Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik və dişlər
Hamiləlik və dişlər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 529
Səs ver:
Hamiləlik vaxtı karieyes və damaq iltihabı (parodontit) hallarına tez-tez rast gəlinir.
Səbəblər
Kalsiuma olan tələbin artması

Böyüməkdə olan uşaq öz sümükləri üçün anasından kalsiumu "alır”. Kalsiumu orqanizm kifayət qədər almadıqda, mədə-bağırsaq traktının xroniki xəstəlikləri və ya qidada onun miqdarının az olması nəticəsində kalsium ananın sümüklərindən səfərbər olunur. İlk olaraq yuxarı və aşağı çənə sümükləri, xüsusən də onların dişləri əhatə edən çıxıntıları əziyyət çəkir.
Tüpürcəyin remineralizasiya xassələrinin azalması.
Normada diş emalı tüpücəkdə olan kalsiumun və fosfatın təsiri nəticəsində möhkəmlənir. Hamiləlik zamanı tüpürcəkdə bu maddələrin miqdarı azalır. Tüpürcəyin bufer tutumluluğu azalır. Normada bu, ağız boşluğunda turşu-qələvi balansı yeməkdən sonra normaya gətirir.
Hormonal fonun dəyişməsi
Hamiləlik zamanı  damaqlarda qan dövranını pisləşdirir. Onlar çox vaxt göyərir, hətta az zədələndikdə belə, tez-tez qanayır.
Profilaktika
Hamilə qadınlarda stomatoloji xəstəliklərin profilaktikasına daxildir:

1.Mütəmadi stamatoloq müayinəsi
Ağız boşluğu sanasiya etmək üçün stomatoloqa hamiləlikdən əvvəl müraciət etmək daha optimaldır. Hamiləlik ərzində stomatoloqa 4 dəfə - 6-8, 16-18, 26-28 və 36-38 –ci həftələrdə müraciət etmək lazımdır. Risk amilləri olduqda (ağız boşluğunun aqressiv mikroflorası, tüpürcəyin remineralizasiya xassələrinin azalması və s.), baxış bundan iki dəfə çox keçirilməlidir.
2. Ağız boşluğunun fərdi gigiyenası.
Dişləri gündə ən azı 2 dəfə təmizləmək lazımdı. Normal və ya zəif fırçadan (soft) istifadə etmək lazımdır. Müalicəvi-profilaktiki pastalardan, habelə damaqların iltihabını azaldan gingivit əleyhinə pastalardan istifadə edilməlidir.
3. Damaqların massajı
Damaq masajı dişi əhatə edən toxumalarda qan dövranını yaxşılaşdırmaq üçün lazımdır. Damaqlara iltihab əleyhinə pastası sürtülür, sonra isə böyük və şəhadət barmağı ilə dişdən damağa doğru yüngül hərəkətlər edilir. Ümumilikdə massaj 7-8 dəqiqə davam edə bilər.
4. Qidalanma.
Sizi nəzarətdə saxlayan mama-ginekoloqun tövsiyələrini yerinə yetirməklə eyni zamanda həm öz dişlərinizin, həm də gələcək uşağın dişlərinin də qeydinə qalmış olursunuz. Axı uşağın dişlərinin formalaşması ananın qanında kalsiumun səviyyəsindən asılıdır.
5. Ultrabənövşəyi şüa.
Məqsədyönlü şəkildə qaralmaq və ya solyariyə getmək lazım deyil, lakin küçədə gəzmək, təmiz hava almaq mütləq lazımdır.


Şərhlər:
Baxılıb: 529
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz