Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dölyanı mayenin axıntısı
Dölyanı mayenin axıntısı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1096
Səs ver:
Hamiləliyin son günlərində dölyanı suların açılması artıq doğuşun başlamasını bildirən ciddi xəbərdarlıq nişanlarındandır və o zaman təcili olaraq xəstəxanaya yollanmaq lazımdır. Amma bəzi qadınlar, xüsusilə də ilk hamiləliklərini yaşayanlar "su açılar, xəbərim olmaz, hiss etmərəm” kimi qorxularla yaşayır ki, biz də bunu nəzərə alıb, mövzuya toxunduq.

Hamiləlikdə su gəlişi necə hiss edilir?
Orqanizmdən asılı olaraq, su gəlişi də fərqli olur. Bəzi hamilələrdə sanki bir stəkan su tökülübmüş kimi hal yaşanır ki, bunun da fərqinə varmamaq mümkün deyil. Çünki belə olan halda hamilənin alt geyimləri ilə yanaşı, üst geyimi, hətta oturduğu yer də islana bilər. Su gəlməzdən əvvəl və ya sonra sancıların olub-olmaması bir şərt deyil. Yəni sancı olmadan da su açıla bilər.

Hamilələri aldadan ən təhlükəli hal isə dölyanı mayenin damcı-damcı axmasıdır. Bu zaman qadın onu sidik damcısı ilə səhv sala bilər və özünün də xəbəri olmadan bir neçə gün ərzində suyun bir hissəsi axıb gedə bilər. Ona görə belə olan halda dərhal həkimə getmək lazımdır.

Dölyanı maye ilə vaginal axıntının nə kimi fərqi var?
Hamiləlik boyunca vaginal axıntı olur, son aylarda isə onun miqdarı bir az da artır. Axıntı adətən yapışqana bənzər, azca qoxulu olur ki, onun da su kimi ayaqdan axması mümkün bir şey deyil. Lakin dölyanı maye adi su kimi duru, azca sarımtıl və ilıq olur. Açıldısa, adi qaydada qadının ayaqlarından süzülüb axır.

Su gəlməsinin ana və körpə üçün bir təhlükəsi varmı?
Su, əgər hamiləliyin erkən həftələrində açılıbsa, bu erkən doğuş riskindən xəbər verir. Belə bir halın qarşısını almaq üçün həkim göstərişi ilə antibiotik müalicəsi edilir. Su kisəsi dölü bir çox bakteriyadan qoruyur ki, onun erkən açılması bu səbəbdən də körpə üçün zərərli ola bilər (bakteriyalar dölə doğru hərəkət edərlər). Lakin doğuma yaxın həftələrdə su kisəsinin açılmasının və suların xaric olmasının ana və dölə heç bir zərəri olmaz. Çünki bu haldan sonra 1 və ya 2 gün ərzində doğum gerçəkləşir.

Sular xaric olarkən nə etməli?
Hamiləliyin həftəsindən asılı olmayaraq, su gələr-gəlməz xəstəxanaya yollanmaq lazımdır. Əgər bu 36-cı həftədən tez baş veribsə, demək, erkən doğuş riski var. Həkim vəziyyətə uyğun olaraq dölün inkişafını tam bitirəcəyi zamana kimi müalicə yazır, xəstəni nəzarətə götürür.

Aygün Quliyeva


Şərhlər:
Baxılıb: 1096
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz