Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlikdə qarın nə zaman böyüyür?
Hamiləlikdə qarın nə zaman böyüyür?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1559
Səs ver:
Hamilə qarnı haqqında bütün suallara cavab    
Hamiləlikdə qarın nə zaman çıxar, göbək nə zaman böyüyür, qarnım kənardan nə vaxt bilinər, qarnım həftəsinə görə balacadırmı, böyükdürmü kimi suallar hamilələrin ginekoloqlarına və ətrafdakı insanlara ən çox verdiyi suallardır. Hamilələrin qarın böyüklüyü ilə bu qədər maraqlanmalarının səbəbi qarnın böyüklüyünün uşağın böyüklüyü və inkişafı ilə əlaqədar olmasını bilmələri ilə əlaqədardır. Halbuki əslində çox vaxt qarnın böyüklüyü ilə uşağın inkişafı arasında uyğunluq olmuz. Qarnı böyük olan hamilə qadının uşağı az kiloda doğularkən, qarnı daha balaca olan hamilədən daha böyük kilolu uşaq doğula bilər.
 
Hamilələrdə qarnın çıxması neçənci həftədə bilinir?
Bir hamilənin qarnına baxaraq hamilə olduğu bilmək təxmini 5 ayında (20 həftəsində) mümkün olur. Amma hamilə qadının qarnı lüt ikən 4 ayından (16-17 həftədən) bilinir.Bu hal ananın uzun boylu, qısa boylu, kök, arıq, qarnında piy təbəqəsinin olması kimi faktorlardan asılıdır. Misal üçün qısa boylu və arıq hamilə qadında hamiləlik daha tez bəlli olur, amma kilolu və qarnında piy təbəqəsi olan hamilə qadının qarnı daha sonrakı aylarda belli olmağa başlayır. Qadınların orqanizmləri müxtəlif olduğu üçün qarınlarınında böyüməsi fərqli olur. Buna görə də hamilə qadının bir biriləri ilə qarınlarını müqayisə etmələri düzgün deyil.
Qarnın böyüklüyünə baxaraq uşağın kilosunu bilmək olarmı?
Hər zaman qarnın böyüklüyünə baxaraq uşağın çəkisini bilmək mümkün deyildir. Bu üsul çox yanıldıcı ola bilər. Əvvəllər uşaqlığın ən üst nöqtəsinin yüksəkliyi ölçülərək uşağın kilosu təxmin edilməyə çalışılırdı. Ancaq günümüzdə USM-lə (ultrasəs müayinəı) müayinələr daha yayıldığı üçün bu üsul çox da istifadə olunmur. Qarnı çox böyük olan hamilələrdə USM ilə təxmini uşağın kilosu dəqiqləşdirilir və keysəriyyə əməliyyatının göstəriş olub olmamasına qərar verilir. Ancaq qarnı böyük olan hamilənin heç də həmişə uşağının çəkisi iri olmur, azda ola bilər. Xüsusəndə kilosu və qarnında piy təbəqəsi çox olan qadınlarda uşaq balaca olduğu halda kənardan qarın böyük görünür.
Hamilə qadının qarnının garnının gec bilinməsi (gec cıxması) bir problem olduğunu göstərirmi?
Xeyr, göstərməz. Hamiləlik zamanı bəzi qadınların qarnı tez bilinirkən bəzilərinin daha gec bilinə bilər. Eyni boyda və eyni kiloda olan hatta USM-də uşağın ölçüləri eyni olan qadınların belə qarınları arasında ciddi fərqlər görülə bilər. Bu fərq hamilənin uşaqlığının pozasından və uşağın duruşundan asılı ola bilər.
Qarnın böyüklüyünün və şəklinə baxaraq uşağın qız və ya oğlan cinsiyyəti anlaşıla bilərmi?
Xalq arasında qarnın şəklinə, yumruluğuna və ya sivri olmasına baxaraq uşağın cinsiyyətini təxmin etmə adəti yayılmışdır, ancaq bunun heç bir doğruluğu yoxdur. Bu şəkildə təxminlərin tutması tamamilə tesadüfdür çünki onsuzda sadəcə qız və ya oğlan iki cinsiyyət ola biləcəyi üçün yüzdə əlli ehtimal hər təxmin tuta bilər.
 Göbək dəliyinin xaricə doğru çıxması (şişməsi) və ya düzləşməsi normaldırmı?
Hamiləlikdə uşaqlığın böyüməsinə bağlı olaraq qarın içərisindəki gərginlik artdığı üçün göbək dəliyi xaricə doğru çıka, düzləşə, göbək bilinməz hala gələ bilər. Bu hal normaldır, ancaq çox böyük, həddindən artıq şişkinlik varsa göbək yırtığı ola bilər, bu halda mütləq həkimə müraciət etmək lazımdır. Doğuşdan sonra göbək dəliyi əvvəlki normal halına qayıdacaqdır.


Şərhlər:
Baxılıb: 1559
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz