Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik sekslə məşğul olmağa əngəldir?
Hamiləlik sekslə məşğul olmağa əngəldir?
Göndərən: emis
Şərhlər: 9
Baxılıb: 5477
Səs ver:
Hamiləlik dövrünün özünəməxsus bir çox problemləri var. Ancaq cütlükləri düşündürən mövzulardan biri də hamiləlik zamanı cinsi həyatla bağlı yaranan sual işarələdiridir. Məsələn, hələ də bəzi cütlüklər hamiləlik zamanı sekslə məşğul olmağın körpəyə zərər verdiyini düşünürlər. Odur ki, belə cütlüklər 9 ay və ya bir il cinsi əlaqəyə girmirlər. Bu isə kişinin qadından soyuması, qadının stress keçirməsi və münasibətlərin korlanması, hətta boşanma ilə nəticələnə bilər.

Bəs əslində hamiləlik dövründə cinsi münasibətlər necə olmalıdır?
Bir çox insan qulaqdan-qulağa yayılan yanlış məlumatlara inanaraq hamiləlik zamanı cinsi əlaqəyə girməyin ana bətnindəki körpəyə zərərli olduğunu, hətta seksin erkən doğuşla nəticələndiyini düşünürlər.

Düzdür, ana və ata namizədləri körpə gözlədiklərini öyrəndikləri andan etibarən həyatlarında bəzi dəyişiklər etməyə məcbur olurlar. Hamiləlik dövründən etibarən qadının yuxu, qidalanma və sosial həyatında dəyişikliklər özünü göstərir. Bu kişiyə də təsirsiz ötüşmür. Bəzən cütlüklər eyni yataqda yatan və bir-birlərindən getdikcə uzaqlaşan iki yad insana çevrilirlər.

Əslində isə hamiləlik dövrü qadınların ən çox qayğıya və sevgiyə ehtiyacları olduqları vaxtdır. Ona görə də qorxulardan xilas olub mütəxəssislərin təkliflərinə əməl etmək lazımdır.

Hamiləlikdə cinsi əlaqə

Seks istəyi bədənin təbii ehtiyacıdır. Hamiləlik dövründə anaya yaraşdırılan müqəddəslik imici cinsi həyatın arxa planda qalmasına səbəb olur. Hətta məlumatsız olan hamilə qadınlar cinsi həyatla bağlı həkimi ilə belə danışmağa, ondan məsləhətlər almağa çəkinir. Mütəxəssislər isə bildirirlər ki, normal bir hamiləlik keçirən qadın hamiləliyinin son 4 həftəsinə qədər cinsi həyatına məhdudiyyət qoymamalıdır. Ancaq son həftələrdə spermanın tərkibindəki maddələrin əzələ sıxılmalarına və erkən doğuşa səbəb olması ehtimalı var. Ona görə də 8 ay sekslə məşğul olmaq olar, son 1 ayı isə cütlüklər öpüşərək, qucaqlaşaraq, bir-birlərinə mənəvi dəstək olaraq keçirməlidirlər. Təbii ki, oral sekslə məşğul olmaq da mümkündür.

Aylara görə cinsi həyat:
Ümumiyyətlə, hamiləlik dövründə qadının cinsi həyatındakı aktivlik ilk 3 ayda azalmalı, ikinci 3 ayda artmalı, son 3 ayda isə təkrar azalmalıdır.

İlk 3 ay
Analıq instinktinin güclü olması, ananın körpəsini itirmə qorxusu kimi hisslər bu dövrdə qadınları seks həyatından soyudur. Həmçinin bu dövrdə baş verən ürək bulanması, qusmaq kimi hallar da cinsi həyata maneə olur. İlk 3 ay cinsi münasibətlər soyuq keçə bilər. Ancaq bu dövrdə sekslə məşğul olmaq istəyən cütlüklər üçün heç bir təhlükə yoxdur. Çünki doğru seks pozası seçildikdə və kişi ehtiyatlı olduqda seksin anaya və körpəyə ziyanı olmadığını elmi araşdırmalar da təsdiq edib.

3-6 ay arası
Ana namizədinin hamiləliyə öyrəşməsi, döşlərə və cinsi orqana gedən qanın artması cinsi istəyin artmasına səbəb olur. Bu səbəblə hamiləliyin bu dövründə cinsi əlaqəyə girmək sayında artım ola bilər. Hətta normal vaxtlarda orqazm olmaqda çətinlik çəkən qadınlar ard-arda orqazm hissi yaşaya bilərlər. Bir çox qadın hamiləlik dövründəki orqazmın daha çox həzz verdiyini etiraf edirlər. Mütəxəssislər bunu hamiləlik dövründə qadının qarın hissəsinin dolu olması ilə əlaqələndirirlər. Doluluq hissi orqazm olmaq prosesini asanlaşdırır.

6-9 ay arası:
Bu dövrdə cütlüklərin cinsi əlaqəyə girməsi çətinləşir. Hamilə qadının kökəlməsi, qarnının kifayət qədər böyüməsi, hərəkət qabiliyyətinin məhdudlaşması, kürək və bel ağrılarının artması, həmçinin vaginada göbələk infeksiyasının artması ehtimalının yüksək olması qadını seksdən uzaqlaşdıra bilər. Amma bu problemlərə baxmayaraq, sekslə məşğul olmaq istəyən cütlüklər körpəyə zərər verməkdən qorxmamalıdırlar. Çünki hamiləliyin bu mərhələsində də cinsi əlaqə körpəyə zərər vermir. Körpə ana qarnındakı əzələlər, hamiləlik kisəsi və kisənin içərisindəki amnion adlı maye sayəsində xarici təsirlərdən qorunur. Ancaq cütlüklər hər ehtimala qarşı həkimlə məsləhətləşməlidirlər. Çünki bəzi riskli hamiləlik halları olur ki, belə qadınların cinsi əlaqəyə girməkləri təhlükəli ola bilər.

Riskli hamiləlik hallarında seks
Əgər erkən doğuş və uşaq salma riski varsa və daha öncə körpənin ölümü ilə nəticələnən hamiləlik yaşayıbsa həmin qadın uşaq dünyaya gələnə kimi seksi həyatından çıxarmalıdır.

Həmçinin, hamiləliyin hər hansı mərhələsində vaginal qanaması olduqda, ciftin uşaqlıq borusunun ağzını bağladığı müəyyən edildikdə, qadının həyat yoldaşında cinsi yolla keçən xəstəlik aşkarlandıqda seks təhlükəli ola bilər.

İlk dəfə hamilə olan qadın üçün son 1 ay daha təhlükəlidir. Ancaq həkim icazə verirsə, hamiləliyin 8 ayını partnyoru ilə cinsi əlaqəyə girə bilər. İkinci-üçüncü və daha sonrakı hamiləliklərdə isə risk daha yüksək olur. Odur ki, belə qadınların son 6 ay sekslə məşğul olmamaları məsləhətdir. Yenə də həkim məsləhəti hər şeyi həll edəcək.

Əkiz uşaq gözləyən anaların hamiləliyin 3-cü ayından sonra sekslə məşğul olması məsləhət görülmür.

Cinsi əlaqə yox, məlumatsızlıq təhlükəlidir
Sonda onu da qeyd edək ki, hamiləlik zamanı seks təhlükəli deyil, ancaq məlumatsız şəkildə sekslə məşğul olmaq təhlükəlidir. Heç kəs anadan olan kimi hamiləlikdə necə davranmalı olduğunu öyrənmir. Hamilə olduğunu öyrənən qadın həm özü məlumatlanmalı, həm də həyat yoldaşını maariflənməyə sövq etməlidir. Həkimlə məsləhətləşməklə yanaşı, həkimin tövsiyə etdiyi və ya keyfiyyətli yazılar dərc etdiyinə inandığınız jurnallar oxumalı, kitab oxumağa vaxt ayırmalısınız. Hamiləlik sadəcə qadının yaşadığı bir proses deyil.

Bu dövrdə kişi də ən az qadın qədər əziyyət çəkməli, özünü inkişaf etdirməli və xanımına dəstək olmalıdır. Qadına qarşı diqqətcil davranaraq onun stressini azlatmaq olar. Seks zamanı isə mütləq hamilələr üçün uyğun olan, qadına ağrı verməyəcək pozalar seçilməlidir. Bu pozalar elə də az deyil. Qadın özünə ən rahat olanını seçməlidir. Bu dövrdə kişi hər ehtimala qarşı cinsi əlaqə zamanı kondomdan istifadə etsə yaxşı olar.


Şərhlər: 9
Baxılıb: 5477
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
sona
Sitat: BARBI
Hamilelikde calisdiqca cinsi elaqe azaldilmalidir. Eger azaldilmazsa korpeye ziyanli ola biler

eksine. eger riskli hamilelik deyilse o zaman cinsi elaqenin xeyiri varki, ziyani yoxdu. doguw ucunde xeyirlidi
10 avqust 2015 01:08
# 9
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Vuska87
Saglam hamilelikde hec bir ziyani yoxdur.men oz tecrubeme esaslanib deyirem.iki uwagim var.axirinci iki-uc hefteye kimi hec bir problem yawamamiwam.ama duwme tez olma riski varsa belkede problem ola biler.eziz hamileler heyat yoldawinizida duwunun.kiwi ucun bur nece ay cinsi elaqesiz yawamaq cetin meseledi..
9 avqust 2015 18:57
# 8
Aydan Habili
Kondom nədir ki mənə lazım olmasada elim deydi oxudum06
9 avqust 2015 16:26
# 7
Milawka18
hamile xanimlarmizcun cox yaxwi meslehetlerdir
9 avqust 2015 13:14
# 6
toya hazirlaşıram))) Subay qizlarmız üçün olsun
Meleknur
Hemile xanimlar ucun yaxwi melumatdi
9 avqust 2015 12:32
# 5
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
meni_gozle
faydali melumatdir tewekkurler
9 avqust 2015 11:53
# 4
ell.nell
Faydalı melumata gore tşk
9 avqust 2015 09:48
# 3
Dosta_inam
Olar olmaz deqiq bilmirem, ancaq mence her ehtimala qarsi gozlemek daha yaxsi olar, cunki korpeye hansisa bir ziyani ola biler.
9 avqust 2015 09:35
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Hamilelikde calisdiqca cinsi elaqe azaldilmalidir. Eger azaldilmazsa korpeye ziyanli ola biler
9 avqust 2015 02:15
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz