çox aktual mövzulardan biridir. Bəzi xanımlar 9 ay saçını boyamadan gəzməyi qəbul edə bilmirlər, saçlarının cansız və cansıxıcı olduğunu söyləyirlər. Amma görək əslində bu necə olmalıdır?

"Hamiləlikdə saç rənglənməz” - əslində bu qəti fikirlə biz də razılaşmırıq, amma boyamanın da tərəfdarı deyilik. Bu məsələyə hər qadın öz orqanizminin fərdi xüsusiyyətlərini nəzərə alaraq yanaşmalıdır və ən əsası onun, körpəsinin sağlamlığını təhlil edən həkimin fikrinə əsaslanmalıdır. Məsələn, əgər siz qoxulara qarşı həssassınızsa, allergiyaya meyillisinizsə, o zaman rənglərdən uzaq durmağınız məsləhətdir. Çünki bu immun sistemini yükləməkdən başqa bir fayda verməyəcək.
Həmçinin hamiləlik hormonlarda baş verən ciddi dəyişikliklər dövrüdür. Ola bilər ki, boya sizin saçlarınızı pis hala salar, heç gözləmədiyiniz rəngi almış olarsınız. Bu yöndən də yanaşdıqda hamiləlikdə saç boyanması məsləhət görülmür.
 
Bəs rəngləməkdə israrlıyıqsa?
Bir məqamı da vurğulayaq ki, əgər saçlarınızın rəngini dəyişməkdə israrlısınızsa, o zaman bunu 2 və 3-cü trimestrlərə saxlasanız yaxşı olar. Çünki ilk 3 ayda dölün orqanları formalaşır. Bu isə o deməkdir ki, boyanın zərərli maddələri qan dövranınızla ona da ötürülür. Eləcə də boyamanı havalı otaqda edin ki, kimyəvi maddələrin havasını udmayasınız. Xüsusilə də rənglərin tərkibindəki ammoniyakla ehtiyatlı olmaq gərəkdir.
Nəinki hamiləlikdə, ümumiyyətlə adi vaxtlarda belə saç boyamağın zərərli olmasından danışılır. Cənubi Kaliforniya Universitetində aparılan araşdırmalar boyalardan istifadə edənlərin digərləri ilə müqayisədə xərçəng xəstəliyinə tutulma ehtimalının daha çox olduğunu araşdırıblar.
Əgər saçlarınızın təravətli və parlaq olmasını istəyirsinizsə, "körpəmə bir zərəri olmaz?” sualı qarşısında qalmısınızsa, heç tərəddüd etmədən xına, basma, qoz qabığı kimi təbii vasitələri seçə bilərsiniz.
 
Aygün Quliyeva


Şərhlər: 7
Baxılıb: 368
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
hamileleikde sac boyayan o qeder qadinlar varki hesh nede olmur
19 mart 2016 12:33
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BIR_TANEM
hamile olan xanimlarmiz oxsun
18 mart 2016 20:46
# 6
DOSLARIMNAN GORWE COX AZ QALDI SEVINIREM
aLoNe AnGeL
sac rengi qoymagi sevmirem
Hamilelikde qoyan insanlarada zererli oldugunu dusunurem
18 mart 2016 19:54
# 5
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
Miss_Oxatan
Men hec umumiyyetle hec vaxt sac boyasi istifade etmemieem,qaldiki indi hamilelikde edem.toyumda bele deyenler oldu guya deyiwiklik olsun ama elemedim.protivem ximik sac boyalarina.nece iller evvel sacim cansiz idi ve tokulurdu deye xina qoymuwdum.oz sac rengim eladi.Allahin verdiyine wukur.
18 mart 2016 19:24
# 4
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
zezema
ikinci hamileliyimden evvel saclarimi qara renge boyamishdim. hamilelik vaxti boyamadim. qorxdum ki, ushaga zereri olar
18 mart 2016 18:49
# 3
Bir hissimi itirmishem - TEECCUBLENMEK
BARBI
Hamilelikde sac boyamaq zererlidir. Usagin inkisafina tesir edir
18 mart 2016 18:03
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
sizin 1205
Hamile olmuşam amma boyamamişam sacimi
18 mart 2016 18:01
# 1
L
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz