Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qeysəriyyə üçlüyü: Ana, uşaq, həkim
Qeysəriyyə üçlüyü: Ana, uşaq, həkim
Göndərən: WiRiN BaLaM
Şərhlər:
Baxılıb: 832
Səs ver:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 10 apreldə yaydığı bəyanatında dünyada qeysəriyyə əməliyyatlarının sayının narahatlıq doğuran səviyyədə kəskin artdığını qeyd edir.
 
Yeni texnologiyaların istifadəsi, elmi biliklərin artması normal doğuşun öz yerini sürətlə qeysəriyyə əməliyyatlarına verməsi ilə nəticələnir. Qeysəriyyə əməliyyatlarının sayına görə Çin və Braziliyadan sonra dünyada üçüncü yerdə olan qonşu Türkiyədə keçən ilki doğuşların 52%-i məhz bu üsulla olub.
 
Təbii doğuş niyə  dəbdən düşür?
 
Xatirə İbrahimova doğuşdan qorxduğu üçün, eyni zamanda, vücudunda dəyişikliklər olmasın deyə qeysəriyyə əməliyyatını seçdiyini deyir: "Mən özümə dəyər verən biriyəm. Doğuşdan sonrakı bəzi dəyişikliklər məndə olmasın deyə qeysəriyyə əməliyyatı olmaq istədim. Yəqin başa düşdünüz nə mənada deyirəm".
 
Günay Musazadə normal doğuşa hazırlaşsa da, 38-ci həftədə məcburən qeysəriyyə olduğunu söyləyir: "Evdə suyum açıldı. Həkimə çatanda artıq uşaq quruda qalmışdı. Dölyanı maye yoxuydu. 6 saat ərzində müxtəlif iynələr vurdular, amma açılış olmadı. Həkim uşağın bətndə boğulduğunu görüb, 6 saat yarımdan sonra əməliyyat etməyə qərar verdi”.
 
Gülnar Seyidbəyli isə təbii yolla dünyaya uşaq gətirən analardandır: "Mən 15.01.2015 tarixində övladımı təbii yolla dünyaya gətirmişəm. Dəqiq yadımdadır, həmin gün 7 nəfər qeysəriyyə əməliyyatına gəlmişdi. Məhz ayın tarixinə görə. Yəni demək istəyirəm ki, bir çoxları əməliyyat gününü tarixlərə görə müəyyənləşdirir. Kimsə ana-atasının, kimsə qayınana-qayınatasının doğum günü ilə eyni tarixə saldırır”.
 
Adının çəkilməsini istəməyən digər ana həkim-ginekoloqların diabetli anaları düzgün yönləndirmədiyindən gileylənir: "Qızımı və oğlumu əməliyyatla dünyaya gətirmişəm. Gestasion diabet xəstəsiyəm. Qızımın çəkisi çox idi, sağrı gəlişi idi və göbək ciyəsi 3 dəfə boğazına dolanmışdı. İndi 5 yaşındadır. Oğlum təəssüf ki, erkən doğulduğu üçün yaşamadı. Əslində bu haqda mən də xanımlarımızın məlumatlanmasını istəyərəm. Əksər uşaq ölümlərinin səbəbi məhz gestasion diabet olur. Həkimlər səhv yönləndirmə ilə şəkər səviyyəsini daha da artırırlar. Qan azlığı olan diabetli hamilələr çuğundur və şəkər qarışığı içirlər ki, hemoqlobin artsın. Bilmirlər ki, bununla özlərinə nə qədər zərər verirlər. Azərbaycanda ginekoloqlar da tam əhatəli savada malik deyillər. Mənim bu əziyyətimin səbəbi də elə adı çıxmış həkimlərdir".
 
Qeysəriyyə əməliyyatlarının çoxalmasının səbəbləri:
1. Analarda piylənmənin artması;
2. Zahılara qulluğun təşkilinin zəif olması;
3. Uşağın çanaq gəlişində
4. Uşağın maşa ilə dartılıb çıxarılmasındakı risklər
5. Doğuşun süni yollarla baş tutmasının yayılması;
6. Anaların seçimi ilə (rahat olduğundan, doğum sancılarından qorxmaqla və ya arzu etməməklə əlaqədar);
7. Ginekoloqların seçimi ilə (prosedurların qrafiki, gəlir əldə etmək).
 
Qeysəriyyə əməliyyatında ana ölümləri və xəstəliklərin sayının beş dəfə yüksək olmasına baxmayaraq, normal doğuşla müqayisədə o, bir sıra üstünlüklərə malikdir:
 
1. Normal doğuşdan sonra qadınların təqribən 10%-i gərginlik altında olduqda sidik buraxmadan əziyyət çəkir. Qeysəriyyə əməliyyatı olunan qadınlarda bu rəqəm 5%-dir.
2. Qeysəriyyə əməliyyatı çox hallarda həyatı təhlükə altında olan körpəni xilas etməyə imkan verir.
3. Ana doğuş vaxtını özü seçə bilir.
4. Ananı uzun sürən doğuş sancıları çəkməkdən qurtarır.
 
Ümumdünya Səhiyyə Təşkilatı narahatdır
 
Səhiyyə mütəxəssisləri qeysəriyyə əməliyyatının ölkə üzrə bütün doğuşların 10-15%-ni təşkil etməsini normal göstərici hesab edir. Lakin ÜST mütəxəssislərinin 1985-ci ildə qəbul etdiyi bu rəqəmlər yeni araşdırmalarda 10%-ə düşmüşdür. Belə ki, əgər ölkə üzrə bütün doğuşların yalnız 10% qeysəriyyə əməliyyatı ilə icra olunursa, ana və yeni doğulmuşların ölüm halları azalır. Lakin əməliyyatların sayının 15%-i keçdiyi halda ölüm hallarının azalması barədə araşdırma mövcud deyil.
 
Ehtiyac olmadan aparılan qeysəriyyə əməliyyatları birmənalı olaraq digər vacib tibbi  xidmətlərə ayrılacaq maddi resursların azalmasına və tibbi xidmətin zəifləməsinə səbəb olur.
 
Qeysəriyyə ilə bağlı araşdırmalar nə deyir?
Norveçdə 3 yaşadək 37 171 uşaq arasında aparılan araşdırmanın nəticələri qeysəriyyə ilə doğulmuş uşaqlarda 3 yaşda astma xəstəliyi riskinin yüksək olduğunu ortaya çıxarıb.
 
İrlandiya alimlərinin "Journal of Child Psychology and Psychiatry”də  çap etdirdiyi digər araşdırmada əsasən qeysəriyyə ilə doğulan uşaqlarda autizm riskinin 23% daha yüksək olduğu qeyd edilib. Araşdırmada autizmlə qeysəriyyə arasında hansı bağlılığın olması izah olunmayıb. Qeysəriyyə ilə doğulan uşaqların bağırsaq florası normal doğuşla dünyaya gələn uşaqlarınkından fərqlidir və bəzi alimlər psixoloji inkişafda bu amilin təsiredici rol oynaya biləcəyini fərz edirlər.
 
Araşdırmada qeyd olunur ki, normalda qeysəriyyə əməliyyatı 37-39-cu həftələrdə icra edilir. Hamiləliyin sonlanma dövrü isə 40-cı həftədə baş verir: "Son bir-iki həftə beyin inkişafı üçün vacibdir və vaxt tamamlanmadan doğulmaq psixoloji problemlərin yaranma riskini artırır”.
 
Hansı ölkə normal doğuşa üstünlük verir?
Normal doğuşa üstünlük verilən ölkələrin siyahısında ilk başda Şimali Avropa ölkələri gəlir. Qeysəriyyə əməliyyatları İslandiyada 14,8% təşkil edir, Polşa, Rumıniya və İtaliyada 36-38%. Hollandiyada evdə təbii doğuş getdikcə daha çox populyarlıq qazanır. Hollandlar müasir mamaçaların xidmətinə üstünlük verirlər.
Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı haqqında göstəricilərin olmadığını bildirib.


Şərhlər:
Baxılıb: 832
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz