Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlikdə toksoplazmoz
Hamiləlikdə toksoplazmoz
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 695
Səs ver:
Hamiləlik-hər bir qadın üçün ən məsuliyyətli dövrdür.  Gələcək ana öz körpəni xarici zərbələrdən qoruduğu kimi daxili amillərin də zərərli təsirindən qorumalıdır. Daxili amillərə bir sıra infeksion xəstəliklər-toksoplazmoz, rubella, sitomeqalovirus və herpes aid ola bilər. Ümumilikdə digər infeksion xəstəliklər olsa da daha çox yayıldığına görə bunların üzərində dayanacayıq.
Toksoplazmoz
Toksoplazmoz-Toxoplasma gondii tərəfindən törədilən infeksion xəstəlikdir. Xəstəliyin əsas mənbəyi pişiklərdir. Lakin yaxşı bişməmiş , ət, təmiz yuyulmamış meyvə-tərəvəz, torpaqla işdən sonra da bu xəstəliyə tutulmaq olar.
Toksoplazmoz-elə bir xəstəlikdir ki, adi halda ona yoluxma heç bir izsiz keçib gedir. Lakin söhbət hamiləlik zamanı toksoplazmozdan gedərsə, vəziyyət tamamən dəyişir.
Toksoplazmaya hamiləliyin  hansı dövründə yoluxmanın baş verməsi mühüm əhəmiyyət kəsb edir.
Əgər ana hamiləlikdən yarım il əvvəl yoluxubsa, hamilə qalarkən dölə böyük təhlükəsi yoxdur. Çünki ananın bədənində əks cisimciklər(antitel) əmələ gəlmişdir.
Əgər yoluxma hamiləliyin ilk trimestrində baş verirsə,  bu zaman plasentanın keçiriciliyi zəif olduğu üçün toksoplazmanın divardan keçmə ehtimalı çox azdır təxminən 15%. Bu halda hər şey yaxşı qurtara bilər.  
Hamilə toksoplazmaya ikinci trimestrdə yoluxursa, toksoplazmalar dölün qanına daha tez keçir və xəstələnmə ehtimalı 20%-ə qədər artır. Əgər yoluxma olarsa, parazitlər baş beyinə keçəcək, orada çoxalaraq gözləri və mərkəzi sinir sistemini zədələyir. Orqanizmin immun sistemi tez bir zamanda toksomplazmaya ilə mübarizə aparacaq və onu məhv edəcək. Lakin çox təəssüf ki, dölün sinir hüceyrələri atıq məhv olacaqdır. Əksərən fəsadlar yüksək beyindaxili təzyiq, əqli gerilik, epilepsiya və korluq şəklində üzə çıxır. Üçüncü trimestrdə baş verən yoluxma ehtimalı 50-60%-ə qədər artır. Bu dövrdə döl toksoplazmanın dağıdıcı təsirinə qarşı daha davamlıdır və o dünyaya heç bir qüsursuz doğula bilər. Bu halda latent (gizli) təsirdən söhbət gedə bilər. Onun fəsadlar aylar, hətta illər sonra üzə çıxa bilər.
Nə etməli?
Toksoplazmoz mütləq şəkildə hamiləliyin dayandırılması demək deyil. Analizlər vermək vacibdir. Əgər dölyanı mayedə toksoplazma və ya onu  antigenləri aşkar olunursa və qanda miqdarı sürətlə artırsa, dölün iflici ehtimalı böyükdür. Vəziyyəti qiymətləndirmək üçün USM müayinəsi keçirilməlidir. Hamiləlik vaxtı keçirilən toksoplazmozun bircə müsbət cəhəti var ki, növbəti hamiləlikdə ana bədənindəki immunitetin nəticəsində döl üçün heç bir təhlükə yoxdur.

Ülviyyə Səid


Şərhlər:
Baxılıb: 695
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz