Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hansı şərtlərdə evdə doğuş etmək olar?
Hansı şərtlərdə evdə doğuş etmək olar?
Göndərən: Nazlı_qız
Şərhlər: 13
Baxılıb: 663
Səs ver:
Son illərdə yediyimizə, içdiyimizə və hətta geyindiklərimizə belə diqqət edirik, təbii olmasına diqqət göstəririk. Bu təbiilik trendinə doğum üsulları də qatıldı. Xüsusilə hipnozla doğum edən Kate Middletondan sonra, daha təbii və ağrısız doğumun necə ola biləcəyi müzakirə edilməyə başlandı. Və nənələrimizin doğum metodları ciddi bir şəkildə gündəmə gəldi: Evdə doğum necə olur?

Bunun üçün evdə doğuş haqqında ən çox maraq edilənləri araşdırdıq.

Niyə evdə doğuş?

Əsrlər boyunca qadınlar doğuş  vəziyyətiylə bəzən yalnız, bəzən də ailə fərdləri yoldaşlığında başa çıxdılar. Doğuş təbii və möcüzəvi bir şey olduğu qədər riskləri də özü ilə gətirir. İllər içərisində tibb və texnologiya irəlilədi və qadınlar 19-cu əsrin əvvəllərindən etibarən xəstəxanada doğuş etməyə başladılar. Bu daha az körpə itkisi, daha gigiyenik mühitlərdə doğuş və dərmanlardan faydalana bilmə kimi rahatlıqları da özü ilə gətirdi.

Zaman içərisində qadınlar təkrar ən təbii üsullara yönəlməyə başladılar. Evdə doğuş da bu şəkildə yenidən gündəmə gəldi. Evdə doğuş heç bir sağlamlıq probleminiz olmadığı təqdirdə doğmaq üçün ən yaxşı üsullardan biri ola bilər.

Kimlər evdə doğa bilər?
• Əgər normal, sağlam, problemsiz gedən bir hamiləlik keçirirsinizsə,
• Həkiminiz bir qorxu görmürsə,
• Qeysəriyyə, epidural kimi üsullara qarşısınızsa,
• Bu inanılmaz təcrübəni ailənizlə birlikdə yaşamaq istəyirsinizsə,
• Evinizin rahatlığında və atmosferində daha yaxşı hiss edəcəyinizi düşünürsünüzsə,
• Arada yemək yemək, duş almaq, gəzinmək kimi ehtiyaclarınızı evinizdə etmək istəyirsinizsə, evdə doğuş edə bilərsiniz.

Kimlər evdə doğuş edə bilməz?

• Həkiminiz sizin evdə doğuş üçün uyğun olmadığınızı düşünürsə,
• Diabetiniz varsa,
• Hamiləlik əvvəlində və ya əsnasında yüksək təzyiqiniz olubsa,
• Körpənizin yarımçıq doğma ehtimalı varsa və daha əvvəl yarımçıq bir körpə dünyaya gətirmisinizsə,
• İlk körpənizi qeysəriyyə etdirmisinizsə,
• Evinizdə doğuş üçün lazımlı şərait yoxdursa, evdə doğuş etməniz riskli ola bilər.

Evdə doğuş etibarlıdırmı?
Evinizdə doğuş edə bilmək üçün bütün ehtiyaclarınızı tamamlamısınızsa və uyğun mühiti seçmisinizsə, evdə doğuş edə bilərsiniz. Əgər sağlamlıq cəhətdən bir təhlükəli vəziyyətiniz yoxsa, normal bir hamiləlik keçirirsinizsə, hər hansı bir təcili vəziyyətdə körpəni və sizi ən yaxın xəstəxanaya apara biləcək kimlərsə varsa, evdə doğuş etibarlı bir variantdır.

Bununla bərabər psixoloji olaraq doğuşa hazırlanan və evdə doğuş edən qadınların daha qısa müddətdə və daha rahat doğduqları da bilinir.

Evdə doğuş edərkən diqqət yetirməniz lazım olanlar nələrdir?
• Sizə dəstək olması üçün bir tibb bacısı və bir qadın doğuş mütəxəssisi evdə sizinlə birlikdə olmalı,
• Doğuşu tutacaq mütəxəsislə mütləq əvvəldən görüşün, danışın və doğuşu birlikdə planlayın,
• Hər hansı bir təcili vəziyyət olması halında xəstəxanaya ən qısa müddətdə necə və kim tərəfindən çatdırılmanızı əvvəldən təyin edin,
• Doğuşun gecə reallaşması vəziyyətində, 24 saat içərisində tapa biləcəyiniz bir uşaq həkimi tapın. Körpənin təcili olaraq nəzarətə alınması lazım ola bilər.

Təcili olaraq xəstəxanaya getməniz lazım olan vəziyyətlər
Evdə doğuşun təbii və gözəl olduğundan bəhs etdik, lakin bu müasir tibb elminin nemətlərindən bir az uzaqlaşmanız mənasına da gəlir. Evdə doğuş əsnasında aşağıdakı vəziyyətlərdən birini yaşayırsınızsa, sizə kömək edən səhiyyə işçilərinin köməkliyi ilə dərhal ən yaxın xəstəxanaya gedin.

• Doğuş vaxtında həyata keçmirsə,
• Körpənin amniyotik mayesində  (körpənin ilk nəcisi) dair izlər varsa,
• Körpədən əvvəl plasenta gəlirsə,
• Körpə kordonu körpədən əvvəl gələrsə və ya dolanarsa,
• Vaginal qanama varsa və çoxsa,
• Plasenta içinizdən çıxmazsa,
• Körpə yaxşı görünmür, normaldan sürətli nəfəs alıb verir və ürəyi çox sürətli döyünürsə, dərhal ən yaxın xəstəxanaya getməlisiniz.


Şərhlər: 13
Baxılıb: 663
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Mrs.Pianist
Nə qədər sağlam olsanda,həkim bir soz deməsədə evdə doğuş olmasa yaxşıdı.
23 iyul 2015 14:43
# 13
Acısı çox olan qizların guluşu gozel olur.!
WiRiN BaLaM
Ən yaxşısı sağlamlıq baxımındanda xəsdəxanada doğuş etmək daha məsləhətlidi...uşağında təhlükəsizliyi üçün.
22 iyul 2015 18:36
# 12
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
AYKA-ISI
evde doguwun elehineyem hec vaxt dogmaram ne qeder rahat olsada oz rayonumuzdakini beyenmeyib bawqa wehere getmiwem qaldiki
21 iyul 2015 22:27
# 11
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Nergız33
Menim balaca uşaqım evde olub . Asanda olub . Ama indi olsa evde olmasını isdemezdim
21 iyul 2015 21:33
# 10
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
VIP
Qabagkılar saglam olub evdə sahədə dogurlarmış. İndiki zamanda hələ balnitsada doguş zamanı ölənləri var ona görə həkim nəzarətində
21 iyul 2015 20:07
# 9
Başımın üstündə Allah,yanımda ailəm olsun.
qanadli melek
Evde neter doguw ola bilerki buna risk eden insanin boyuk ureyi olmalidi
21 iyul 2015 19:25
# 8
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Dj_Vampir
,,,ne yazik ki,evde olmusam ona gore travma almisam(((bu mene coox pis tesir edirr neyse
21 iyul 2015 18:53
# 7
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Catwoman666
Doğuşu evdə keçirmək bir az təhlükəlidir məncə. Hər halda xəstəxana həkim nəzarəti altında uşaq dünyaya gətirmək daha yaxşıdır.

...666...
21 iyul 2015 18:50
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
Menim qayinanamin bir usagi xestexanada olub, qalanlari evde olub, Vallah men qorxaram, hem xestexanada birden olur ki, ya ana ya usaq telef olur, hele hekimler nezaret edir, evde bu tehluke daha coxdur, tesekkur.
21 iyul 2015 18:31
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
xeyalperest
Eslinde men evde doguşa pis baxmiram.sadece burda yazilib saglam olmalidi.indi saglam hamile qadin varki?tek-tukdu nem
21 iyul 2015 18:30
# 4
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
14MsM
evde doguw tehlukedi Allah hamile bacilarmisi sag salat doguw nesib etsin mende onlarin icinde InwAllah
21 iyul 2015 18:04
# 3
vipbetul
hamisindan yaxsi xestexana seraitindedi evde usaq olarken ya anaya yadaki usaqa nese ola biler hekimler olmadiqina gorede her ikisinden biri telef olurki buda evde usaq olarken daha cox olum hallarinin olduqunu gorsedir
21 iyul 2015 18:04
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Dogus her zaman steril seraitde ve hekim nezaretinde olmalidir. Evde dogus cox tehlukelidir
21 iyul 2015 18:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz