Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpə ana bətnində nə edir?
Körpə ana bətnində nə edir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1242
Səs ver:
Hamilələrə maraqlıdır ki, 9 ay bətnlərində gəzdirdikləri körpə orada nə edir, nəyi hiss edir və ətrafda baş verənlərin ona nə kimi təsiri olur. Elə ona görə də, bətndə körpənin vəziyyəti ilə bağlı maraqlı yazını təqdim edirik.

Toxunma: Toxunma duyğu sistemi çox mürəkkəbdir. Bütün bədəndə olan yüzlərlə reseptordan əmələ gəlir. Toxunma sistemi dərinin isti, soyuq, təzyiq, yumşaqlıq, sərtlik kimi fiziki xüsusiyyətlərini hiss etdirir.

Körpənizdə 10-cu həftədən etibarən genital (cinsi) bölgənin, 11-ci həftədə ovucların, 12-ci həftədə dabanların toxunma həssaslığı inkişaf etməyə başlayır. Körpə hələ bətndə ikən duyğu reseptorlarından çox məlumat alır: temperatur, mayenin içində olması, uşaqlığa zədələrin edilməsi və s.

Dad və qoxu: Körpənin dad qəbul edən reseptorları 14-cü həftədən etibarən formalaşmağa başlayır. Aparılan çoxsaylı araşdırmalar artıq bu həftədən etibarən körpənin şirin bir dadla qarşılaşdığı zaman hərəkətlərinin artdığı, acı və ya turş dadla qarşılaşdığında isə hərəkətlərinin azaldığı qənaətinə gəlib.  

Körpənizin burnu 11-15-ci həftələrdə inkişaf etməyə başlayır. Əvvəllər bətndəki körpənin qoxu duyma qabiliyyətinin olmaması söylənilirdisə, son illər, xüsusilə də tibb inkişaf etdikdən sonra aparılan araşdırmalar amniyotik maye içərisində olan uşağın qoxu duyma qabiliyyətinin olmasını aşkarladı.

Eşitmə: Əslində çoxumuz elə bilirik ki, bətndə çox sakit mühit hökm sürür. Amma bu belə deyil, orada güclü, ritmik, uğultulu səslərin olası məlum olmuşdur.

Bu səslər ananın ürək döyüntüləri, bətndəki hava, bağırsaqlardan gələn səs-küy və s. dir. Dölün eşitmə orqanları 24-cü həftədən etibarən inkişafını tamamlayır.

Amniyotik maye çöldəki səslərin bətnə daxil olmasının qarşısını alır. Körpə yalnız müəyyən səsləri eşidə bilir.

Bu mövzuda maraqlı bir araşdırma aparılmış və belə qənaətə gəlinmişdir ki, daha sakit və klassik musiqilərə körpələr az reaksiya verir, yüksək templi və ritmik mahnılara isə çevik reaksiya veririlər.

Görmə: Onun görmə sistemi çox erkən inkişaf edir. Baxmayaraq ki, göz qapaqları 26-cı həftəyə qədər bağlı olur, amma körpə elə bağlı vəziyyətdə də işığa qarşı həssas olur. Ətraf çox işıqlıdırsa, bu körpəyə çatır və nəticədə onun ürək döyüntüləri sürətlənir. Gözlərin üfüqi və şaquli istiqamətlərdə hərəkət etdirilməsinə isə yalnız 31-32-ci həftələrdə rast gəlinir.

Hərəkətlər:
Uzun illərdir ki, ana bətnində olan körpənin hərəkətləri ətraflı öyrənilib. Belə ki, bətndəki körpə adi insanın edə bildiyi bütün hərəkətlərə sahibdir, amma onların funksional mənası yoxdur. Barmağını sorması doğumdan sonra döş əmməsinə hazırlıq mənasına gəlir. Bətndəki körpənin hərəkət etməsi əslində amniyotik mayenin dövranına müsbət təsir edir. Həmçinin bu hərəkətlərin sayəsində o öz bədəninə toxunar və onu kəşf edər, göbək ciyəsi ilə oynayar, ciftə toxunar və s.

Körpəniz 6 həftəlik olanda (boyu təxminən 2 sm. olur) əlləri ağzının yaxınlığında olur və əli ağzına dəyədə başını arxaya çəkir, ağzını açır. Bəzənsə əlini ağzına salır. Bətndəki körpənin hərəkətləri öyrənilərkən əli barmağında olan 4.5 aylıq uşağın görüntüsü kameraya köçürülmüşdü.  

Körpə hər dəfə hərəkət etdikdə ya mayeni udar, ya da sidik ifraz edər, bir sözlə, olduğu mühitdə dəyişiklik yaradar. Və təbii ki, onun oyaq vaxtları ilə yanaşı, sutkanın müəyyən saatlarında yatmış vaxtları da olur.

Aygün Quliyeva


Şərhlər:
Baxılıb: 1242
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz