Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doğuşu ağrısızlaşdırmanın yolları
Doğuşu ağrısızlaşdırmanın yolları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 962
Səs ver:
Doğuşu ağrısızlaşdırmaq üçün bir çox dərman və qeyri-dərman vasitələrdən istifadə olunur.
Medikamentoz-dərmanla ağrısızlaşdırma.
Ümumi narkoz. Bu ağrısızlaşdırma zamanı bədən bütünlüklə ağrı hissini itirir. Bu təkcə ağrıya yox, həm də huşun itməsinə səbəb olur.
Endotraxeal narkoz. Ağciyərlərin süni ventilyasiyası ilə aparılır. Bu metod uzunmüddətli təsirə malikdir. Bu zaman dərmanların kombinasiyasından istifadə olunur. Keyləşdiricilər traxeyadan ağciyərlərə keçir. Bu narkozdan keysəriyyə kəsiyi apararkən və xüsusi təhlükəli hallarda istifadə olunur.
İnqalyasion narkoz. Bu narkoz növü azot oksididir. Qadın onu maska vasitəsilə nəfəsinə çəkir. Bu narkoz doğuşun ilk mərhələsində- uşaqlıq boynu açılanda tətbiq edilir.
Yerli ağrısızlaşdırma.
Bu ağrısızlaşdırma növünün tətbiqində bədənin ayrı-ayrı hissələri ağrısızlaşdırılır.
Epidural anesteziya. Bu da yerli ağrısızlaşdırma növüdür. Bu zaman onurğa beyninin müvafiq sahəsinə anestetiki yeritməklə həyata keçirilir. Hazırda bu üsul geniş tətbiq edilir.  İynə vurulduqdan sonra bədənin aşağı hissəsi keyləşir. Uşaqlığı innervasiya edən baş beyin sinirləri onurğa beynindən keçir. Keyidici dərman məhz onurğa beyninin məhz həmin hissəsinə vurulur. Bu zaman qadın tam şüurlu olur və ətrafdakılarla ünsiyyətdə ola bilir.
Yerli anesteziya. Bu anesteziya dərinin bir hissəsinin hissiyatının aradan qaldırılması üçün istifadə olunur. Doğuşdan sonra zədələnmış hissələri tikmək üçün həmin nahiyələrin keyləşməsi üçün istifadə olunur.
Venadaxili anesteziya. Anestetik vasitə venaya yeridilir və qadın qısa müddət ərzində-10-20 dəqiqəlik yuxuya gedir. Bu metod əsasən doğuşdan sonra cift uşaqlıqdan ayrılmazsa, akuşer maşası ilə müdaxiləyə ehtiyac olduqda tətbiq edilir.
Narkotik analgetiklərin tətbiqi. Bu tip analgetiklər əzələdaxili və venadaxili yeridilir. Bu, hamilə qadının tutmalar zamanı ağrısını azaldır.
Ağrısızlaşma üçün tibbi göstəriş.
- çox ağrılı tutmalar zamanı, qadının narahat davranışı;
- iri uşaq;
- doğuşun uzun müddətli olması;
- vaxtından əvvəl doğuş;
- zəif doğuş prosesi;
- keysəriyyə kəsiyi;
- çox döllülük;
- dölün hipoksiyası;
- doğuş zamanı cərrahi müdaxiləyə ehtiyac olarsa.
 Dərmansız anesteziya
Massaj.
Ağrısızlaşdıran massaj- bu massaj sinirlər səthdə olan bədən nöqtələrinə edilən massajdır. Bu nöqtələrə təsir etmək bir qədər ağrı yaradır və doğuş ağrısını azaldır. Klassik rahatladıcı massaj-kürəyin massajı, boyun masajı. Bu masaj həm tutmalar vaxtı, həm də onlar arasında intervalda etmək olar.
Bütün gələcək analar doğuşun həyəcanını yaşayır. Qadın özü bu ağrıları azalda və doğumu yüngülləşdirə bilərmi? Gəlin, bunu araşdıraq.
Relaksasiya-rahatlaşma metodu, doğuş sancılarını daha asan keçirmək və fasilələrdə maksimum istirahət etmək metodudur.
Rasiolnal tənəffüs- bir neçə nəfəsalma taktikası var ki, bunlar sancıları asan keçirməyə kömək edir. Düzgün nəfəsalmada qadın yüngül, xoş başgicəllənmə hiss edir. Bu zaman qana çoxlu miqdarda endorfinlər ifraz olunur. Endorfinlər məhz doğuş zamanı ifraz olunur, ağrıkəsici və tonuslayıcı effektə malikdir.
Doğuş zamanı aktiv davranış- doğan qadın sancı çəkərkən müxtəlif vəziyyətlər almalı, ona rahat olanı və daha az ağrı olduğu pozanı seçməyi bacarmalıdır.
Hidroterapiya- sancıların azaldılması üçün su istifadə olunur. Bu zaman vannalar və duşdan istifadə etmək olar.
Elektroanalgeziya- bioloji aktiv nöqtələrə elektrik cərəyanı ilə təsir etməklə doğuş sancısını azaltmaq olar.
Hər bir qadın doğuşa getməzdən əvvəl doğuş zamanı davranış qaydalarını həkimlə məsləhətləşərək öyrənməlidir.

Ülviyyə Səid


Şərhlər:
Baxılıb: 962
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz