Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlikdə geyim, kosmetika, aksessuar istifadəsi
Hamiləlikdə geyim, kosmetika, aksessuar istifadəsi
Göndərən: Nazlı_qız
Şərhlər: 10
Baxılıb: 1020
Səs ver:
Hamiləlikdə geyim

Hamiləlikdə körpənin sağlamlığı və inkişafı, birbaşa ananın sağlamlığı, sağlam həyat tərzi ilə əlaqəli olub, müsbət və ya mənfi təsir göstərə bilir. Ananın hamiləlikdən qabaq və ya hamiləlik vaxtı sağlamlığı və xəstəliyi ayrı mövzu içərisində incələnir. Ananın hamiləlik vaxtı sağlam həyat tərzi-onun qidalanmağı, qəbul etdiyi vitaminlər, dərmanlar, idmanı, sistemli yuxusu, istirahəti, həyəcandan uzaq sakit ruhu, hamiləliyə uyğun geyim tərzini əhatə edir.

Ana namizədinin geyim mövzusunda diqqət etməli olduğu nüanslar bunlardır:
Mövsümə uyğun qalınlıqda və rəngdə olan geyimləri seçin, hamilə qadınlar bədən hərarətinin birdən-birə enib qalxacağı ehtimalını nəzərə almalıdırlar. Buna görə də üstən istədiyi vaxt geyinib-çıxara biləcəyi jilet, şal kimi geyimləri özləri ilə gəzdirsinlər.

Geyimlərin parça keyfiyyəti mümkün olduqca sintetik və şifon parçalardan uzaq durmalısız. Bu cür geyimlər tərləməyə səbəb olub göbələk xəstəliyi üçün zəmin yaradır. Xüsusən pambıq tərkibli paltarlardan istifadə etməyə səy göstərsəniz hamiləlik vaxtı tez-tez rast gəlinən vaginal göbələyindən canınızı qurtarmış olarsınız.

Hamilə qadınların paltarları bol və rahat olmalıdır. Bədən ölçülərinə dar gələn, sıxan, iz buraxan geyimləri əsla geyinməməlisiniz. Ayağınızdakı corabların rezinləri elastik olub, qarın və ya ayaq nahiyəsində iz buraxmamalı, dar korsetlər, bustqalterlər və digər alt paltarlarından istifadə etməməlisiniz. Hamiləlikdə qarın içi təzyiqin artması ilə meydana gələn cift dolaşması problemi ananın səhhəti üçün təhlükəli hesab olunur.

Ayaqqabı seçərkən diqqətli olmalı, dar, sıxan, tərlədən ayaqqabılardan uzaq durmalısınız. Hündür dabanı qətiyyətlə məsləhət görmədiyimiz kimi, lap dabansız ayaqqabıların da özünəməxsus çatışmazlıqlarının olduğunu nəzərə çatdıraq. Hamiləlikdə ana qarnı böyüdükcə vücud müvazinətini qoruya bilmək üçün bel və onurğa qövsülüyü artır. Bu səbəbdəndə heç dabanı olmayan ayaqqabıdan istifadə etmək bel ağrılarını artırıb, ayaq əzələlərində ağrı və sancılara təkan verə bilər. 3-4 sm-lik dabanı olan ayaqqabı hamiləlikdə geyinə biləcəyiniz ideal ayaqqabıdır.

Hamiləlikdə kosmetika və aksesuar seçimi.
Kosmetika və aksessuardan istifadə qadınların həyatında vazkeçilməz vasitədir. Fəqət ana namizədləri körpələrinin sağlamlığı üçün hamiləlik vaxtı kosmetikadan istifadədə bəzi məhdudiyyətləri qoymalıdırlar özlərinə.
 
Saç boyatmaq- saç dərisi kapilyar damarların keçdiyi və qan dövranının olduğu əhəmiyyətli yerdir. Saç boyalarının tərkibində kimyəvi maddələr və 20-30% ammonyak olduğunu nəzərə alsaq körpənin sağlamlığını təhlükəyə atmaq ehtimalını da unutmamalıyıq. Bu maddələr ananın qan dövranına qarışaraq körpənin qanına keçə bilir.

Bitki tərkibli boyaların tək fərqi isə ammonyak faizinin 6-10 arası olmağıdır. Bundan da belə nəticəyə gəlmək olur ki, hamilə və süd verən analar vaciblik olmadığı tədqirdə saçlarını boyamasınlar.

Makyaj- yağlı makyaj vasitələri dəriyə daha çox yeridiyinə görə hamilə qadınlar ənlik-kirşandan istifadə edərkən quru kirşanlardan, uçan ətirlərdən istifadə etməlidirlər. Və o makyaj yatmazdan əvvəl mütləq silinməlidir. Hamiləlik vaxtı qalıcı makyaj və döymə(tatuaj) etdirmək qəti qadağandır.

Metal aksesuar və pirsinq- hamiləlik vaxtı vücudun immun sistemi təzyiq altında olur. Yəni, ana namizədləri hamilə vaxtı, adi vaxtlardan daha artıq həssas vücuda sahib olurlar. Buna görə də metal aksesuarlar bədənlə uzun müddət təmasda olmamalıdır. Bu vaxt içində pirsinq taxmaq isə qəti yolverilməzdir.

Bu yazının məqsədi hər kəs tərəfindən bilinən, amma nədənsə az diqqətə alınan məsələləri bir daha xatırlatmaqdır.


Şərhlər: 10
Baxılıb: 1020
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
hamilə xanımlar da hər zaman gözəl görünməlidir. Hamiləlik zamanı adətən rahat, bol geyimlərdən istifadə etmək yaxşıdır.

...666...
31 avqust 2015 20:45
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
Hamiləlikdə aksesuara filan gərək yoxdur, onlariın ən böyük aksesuarları bətnində gzdirdiyi körpədir, o anları Yaradan hər bir xanıma nəsjb etsin.
31 avqust 2015 15:42
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
arzu gunes
cox isdeeyirem hamile olmagi ne vaxt hamile olsam oxuyacam atdim secilmiwlere
30 avqust 2015 23:50
# 8
Mrs.Pianist
Hamile vaxti tek ozuvu yox bebiside dusunmelisen quc
30 avqust 2015 20:44
# 7
Acısı çox olan qizların guluşu gozel olur.!
ulduz
dogrudu ziyandi hamisi kimyevi maddedi..yoldasim meni lak silmeye ve vurmaga qoymurdu .
30 avqust 2015 20:06
# 6
yarpaq33
Hamile vaxti mende sac kesdirmemiwem renglememiwem makiyaj ve manikurda etmemiwem Bildiyime gore sac kesilerse ve ya dirnaq uzadilarsa orqanizim daha cox kalci serf edir ondada korpede kalci deficiti baw verir bunlara mutleq diqqet etmek lazimdir
30 avqust 2015 19:02
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
vipbetul
hamile xanimlarion onsuzda cox bezenmeye ehtiyagi olmur o hamilelik onlari gozel gorsedir
30 avqust 2015 18:31
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tek umidim sen
Ana olmaga hazirlasan xanimlarcun cox gozel,lazimli xeberdi...

30 avqust 2015 18:20
# 3
Kadın derin ama adam yüzme bilmiyor...
ALESSANDRA
hamile xanimlarcun ela xeberdi tsk
30 avqust 2015 18:14
# 2
Don't trust anyone ∆
BARBI
Hamilelik vaxti her seye xususi diqqet gosterilmelidir. Her sey korpenize eks tesir gostere biler.
30 avqust 2015 18:13
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz