Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlikdə saçları boyamaq olarmı?
Hamiləlikdə saçları boyamaq olarmı?
Göndərən: NoName
Şərhlər: 4
Baxılıb: 417
Səs ver:
Gözəlliyinə biganə qalmayan xanımlar hər zaman baxımlı olmağı, fərqli görünməyi sevirlər. Xanımı cazibədar göstərən elementlərdən biri də düzgün seçilmiş saç rəngləridir. Bildiyimiz kimi, saçların rənginin dəyişməsi kimyəvi prosesdir. Bəs o zaman sual yaranır:

Belə olan halda hamiləlikdə saçları boyamaq olarmı? Niyə olmaz?
Bu əslində çox aktual mövzulardan biridir. Bəzi xanımlar 9 ay saçını boyamadan gəzməyi qəbul edə bilmirlər, saçlarının cansız və cansıxıcı olduğunu söyləyirlər.

Amma görək əslində bu necə olmalıdır?
"Hamiləlikdə saç rənglənməz” - əslində bu qəti fikirlə biz də razılaşmırıq, amma boyamanın da tərəfdarı deyilik. Bu məsələyə hər qadın öz orqanizminin fərdi xüsusiyyətlərini nəzərə alaraq yanaşmalıdır və ən əsası onun, körpəsinin sağlamlığını təhlil edən həkimin fikrinə əsaslanmalıdır. Məsələn, əgər siz qoxulara qarşı həssassınızsa, allergiyaya meyillisinizsə, o zaman rənglərdən uzaq durmağınız məsləhətdir. Çünki bu immun sistemini yükləməkdən başqa bir fayda verməyəcək.
Həmçinin hamiləlik hormonlarda baş verən ciddi dəyişikliklər dövrüdür. Ola bilər ki, boya sizin saçlarınızı pis hala salar, heç gözləmədiyiniz rəngi almış olarsınız. Bu yöndən də yanaşdıqda hamiləlikdə saç boyanması məsləhət görülmür.

Bəs rəngləməkdə israrlıyıqsa?
Bir məqamı da vurğulayaq ki, əgər saçlarınızın rəngini dəyişməkdə israrlısınızsa, o zaman bunu 2 və 3-cü trimestrlərə saxlasanız yaxşı olar. Çünki ilk 3 ayda dölün orqanları formalaşır. Bu isə o deməkdir ki, boyanın zərərli maddələri qan dövranınızla ona da ötürülür. Eləcə də boyamanı havalı otaqda edin ki, kimyəvi maddələrin havasını udmayasınız. Xüsusilə də rənglərin tərkibindəki ammoniyakla ehtiyatlı olmaq gərəkdir.
Nəinki hamiləlikdə, ümumiyyətlə adi vaxtlarda belə saç boyamağın zərərli olmasından danışılır. Cənubi Kaliforniya Universitetində aparılan araşdırmalar boyalardan istifadə edənlərin digərləri ilə müqayisədə xərçəng xəstəliyinə tutulma ehtimalının daha çox olduğunu araşdırıblar.
Əgər saçlarınızın təravətli və parlaq olmasını istəyirsinizsə, "körpəmə bir zərəri olmaz?” sualı qarşısında qalmısınızsa, heç tərəddüd etmədən xına, basma, qoz qabığı kimi təbii vasitələri seçə bilərsiniz.

Aygün Quliyeva


Şərhlər: 4
Baxılıb: 417
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
ele adamlar varki buna gore sacina reng qoymur eleside varki qoyur hec bir seyde olmur
13 mart 2016 20:06
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Mən hamilə olanda saçıma rəng qoymadım, kim dedi ziyandır, kim defi fərqi yoxdur, ancaq mən aoymadım.
13 mart 2016 18:12
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Hamilelikde sac rengi qoymaq ziyanlidir. Bir basa qaraciyere ziyanlidir
13 mart 2016 18:09
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ulduz
Mənim sacim təbii Oz rəngidi. Hec vaxt rəng qoymamışam. Hamiləlikdə ziyanlıdı mən bundan yanayam hec kim qoymasın dözsun biraz
13 mart 2016 18:08
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz