Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik pəhrizində liflər
Hamiləlik pəhrizində liflər
Göndərən: Catwoman666
Şərhlər: 8
Baxılıb: 461
Səs ver:
Lif, kəpək - necə adlandırdığınızdan asılı olmayaraq, sizin həzm sisteminizi sağlam saxlayır və hamiləlik dövründə sizin üçün əhəmiyyətlidir. Körpəniz böyüdükcə, o sizin daxilinizdə təzyiq yarada bilər və bu da, sizin özünüzü narahat hiss etmənizə və bəzən qəbizliyə səbəb ola bilər.  Buna görə də, həzm sisteminizi sağlam saxlamaq üçün hər gün yüksək lifli qidaları seçin.

Lif haqqında düşündüyünüz zaman. meyvə, tərəvəzləri və qəhvəyi qidaları nəzərdə saxlayın – yəni, kəpəkli çörək, qəhvəyi düyü və ələnməmiş undan olan makaron və bişmiş qabıqlı kartoflar. Bu qidalar sizin daha uzun müddət tox qalmanızı və daxili orqanlarınızın düzgün fəaliyyətini təmin edən çoxlu lif təşkil edirlər.

Hamiləlikdə sağlam səhər yeməyi
Yulaf zəngin lif mənbəyidir və sizi nahara qədər tox saxlaya bilər. Buna görə də, səhər yeməyi üçün üzərində moruq əlavəsi olan bir kasa yulaf yeməyi nəzərdə tutun. Ləzzətlidir! Yəqin doğranmış bananla bəzədilmiş yüksək lifli sıyıq da yaxşı olardı. Lifi artırmaq üçün bir ovuc cövüz də əlavə edin.

Hamiləlik üçün nahar ideyaları.
Nahar vaxtı gələndə lif səviyyəsinin çox olması üçün cövüzlü, kəpəkli çörəkləri ağ çörəkdən daha çox istifadə edin.  Sendviçinizə və ya onun yanına çoxlu salat tərəvəzləri əlavə edin – bu lif qəbulunuzu artırmaq üçün rəngarəng üsuldur. Siz, həmçinin, küncüt toxumu səpilmiş, buxarda bişirilən tərəvəz və qəhvəyi düyüdən isti nahar hazırlaya bilərsiniz.

Hamilə qadınlar üçün axşam yeməyi ideyaları
Axşam yeməyinə gəldikdə, qəhvəyi düyüyə və makarona keçin və ya qabığı ilə birlikdə bişmiş kartof yeyin və əlbəttə ki, boşqabınızın yarısını gündəlik əsas vitaminlər və minerallar üçün rəngarəng tərəvəzlərlə doldurun. Əgər axşam yeməyinin yanında salat hazırlayırsınızsa, siz pəhrizinizdə kifayət qədər sağlam lif miqdarı qəbul etdiyinizi təmin edə bilərsiniz.

Yadınızda saxlayın ki, lif və maye bir-biri ilə yaxşı uzlaşır, buna görə də lifin effektiv təsir göstərməsi üçün hər gün 8 stəkan su için - faydasını hiss edəcəksiniz.


Şərhlər: 8
Baxılıb: 461
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
wenikmurik
elime ne kecdi yeyirem..
27 noyabr 2015 13:31
# 8
Bugunume wukr!
vipbetul
hamile xanimlar ucun maraqli olar yayqinki hamilelikde isdediyini yemek daha yaxsi olar
24 noyabr 2015 20:57
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Hamilelikde her qidadan mehsuldan istifade etmelisen. Her sey usaqcun mineral ve vitamindir
24 noyabr 2015 20:25
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Happy
Hamiləlikdə ən böyük narahatçılıqlardan biridir qəbizlik. Məndə də olurdu dərmanlar kömək etmirdi. Ən yaxşı çıxış yolu çoxlu su və meyvə yeməkdir
24 noyabr 2015 19:36
# 5
Grsu
Lifin ne oldugunu nehayet bildim
24 noyabr 2015 19:14
# 4
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
arzum-aysum
Ümumiyyətlə hamile vaxti hem oz sağlamlığı, hem de uşağın sağlamlığı üçün düzgün ve nizamli qidalanmaq lazimdi.

Ümumiyyətlə hamile vaxti hem oz sağlamlığı, hem de uşağın sağlamlığı üçün düzgün ve nizamli qidalanmaq lazimdi.
24 noyabr 2015 18:38
# 3
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
evli.mutlu.cocuklu
hamile olanlar ucun daha maraqli olar
24 noyabr 2015 18:31
# 2
Dosta_inam
Hamilə xanımlar yediklərinə xüsusi diqqət etməlidir, çünki canında can daşıyır.
24 noyabr 2015 18:25
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz