Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik testləri barədə suallar
Hamiləlik testləri barədə suallar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1493
Səs ver:
Həm hamilələr səhifələrində, həm qadın saytlarında tez-tez testlərlə bağlı suallarlar soruşulur. Testlər doğrudurmu?, yanlış nəticə verə bilərmi?, günün hansı saatı istifadə edilməli? və s.

1. Hamiləliyi təyin edən testlər neçə işləyir?
Hamiləliyi təyin edən testlər 2 cür prinsiplə çalışır: Ev şəraitində sidik vasitəsilə. Bu daha asan və daha sərfəlisidir. İkinisi isə laboratoriya şəraitində qan analizi vasitəsilə.

2. Testi sutkanın hansı saatında etmək lazımdır?
Adətən səhər sidiyi ilə testin nəticəsinin daha doğru olduğu söylənilir. Lakin araşdırmalar göstərir ki, günün istənilən saatında – gündüz, axşam edilən testlərdə də bir yanlışlıqlar yoxdur. Odur ki, səhər tezdən testi unutdunuzsa, günün digər saatında edə bilərsiniz.

3. Hamiləlik testləri səhv göstərə bilərmi?
Bütün istehsalçılar testin üzərində onun doğruluğunun 95-99 % olduğunu qeyd edirlər. Demək, testlərin az da olsa səhv göstərmə ehtimalı var.

4. Testi hansı günlər etməli: gecikmədən sonramı? Gecikməyə qədər ediləcək test varmı?
Testlərdə həssaslıq mühüm rol oynayır. Adətən testlərin çoxu gecikmənin ilk günü nəticəni göstərməyə qadirdir. Lakin daha həssas teslər varki, (onlar bir qədər də bahadır) belələri gecikməyə 7-10 gün qalmış nəticəni göstərir.

5. Testlərin doğru istifadə qaydası necədir?
Testlər növlərinə görə bir neçə cür olur və hər birinin də özünəmxsus istifadə qaydası var ki, bunu onun üzərindən oxumaq olar.
Strip-testlər (Zolaqlı testlər) – bu testlər ən ucuz və ən çox istifadə edilənlərdir. İstifadə qaydası da sadədir: sidik damcılatmaqla, 20 saniyəyə nəticə əldə olunur – 1 zolaq – hamilə deyilsiz; 2 zolaq –hamiləsiniz, deməkdir;
Şırnaqlı testlər – onların rahatlığı sidiyi bir yerə yığmamaqdadır. Şırnaq altına tutaraq, testdə nəticə göstərilir;
Elektron testlər – belə testlərdə xüsusi yer var ki, ora sidiyi tökürsünüz, 3 dəqiqə sonra doğru nəticə alınır. Elektron testlərdə "+”, yəni hamiləsiniz, "-" işarəsi hamilə deyilsiniz, deməkdir və s.

6. Testlərdə 2-ci zolaq niyə adətən zəif olur?
Bəli, əksər hallarda testlərdəki 2-ci zolaq zəif olur. O nə qədər zəif olsa da nəticə etibarı ilə hamiləlik vardır, demək. Zəif olmasının səbəbi qanda XQÇ-nin zəif səviyyədə olmasından irəli gəlir. 3-4 gün sonra yenidən test edin, bu dəfə 2-ci zolağın rənginin daha tünd olduğunu görəcəksiniz.

7. Hamiləliyi təyin edən ən yaxşı test hansıdır?
Bu, sizdən və maddi imkanınızdan asılıdır. Mayalanmadan 7 gün sonra qan analizi verə bilərsiniz. Bu ən dəqiq üsullardandır. Yox, daha rahat və münasibini istəyirsinizsə, o zaman yuxarıda sadaladığımız testlərdən birini əldə edə bilərsiniz.

8. Onlayn testlər necə, doğrudurmu?
Hamiləliyin onlayn üsulla təyini – bu ən yaxşı halda yalan, ən pis halda isə dələduzların qazanc yeridir (sms göndərməklə pul qazanmaq və s.). Belə onlayn testlər də müxtəlifdir. Məsələn, biri təklif edir ki, ekrandakı mavi ekrana barmaqla basın və o qırmızı olarsa, demək hamiləsiniz. Heç siz barmağınızı ora basmasanızda az sonra həmin mavi kvadrat qırmızı olacaq. Yəni, belə testlər heç doğru deyil.

9. Test uşaqlıqdan kənar hamiləliyi göstərirmi?
Test belə vəziyyəti hamiləlik kimi qiymətləndirir. Lakin əksər hallarda 7-8-ci həftələrdə uşaqlıqdan kənar hamiləlik özünü əlamətləri ilə aşkara çıxarır. Bu zaman dərhal hamiləlik qadın sağlamlığını qorumaq üçün dayandırılmalıdır. Əgər əlamətlərdən biri varsa, dərhal ginekoloqa və USM-ə getmək lazımdır.

10.Testlər hamiləliyin həftələrini müəyyən edə bilirlərmi?
Xeyr. Nə ucuz, nə də bahalı testlərin heç biri hamiləliyin neçənci həftə olduğunu müəyyən edə bilmir. Onların iş prinsipi "bəli”, "xeyr” cavabları üzərində qurulub.

Aygün Quliyeva



Şərhlər:
Baxılıb: 1493
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz