Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaq salma
Uşaq salma
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 864
Səs ver:
Uşaq salma. Donmuş hamiləlik. Hamiləliyin daşına bilməməsi
İnkişaf etməyən hamiləlik (donmuş hamiləlik, dölün inkişafdan dayanması, anembrioniya) embrionun hamiləliyin müxtəlif dövrlərində (çox vaxt 1-ci trimestrində - 13 həftəliyinədək) inkişafdan dayanmasıdır (məhv olmasıdır). Lakin inkişafdan dayanma halları hamiləliyin daha yetkin dövrlərində də ola bilir.Hamiləlik zamanı təxminən 15% hallarda bu problemə rast gəlinir. Donmuş hamiləlik hallarına çox vax 40 yaşdan yuxarı olan qadınlarda rast gəlinir, lakin bu problemlə bütün yaş kateqoriyalarına aid olan qadınlar üzləşə bilər. Donmuş hamiləliyin simptomları olmaya da bilir.
Bəzən sürtkülü qanlı ifrazatlar bunun əlaməti ola bilir. Nisbətən yetkin dövrlərdə isə qadın dölün tərpənişini hissi etmir. Çox vaxt inkişaf etməyən hamiləlik öz-özünə uşaqsalma ilə nəticələnir – uşaqlıq sıxılır, qanaxma başlayır (döl yumurtası parçalanır) və döl yumurtası və onun törəmələri (trofoblast və ya artıq plasenta) uşaqlıq boşluğundan çıxır. Bir neçə gün ərzində uşaqlıqdan sürtkülü qanlı ifrazatlar gəlməkdə davam edir, sonra tamamilə yox olur. Lakin bəzi hallarda uşaqsalma baş vermir. Bu zaman sonrakı müalicə taktikası fərdi şəkildə ginekoloq tərəfindən işlənib hazırlanır.
 
İnkişafdan qalmış hamiləliyin əlamətləri.
Ginekoloji baxış zamanı:
Uşaqlığın hamiləliyin müddətinə uyğun gəlməməsi (uşaqlığın ölçüləri hamiləliyin təxmin edilən müddətindən kiçikdir);
Kiçik çanağın ultrasəs müayinəsi (USM) zamanı:
Dölün ürəkdöyünməsinin olmaması;
Anembrioniya (embrionsuz boş döl yumurtası);
Qanın hormonal müayinəsi zamanı:
Normal hamiləlik üçün səciyyəvi olan hamiləlik hormonu (xorioqonik honadotropinin) rəqəmlərinin mütərəqqi artımım dayanması
 Donmuş hamiləlik aşkar edildikdə, taktika müxtəlif ola bilir və konkret haldan asılı olur:
1.Gözləmə. Döl yumurtası məhv olunduğundan plasentar hormonlarının səviyyəsinin azalması və öz-özünə uşaqsalma baş verir.
2.Dərmanlarla hamiləliyin kəsilməsi. Hamiləliyin müddəti 8 həftədən az olduqda, müxtəlif preparatlardan –vaginal yeridilən Prostaqlandin E1-n (mizoprostol) analoqu ulə birlikdə tablet şəklində qəbul olunan progesteron (mifepriston) anatoqonistlərindən istifadə olunur. Bir müddət sonra preparatların təsiri altında uşaqsalma baş verir.
3.Cərrahi müalicə. Uşaqlıq boşluğunun qaşınması (abort).
Uşaqlıq boşaldıqdan sonra situasiyadan asılı olaraq uşaqlığı yığan vasitələr və antibakterial terapiya təyin oluna bilər. 1-2 həftədən sonra uşaqlıq boşluğunun vəziyyətini qiymətləndirmək (döl yumurtası qalıqlarının olub-olmamasını müəyyən etmək) və uşaqlığın nə dərəcədə yığıldığını təyin etmək üçün uşaqlığın USM-si edilməlidir.
İnkişafdan qalmış hamiləliyin səbəbləri
Çox vaxt inkişafdan qalmış hamiləliyə səbəb embrionun xromosom anomaliləri olur. Donmuş hamiləliyin digər səbəbləri hamiləliyin daşınmamasında olduğu kimidir. Hamiləliyin daşınmaması müasir reproduktologiyanın əsas problemlərindən biridir. Bu gün hamiləliyin daşınmaması tezlikləri 15-27% təşkil edir.Hamiləliyin daşınmamasının adət etdiyimiz forması ardıcıl şəkildə iki dəfə və daha çox hamiləliyin öz-özünə kəsilməsidir. Uşaqsalmaların təxminən 85%-i hamiləliyin birinci trimestrinə (13 həftəyədək), yerdə qalan 15% - ikinci və üçüncü trimestrə təsadüf edir. 22 həftəyədək hamiləliyin kəsilməsi öz-özünə uşaqsalmaya aiddir. 22 həftədən sonra hamiləliyin kəsilməsi vaxtından əvvəl doğuş hesab edilir, çünki yetişməmiş, lakin həyata qabil uşağın dünyaya gəlməsi mümkündür.
Hamiləliyin daşınmama səbəbləri
Son illər ginekoloji xəstəliklərin, o cümlədən cinsi yolla keçən xəstəliklərin və şişlərin simptomsuz cərəyan etməsi müşahidə olunur. Belə xəstəliklərdə uşaqlıq yolundan hətta patoloji ifrazatlar belə həmişə olmur. Analiz verilmədən onları normal ifrazatlardan seçmək çətin olur. Qadın xəstəlikləri gizli cərəyan etdikdə, qarında ağrılar, qanaxmalar, menstrual tsikl pozğunluqları və digər simptomlar olmur. Buna görə də hər bir qadın ən azı iki dəfə ginekoloqa baş çəkməli və profilaktiki baxışdan keçməlidir.
Hamiləliyin daşınmama səbəbləri müxtəlifdir. Onlardan əsasları aşağıdakılardır:
Autoimmun amillər. Bu zaman orqanizm embriona münasibətdə çox aqressiv olur. O,hüceyrə və humoral immunitet amillərinə ayrılır. Autoimmun humoral amillərə kardiolipinə və digər fosfolipidlərə, ß2-qlikoproteid1-ə, nativ və denatur DNT-yə, qalxanvari vəz amillərinə, sinirlərin artım amillərinə antitellərin miqdarının artması, B1-limfositlərinin göstəricilərinin yüksək olması aiddir. Hüceyrə immunitetinin autoimmun amillərinə sitotoksiki hüceyrələrin (killer-hüceyrələrin) CD8, CD56, CD16 hüceyrələrinin göstəricilərinin yüksək olması aiddir. Hamiləliyin daşınmamasının bu kimi amillərinin diaqnostikası qanın xüsusi müayinəsi olan immunoqramla həyata keçirilir. Killer-hüceyrələrinin göstəricilərinin yüksək olduğu aşkarlandıqda, əlavə olaraq molekulyar-genetik müayinə, yəni sitokin genlərinin polimorfizminə görə analiz (sitokin profilinə görə müayinə) də yaxşı olardı. Bu halda hamiləliyin daşınmamasına səbəb ərlə arvadın toxuma uyğunluğu antigenlərinin nisbətidir. Bu kimi amillərin diaqnostikası üçün II sinif (HLA-DRB1, DQA1 и DQB1-tipikləşdirmə) HLA genlərinə görə müayinə, habelə limfositlərin qarışığı aparılır. Bu zaman qanı ərlə arvadın hər ikisi verir.
Trombofilik amillər. Tez qanlaxtalanmaya meylli olan qadınlarda trombofiliya hamiləliyin daşınmamasının adət olunan səbəblərindən biridir. Hamiləliyin daşınmamasının bu kimi amillərinin diaqnostikası üçün bir sıra müayinələr aparılır: hemostazioqram, hemostaz sisteminin mutasiyasına görə analiz, qanın homosisteini, D-dimer, aktivləşdirilmiş C protein, lupoid antikoaqulyant və s.
Hormonal pozğunluqlar. Bəzi hormonal pozğunluqlar, xüsusən də qalxanvari vəz xəstəlikləri də hamiləliyin daşınmama səbəbi ola bilir.
Cinsi orqanların anatomik dəyişiklikləri (ikibuynuzlu uşaqlıq, genital infantilizm, uşaqlıq boynu zədələri).
İnfeksion xəstəliklər.
Xromosom pozğunluqları. Xromosom pozğunluqlarının diaqnostikası üçün xüsusi sitogenetik müayinə aparılır. Bu, xromosom aberrasiyaların faizinə görə analizlə tamamlanır.
"İnkişafdan qalmış hamiləlik”dən sonra hamiləlik
Inkişafdan dayanan hamiləlikdən sonra proqnoz əsasən səmərəli olur. Əksər qadınlar sonrakı hamiləliyin baş verməsi və daşınması ilə bağlı problemlərlər üzləşmirlər. Əvvəllər bir dəfə hamiləliyi itirmiş qadın pasiyentlərin təxminən 80-90%-i uğurla hamiləliyi daşıya və sağlam uşaq dünyaya gətirə bilir. Hamiləliyin itirilməsi bir dəfədən çox (2 və daha çox) olduqda və söhbət hamiləlik itkisi adətindən getdikdə, proqnoz pis olur və ailə cütlüyünə daha dərindən müayinə tələb olunur.
Sonrakı hamiləliyin planlaşdırılması əvvəlki uğursuzluqdan sonra 3-6 aydan tez olmamalı və bir neçə olduqca mühüm aspektləri özündə birləşdirməlidir:
Tibbi müayinə, aşkar edilən kənara çıxmaların korreksiyası;
ərlə arvadın orqanizminin sağlamlaşdırılması (balanslaşdırılmış qidalanma, vitamin terapiyası, zərərli amillərin istisna edilməsi);
psixoloji reabilitasiya (psixoloq məsləhəti)
Hamiləlik zamanı ana və dölün rezus-faktorlarının uyğunsuzluğu
"Rezus-faktor” anlayışını biz tez-tez eşidirik. Axı həkimlər çox vaxt hələ uşaqlığın erkən vaxtlarında onun qanda aşkarlandığından danışırlar. Onun olub-olmaması qadının və kişinin sağlamlığına və həyatının keyfiyyətinə valideyn olmaq istəyənə qədər heç bir təsir göstərmir. Qeyd etmək lazımdır ki, hamilə qalmaq ehtimalı Sizin və partnyorunuzun rezus-faktorundan asılı deyil. Problem yalnız rezus-mənfi ana tərəfindən rezus-müsbət körpənin daşınması zamanı yarana bilər. Lakin Sizdə anadangəlmə rezus-faktor mənfidirsə, təşvişə düşmək lazım deyil: bir qayda olaraq, belə qadınlarda hamiləlik əksər hallarda normal keçir.


Şərhlər:
Baxılıb: 864
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz