Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İlk doğuş
İlk doğuş
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1063
Səs ver:
Belə hesab edilir ki, ilk doğuş sonrakılardan daha çətin keçir. Bu doğrudur, lakin qismən. Bir çox hallarda birinci və ikinci doğuş bir birindən kəskin şəkildə fərqlənirlər və heç də bir birinə bənzəmirlər. Çox şey hamiləliyin necə keçməsindən, ananın həmin dövrdə hansı xəstəlikləri keçirməsindən, bir çox şey isə ümumiyyətlə təsadüfdən asılıdır. Doğuşun tezliklə baş verə biləcəyini qadınlar fəal doğuş prosesinin başlamasından təxminən bir həftə əvvəl bilirlər.
38 həftəlik hamiləlikdən sonra doğuşöncəsi, eləcə də preliminar və tutmaərəfəsi adlandırılan dövr başlayır, ona görə ki bunlar bilvasitə doğuşdan əvvəl baş verirlər. Bu dövr üçün doğuş və hələki ilkin tutmaların xəbərçiləri olan təzahürlər xarakterikdirlər. Onlar uşaqlıq boynunun doğuşa tam olaraq hazır vəziyyətə gəlməsi üçün lazımdırlar.
İlk doğuşlar üçün ilkin tutmalar daha xarakterikdir, onlar beş gün və daha uzun müddət ərzində davam edə bilər. Qadın tez-tez bunu doğuşun başlaması tutmaları kimi qəbul edir, lakin bir neçə əlamətlər mövcuddur ki, onların hesabına ilkin tutmaları doğuş tutmalarından fərqləndirmək mümkündür. İlkin tutmalar mütəmadi deyil, sürətlənmir və güclənmirlər, bir qayda olaraq, əsl doğuş tutmalardan fərqli olaraq daha az intensivliklidirlər, baxmayaraq ki, ilk dəfə doğan qadın üçün bunu müqayisə etməyə heç bir təcrübəsi yoxdur və ağrı hissləri olduqca güclü ola bilər. Ağrının öhdəsindən gələ bilmək üçün bir qədər gəzişmək və ya bədənin vəziyyətini dəyişmək kifayət edir. Bu zamanlarda ən yaxşısı istirahət etmək, imkan daxildə yatmaqdır ki, doğuşdan əvvəl kifayət qədər güc toplaya biləsiniz.
Əlamətlər
Tutmalar mütəmadi olduqda, bu əsl doğuş prosesinin başlamasından xəbər verir. Doğuşun başlamasını təxminən aşağıda göstərilən hal təsdiq edir: 40 saniyə tutma – 20 dəqiqə fasilə - 40 saniyə tutma – 15 dəqiqə fasilə - 40 saniyə tutma – 15 dəqiqə fasilə - 40 saniyə tutma – 15 dəqiqə fasilə.
İlk dəfə doğan qadınlar qorxurlar ki, onlar doğuşun başlaması anını müəyyən edə bilməyəcəklər. Əslində isə - proses o qədər özünəməxsusdur ki, onu nə isə başqa bir proseslə qarışdırmaq sadəcə mümkün deyil. Tutmalar zamanı elə təəssürat yaranır ki, ağrı dalğa kimi gəlir, kürəyin ortasında yaranır, sonra isə belə doğru yayılır və elə bil ki, qarın nahiyəsində birləşir. Əsl tutmalar zamanı uşaqlıq tonusa gəlir və  onun gərginliyini hamilə qadın əlini arnına qoymaqla hiss edə bilər. Tutmalar tədricən güclənir, daha tez-tez olurlar.
Mühüm siqnallar
Əgər hamilə qadında selikli qanlı ifrazatlar yaranmışdırsa, bu konkret xəbərdarlıq siqnalı ola bilər ki, doğuş başlayıb və ləngimədən, əvvəlcədən hazırlanmış, lazımi əşyalar və sənədlərlə çantanı götürməklə doğum evinə tələsmək lazımdır. Yenə də başa düşmək lazımdır ki, bu işdə hər şey fərdi olur. Hərdən belə də olur ki, ifrazatlar başlayır, lakin orqanizm doğuşu bir neçə günlüyünə "təxirə salır”. Amma yenə də proses onun göstərir ki, doğuşa çox qalmayıb: uşaqlığın boynu tədricən açılmağa başlayır.
Çəhrayı rəngli jeleşəkilli ifrazatlar selikli tıxacın yaranması haqqında xəbərdarlıq edir.
Suyun gəlməsi – bu çox mühüm siqnaldır ki, tezliklə doğuşun baş verməsindən xəbər verir, lakin o da heç də həmişə bilavasitə doğuşun başlamasını göstərmir. Əgər prosesi ağrılar müşayiət edirsə, bu o deməkdir ki, həqiqətən doğuş başlamışdır və tezliklə körpə dünyaya qədəm qoyacaqdır.
Tezliklə doğuşun baş  verməsinin digər bir əlaməti instiktiv olaraq "qarını boşaltmaq istəyi”dir ki, bu daha çox elementar olaraq misal üçün tualetə getmək (sidiyə getmək) istəyinə bənzəyir.
Bu zaman həkimə zəng etmək və doğum evinə getmək lazımdır. Çox mühümdür ki, doğuşun əvvəlində qorxmayasan və sıxılmayasan. Mühümdür ki, düzgün – yəni dərindən və aramla – nəfəs alasınız, oxumağa da cəhd etmək olar – düzgün səslərə bir çox məktəblərdə və doğuşa hazırlıq üzrə kurslarda öyrədirlər.
Düzgün nəfəs almaq ona görə mühümdür ki, körpə kifayət qədər oksigen alsın, ananın bədəni isə boşalmış olsun və doğuş prosesinə mane olmasın.
Ağrı yaxınlaşdıqca dərindən nəfəs almaq, tam sinə ilə nəfəs almaq və buraxmaq lazımdır. Tutmaların başlamasından sonra tam olaraq sərbəstləşmək və üstdən nəfəs almaq, tez və ritmik nəfəs almaq və nəfəs buraxmaq hərəkətlərini yerinə yetirmək lazımdır. Tutma keçdi – qarınla tam nəfəs almaq və aramla nəfəsi buraxmaq olar. Tutmalar arasındakı fasilələrdə - istirahət və normal tənəffüs. Düzgün nəfəsalmadan əlavə ağrını xaçvarı nahiyyənin və qurşağın masajı, hərdən isə hətta sadəcə qarının sığallanması da götürə bilər.
İlkin tutmaların baş verməsi zamanı doğum evinə getmək üçün hazırlıqları yekunlaşdırmaq lazımdır: təmizlənmək və imalə etmək. Nəzərə almaq lazımdır ki, imalə, bir qayda olaraq doğuş fəaliyyətini stimullaşdırır və prosedurdan sonra tutmalar daha tez-tez və intensiv olur. Başlıcası – öz bədəninə qulaq asmaq və doğrudan da etmək istədiyini etməkdir. Və mütləq bilmək lazımdır ki, doğuş hələ indi başlayır və irəlidə hələ uzun bir yol var. Tədricən tutmalar tezləşir və daha uzunmüddətli olurlar. Tutmalar arasındakı fasilələr 3-5 dəqiqəyə qədər endikdə, tutmanın özünün müddəti 1 dəqiqəyə çatdıqda doğum evinə getməyin vaxtıdır. İlk doğuşlar zamanı belə açılışı gözləmək olduqca uzun zaman çəkir, ona görə ki, uşaqlığın boyunluğu hamarlanmalıdır, əgər uşaqlığın qatlanması varsa, o "açılmalıdır” və s.
Doğuş təkcə tutmaların başlaması ilə deyil, həm də embrion ətrafı mayenin çəkilməsi ilə də başlaya bilər – bu halda doğum evinə daha tez getmək gərəkdir, ona görə ki, suyun çəkilməsindən sonra 24 saat ərzində doğmaq lazımdır. Sular tutma zamanı da çəkilə bilər – və bu da siqnaldır ki, doğum evinə tələsmək lazımdır. Körpəyə infeksiyaya yoluxmaması üçün gələcək ana mütləq təmiz alt paltarı geyməli və təmiz bez götürməlidir. Yeri gəlmişkən, suların çəkilməsindən sonra mütləq onun rənginə diqqət yetirmək və bu bardə həkimə xəbər vermək lazımdır.
Normal olan suyun iyi olmur, şəffaf olur, sarı rəngə çalır, onlarda az miqdarda qan ola bilər.
Doğuşun ilkin mərhələsinin sonunda taksi və ya təcili yardım maşınında doğum evinə tələsmək lazımdır. Özünüzlə şəxsiyyət vəsiqəsi, qadın məsləhətxanasındakı müayinə kartını (mübadilə kartını), varsa tibbi sığorta vərəqini götürmək lazımdır.


Şərhlər:
Baxılıb: 1063
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz