Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik dövrü - 3. Həftə
Hamiləlik dövrü - 3. Həftə
Göndərən: NoName
Şərhlər: 3
Baxılıb: 689
Səs ver:
Təxminən 21-ci gün (Əgər sperma daxil olubsa artıq döllənmə baş tutmuşdur)
Yumurtalıqlardan atılan yumurta hüceyrəsi ilə kişidən gələn sperma uşaqlıq borularında qarşılaşır. Xeyli sayda spermanın yumurta ətrafında toplanmasına baxmayaraq bunlardan yalnız 1 dənəsi yumurtanın pərdəsini keçərək içinə girir və öz genetik materialı ilə yumurtanın genetik materialı birləşir. Bu döllənmə, mayalanma adlanır. Döllənmə ilə birlikdə adına həyat deyilən möcüzə başlayır. Döllənmə tək bir spermanın yumurta hüceyrəsinin içinə girməsi ilə başlayır və zigot adı verilən varlığın meydana gəlməsinin ortaya çıxması ilə sona yetir. Mayalanma (döllənmə) müddəti təxminən 24 saata qədərdir. Bir sperma təxminən 48 saat canlı qala bilər. Cinsi əlaqə zamanı uşaqlıq yoluna (qadınların daxilinə)  təxminən 300 milyon sperma buraxılır. Spermaların yalnız 1% i yəni 3 milyona qədəri uşaqliğa daxil ola bilər. Uşaqlığa daxil olan spermalar qadının uşaqlıq boruları ilə irəliləyərək son ünvana çatırlar. 10 saat davam edən bu səyahət sonunda yumurta hüceyrəsinə qədər gələn spermaları başqa bir vəzifə gözləməkdədir. Yumurta hüceyrəsinin qabığını qıraraq içinə girmək. Yumurta hüceyrəsi pərdə ilə örtülü olur. Spermalardan yalnız 1 dənəsi bu pərdəni deşərək yumurtanın içinə girə bilər. Bu əməliyyat 20 dəqiqəyə qədər çəkir və bir sperma daxil olduqdan sonra pərdə tamamilə bağlanaraq başqa bir spermanın girişinə icazə vermir. Sperma və yumurta hüceyrələrinin nüvələrinin birləşməsi ilə zigot ortaya çıxır və döllənmə (mayalanma) sona çatır. 
Pərdə ilə örtülü ziqot döllənmədən 1.5-3 gün sonra bölünməyə başlayır. Sürətli bir bölünmə müddəti başlayır. Bütün bu hadisələr reallaşarkən zigot pərdə içində uşaqlığa doğru olan səyahətini davam etdirməkdədir. 4 gündən sonra zigot uşaqlığın içinə çatmış olur. Bu mərhələdə hüceyrə bölünməsi sürətlə davam etməkdədir. Döllənmə anında körpənin cinsiyyəti müəyyəndir. Yumurta hüceyrə həmişə X xromosomu daşıyır. Əgər daxil olan sperma X xromosomu (qızlara aid xromosom) daşıyırsa körpə qız, Y xromosomu daşıyırsa kişi (kişilər XY xromosomuna malikdir) olacaq. Başqa sözlə körpənin cinsiyyətini təyin edən kişi, yəni atasıdır. Qadının körpə cinsiyyətində  bir rolu yoxdur. Bu dövrədə cinsiyyəti təyin etmək ancaq genetik araşdırma ilə mümkündür. Bu mərhələdə müəyyən olan yalnız cinsiyyət deyil. 38 həftə sonra dünyaya salam deyəcək olan fərdin göz rəngindən qan qrupuna qədər bütün genetik quruluşu müəyyəndir və dəyişdirilə bilməz. 
Anadakı dəyişikliklər 
Bu mərhələdə gələcək anada hər hansı bir fiziki ya da ruhi dəyişiklik yoxdur. Yalnız  yüngül bir ləkə şəklində qanama ola bilər.


Şərhlər: 3
Baxılıb: 689
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Allah bütün xanımlara bu cür gözəl anları yaşamağı nəsib etsin.
12 mart 2016 10:05
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Fi-Ra
Bunun ətraflı videosu da var. Məlumata görə təşəkkürlər
12 mart 2016 00:57
# 2
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
vipbetul
hamile xanimlarcin maraqli melumatdir
11 mart 2016 20:38
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz