Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doğum sancısı haqqında bilmək istədiyiniz hər şey
Doğum sancısı haqqında bilmək istədiyiniz hər şey
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 1752
Səs ver:
Doğuş sancılarının və doğuşun mərhələləri
Orta ilk doğuş təxminən 12-15 saat arası çəkir, baxmayaraq ki, bu daha uzun müddətə davam edə bilər və ya doğuş sancıları başladıqdan bir neçə saat sonra ola bilər. Sonrakı doğumlar adətən daha qısa olur, təxminən 8 saat qədər. Doğuş üç mərhələyə bölünür:

Doğuş sancılarının birinci mərhələsi
Bu ümumilikdə ən uzun mərhələdir, çünki çanaq tədricən genişlənərək körpənin doğuş yoluna aşağı doğru hərəkət etməsinə imkan yaradır. İşlərin təhlükəsiz davam etdiyini təmin etmək üçün körpənizin ürəyi nəzarət altında olacaq. Əgər su hələ gəlməyibsə (ciftin amniotik mayeni buraxması) həkiminiz və ya mamaça onu əli ilə gətirə bilər. Körpə doğuş kanalına gəldikdən və sizin həddindən artıq gücənmək istəyiniz olduqdan sonra, siz doğuş sancılarının ikinci mərhələsinə keçirsiniz.

Doğuş sancılarının ikinci mərhələsi
İtələmək üçün sizə rahat olan vəziyyəti alın. Adətən çöməlmək, diz çökmək və ya dörd əli üstə olmaq(cazibə qüvvəsi körpənin gəlməyinə kömək edir) kömək edir. Ümumilikdə, siz dərindən nəfəs alır və hər sancıda gücənir və sancılar arasında güc yığmaq üçün istirahət edirsiniz. Körpənizin başının yarısı göründüyü zaman ("tac qoyma"), yırtılmanın qarşını mümkün qədər almaq üçün daha ehtiyatla gücənməyiniz xahiş olunacaq. Körpənizin başı çıxdıqdan sonra, bədənin qalan hissəsi daha tez çıxır. Göbək bağı sonra kəsilir və siz artıq körpənizi təmizlənmək, çəkisinin və ölçülərinin müəyyən olunmasından və sağlamlıq əlamətləri üçün yoxlanılması üçün kənara aparılmasından əvvəl qollarınızda tuta bilərsiniz.

Doğuş sancılarının üçüncü mərhələsi
Körpənizi görməyin xoşbəxtliyinə qapıldığınızdan ciftin çıxarılması daxil olan doğuşun üçüncü mərhələsi yadınızdan çıxa bilər. Bu bir saat çəkə bilər və uşaqlığınız bunu çıxardıqca siz sancılar hiss edə bilərsiniz, lakin, sancılar doğuşun birinci mərhələsində olan sancılar kimi ağır deyil. Həkiminiz və ya mamaçanız ciftin hamısının çıxdığınından əmin olmaq üçün müayinə aparacaq və bundan sonra siz istirahət edə və bərpa oluna və həyatınıza yeni gələn şəxslə tanış olmağa başlaya bilərsiniz.


Şərhlər:
Baxılıb: 1752
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz