Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Suda doğuş
Suda doğuş
Göndərən: Angela7
Şərhlər:
Baxılıb: 703
Səs ver:
SUDA DOĞUŞ
Doğuşa yardımın alternativ metodlarından biri də suda doğuşdur. 

Suda doğuş- doğuş ağrılarını azaltmaq, doğuşu yüngülləşdirmək, doğuş zamanı baş verən travmaları azaltmaq məqsədilə aparılır. İlk dəfə suda doğuş 1803-cü ildə Fransada, 1805-ci ildə Almaniyada aparılımışdır.

Suda doğuş necə baş verir?
Suda doğuş 2 cür olur.

-Doğan qadın yalnız sancı və tutmalarda suda olur , gücgəlmə zamanı isə sudan çıxır.
-doğan qadın sancı və doğuş zamanı da suda olur.

Hər iki variant doğuşun yüngül, travmasız keçməsi üçün şərait yaradır. Su orqanizmin bütün əzələlərini boşaldır, yorğunluğu aradan qaldırır. Bundan başqa su dəri reseptorlarına müsbət təsir edir, sinir sistemini sakitləşdirir. İlıq su doğuş yolları toxumalarının elastikliyini artıraraq doğuş prosesini yüngülləşdirir. 
9 ay ana bətnində suda olan körpə suda doğularkən daha az stress keçirir, çünki təzyiq, qravitasiya, temperatur, səs və işıq dəyişikliyi o qədər də kəskin olmur. Yəni, su ana bətni ilə xarici mühit arasında keçid mühit sayıla bilər.

Suda doğuş zamanı nəyə fikir vermək lazımdır:
-suyun temperaturu 36.5-37.0 dərəcə olmalıdır
-vannanın dərinliyi 60sm-dən, uzunluğu isə 220 sm-dən az olmamalıdır.

Suda doğuşun mənfi təsiri:
-infeksiyalaşma
-emboliya
-dölün tənəffüs yollarının aspirasiya təhlükəsi
-dölə və doğuşa tam nəzarət oluna bilməməsi

Müsbət cəhətlər:
-doğuş ağrılarının intensivliyini azaldır
-güclü sinir gərginliyini aradan qaldırır
-stresi azaldır
-əzələlər boşalmış vəziyyətdə olur
-dölün xarici mühitə adaptasiyası asanlaşır
-döldə beyin travmaları azalır

Əks göstəriş:
-ağırlaşması olan hamilələr (hestoz, dölün hipoksiyası)
-dar çanaq
-iri döl
-çanaq gəlişi
-ürək-damar xəstəliyi və şəkəri olan hamilələr

Beləliklə suda doğuş üçün qadın sağlam, suda doğuşa hazırlanmış olmalı, doğuş aparan personal isə bu işdə təcrübəli olmalıdır.


Şərhlər:
Baxılıb: 703
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz