Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doğuş fobiyası
Doğuş fobiyası
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 796
Səs ver:
Doğuş fobiyasına qalib gəlmənin yolları hansılardır?
Doğuş qorxusunu necə məglub etmək olar?

Doğuş fobiyası və doğuş qorxusunu olanlar üçün hamiləlik müddəti tam bir əziyyətdir. Hatta buna hamiləlik fobiyası da əlavə olur. Keysəriyyə qorxusu və normal doğuş qorxusu qadınların bu gözəl zamanlarını adətən kabusa çevirir. Hamiləlik bir qadının hayatında bir ya da bir neçə dəfə yaşaya biləcəyi son dərəcə gözəl bir zamandır. Bu zamanı mümkün olduğu qədər  keyf alaraq yaşamaq yerinə bəzi qorxular səbəbi ile kabusa çevirə bilərsiniz. Əslında yaşanan qorxular bir çox qadının yaşadığı ortaq problemlərdir. Xüsusən ilk körpəsini dünyaya gətirən ana ya da ilk doğuşunda pis təcrübələr yaşamış analar bu halı çox tez-tez yaşıyırlar.
Sual  budur. Bu körpə necə çıxacaq və mən nə qədər ağrı hiss edəcəm? Mənə ya da körpəmə ya bir şey olarsa? Ya doğa bəlməsəm? doğuş sancısı necədir ki? Keysəriyyədən sonra çox ağrıyacam? Bu tip suallar qadında yaranır və onu narahat edir. Burda sizə hər kəsin söylədiyi klassik şeyləri söyləmək yerinə daha doğru şeyləri söyləməyə çalışacağıq. Əvvəla doğuş asan bir müddət deyil. Heç vaxt "mən çox asan doğdum anlamadım bile" deyən yox deyiləcək qədər azdır. Ancaq çox çətin  olduğunu düşünərək də özünüzü stresə salmayın. Doğuşun asanlığı və çətinliyi əslində sizi deyil həkiminizi maraqlandıran bir haldır. Burada əsas məsuliyyət həkiminizdədir. O körpənizi oradan sizə və körpənizə heç bir şey olmayacaq şəkildə çıxaracaqdır.
              
”Doğuş çox normal bir müddətdir’’- bunu həmişə düşünərək özünüzə  təlqin edin. Əvvəllər qadınlar evdə özləri özlərinə doğurmuşlar. Hər gün minlərce qadın doğur və heç birinə demək olarki bir şey olmur. Çünki tiıbb çok irəli gedib və qadın doğuş həkimləri hər gün bir çox qadın doğuzdururlar. Bu doğuşlar son dərəcə steril və tam təchizatlı doğum evlərində olur. Başqalarının doğuş hekayələrini dinlərkən özünüzə götürməyin. Hər qadının ağrı hissi fərqlidir. Hansısa qadın doğuş sancısı çəkərkən özünü fəda edərkən, hansısa qadın bu müddəti çox səbirli bir şəkildə keçirir. Hər qadının doğuş hekayəsi özü və ağrıya dözümü  ilə əlaqədardır. Pis doğuş hekayələrini əsla dinləməyin ve beyninizə də salmayın. Artıq pis doğuş hekayələri çox azaldı. Sizcə doğuş deyilən müddət bu qədər pis olsaydı qadınlar 2 hatta 3 uşaq doğardılar? Özünüzü təlqin edin və asla neqativ düşünməyin.
Əsla doğuş videosuna  baxmayın!
Doğuş videoları ve doğuşda olanlar sizi maraqlandıran bir müddət deyil həkiminizi maraqlandıran bir müddətdir. Keysəriyyə doğuş videosuna baxan kadınlarda doğuş fobiyasının daha da artdığıı müşahidə olunur. Onsuzda sizə edilənləri hiss etməyəcəksiniz.
Qorxunuz keçmirsə ve sizi strese salırsa sizə tövsiyəmiz xəstəxanaların doğum konfranslarına gedin. Əmin olun bu sizi çox rahatlaşdıracaq. Bu konfranslar pulsuz olur gələcək analara doğuşa hazırlamaq üçündür. Bu konfranslarda sizin kimi doğuş qorxusu olan qadınlarla bərabər doğuşun heç də qorxulacaq bir şey olmadığı çox gözel bir dillə başa salınir.
Doğuş fobiyanızı ağlınıza gəldiyində o zaman körpənizi düşünün. Körpənizə qovuşduğunuz an olacaq. O an onsuzda onun o gül  iyi sizi yaxşılaşdıracaq bundan əmin olun. Sizə təkrar xatırlatmaq istəyirik ki, hər doğuş fərqli yaşanır. Yəni hər qadının doğuş hekayəsi fərqlidir.

Doğuş  qorxusu yaşayan ananı rahatlaşdırmanın yolları
Əvvəla doğuş qorxusu yaşayan anaların bu qorxularının yersiz ve gərəksiz qorxular olduğunu tez-tez söyləmək ananı daha da stresə salır. Bunun yerinə ona yanında olduğunuzu sonuna qədər hiss etdirin.
Əslında burada ən böyük iş ataya düşür. Ata anaya sonuna qədər köməkçi olmalı ve qorxusu ilə əlaqədar anani əsla incitməməlidir. Yoldaşını  həmişə bezmədən təlkin etmeli və həkim qəbuluna bərabər getməlidilər. Doğuş həkimləri doğuş qorxusu yaşayan analara çox öyrəşiblər. Bu halınızı heç çəkinmədən həkiminizlə danışmalısınız.
Dünyada xüsusəndə də ölkəmizdə normal doğuş qorxusu olan qadınlar keysəriyyə əməliyyatına meyil edirlər . Normal doğuş adı üzərində normal doğuşdur. Əgər epidural normal doğuşu tərcih edirsinizsə normal doğuşun en çətin zamanlarını çox daha rahat geçirərsiniz. Əgər sağlığınız imkan verirsə ve həkiminiz də sizin üçün bir əngəl təşkil etmediyini deyirsə hər zaman ilk seçim normal doğuş olmalıdır.
Doğum fobiyası ciddi dərəcədirsə bir psixoloqdan kömək ala bilərsiniz. Psixoloq dəstəyi ilə və doğum evlərinin doğum seminarları ilə doğuş qorxunuza qalib gələ bilərsiniz. Əsla özünüzü mənfi düşüncələrlə doldurmayın. Hər gün bir çox qadın doğur və sağlıqlı doğuşlar həyata keçirilir. Gözünüzdə böyütdüyünüz qədər qorxunç bir müddət olmadığını doğuş sonrası anlayacaqsınız amma hamiləliyiniz boyunca özünüzü stresə salmağınızla qalacaksınız. Bu səbəbdən sakit olmağa çalışın. Həkiminiz sizi doguşa görə çox gözəl istiqamətləndirəcək. İstər normal doğuş olsun, istər keysəriyyə olsun her ikisi də keçib gedəcək amma sizə şirin bir körpə bıraxacak. Körpənizi ve körpənizə qovuşma anınızı düşünün.


Şərhlər:
Baxılıb: 796
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz