Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləliyin planlaşdırılması zamanı kişinin potensiyasının aşağı düşməsi
Hamiləliyin planlaşdırılması zamanı kişinin potensiyasının aşağı düşməsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 632
Səs ver:
Qadın hamilə qala bilmirsə - kişi psixologiyası
Hətta bəzən yarım il davam edən hamiləliyin planlaşdırılması zamanı tərəf müqabilləri arasında intim həyatlarında bəzi problemlər ortaya çıxır. Bir qayda olaraq, qadınlar fikir verib görürlər ki, ya kişilər fiziki təmasdan qaçırlar, onlarda ereksiya zəifləyir, qismən itir və ya seksual cəlbetməyə laqeyd olurlar. Ən pisi odur ki, kişi baş verənlər haqqında açıq danışmır, qadın üçün fantaziyalar və müxtəlif növ düşüncələr üçün sahə buraxırlar. Onlardan da bir çoxu əminliklə düşünməyə başlayır ki, kişi onlara xəyanət edir ki, tərəf müqabili uşaq istəmir, onu artıq əvvəlki kimi cazibədar hesab etmir və s. Axı bu qədər təəccüblü davranışın sirri nədədir?
Məlum olur ki, hər şey psixologiya ilə əlaqədardı. Bu ancaq qadınlara belə gəlir ki, gələcək nəslin törənməsindən ancaq onlar məsuliyyətlidirlər və kişilərin buna heç bir aidiyyatı yoxdur. Bəziləri hesab edir ki, qadınların payına ən mürəkkəb olan hissə düşür: bazal hərarətin ölçülməsi, ovulyasiyanın izlənilməsi, vitaminlərin qəbulu və s., kişilərin isə bəxti gətirib – ''öz işini gördün'', ''get kef elə'', ''hələ bu zaman həzz də alırlar!'' Lakin bu cür fikirlər, əslində olduqca böyük bir yanlışlıqdır. Kişilər uşağın təməlinin qoyulmasına çox məsuliyyətli yanaşırlar, bu onlar üçün çox mühüm bir addımdır. Buna görə də yarım il keçir, heç bir nəticə hasil olmadıqda onlar əsəbləşməyə, narahatçılıq keçirməyə başlayırlar. Əlbəttə, bu kənardan sezilməyə bilər, həm də öz emosiyalarını laqeydlik pərdəsi altında gizlətmək xüsusiyyəti bütün kişilərə xasdır. Amma yenə də necə olsa da gələcək atanın orqanizmi böyük bir gərginlik keçirir ki, bu da cinsiyyət orqanının müvəqqəti olaraq funksiyasının pozulması ilə nəticələnir. Və kiçik bir qisimdə alınır ki, cəsarətlə bu problemlər barəsində narahatçılıqlarını həyat yoldaşı ilə bölüşsün, əsas kütlə isə "öz sifətini qorumaq” üçün seksdən və intim söhbətdən qaçır. Hərdən vəziyyət həm də onun daha da gərginləşir ki, qadın kişiyə güclü təzyiqlər etməyə başlayır, hərfi mənada seks tələb edir, inanır ki, cinsi aktlar nə qədər tez-tez olarsa, hamilə qalmaq şansı da bir o qədər yüksək olacaqdır. Belə israr tərəf müqabilini qorxudur, daha böyük stressin yaranmasına səbəb olur.  
Kişiyə necə kömək etmək olar?  
Əgər bütün yuxarıda sadalanan əlamətlər – seksdən imtina, hamiləliyin təməlinin qoyulması barədə danışmaqdan yan qaçmaq, qapalılıq, ereksiyanın zəifləməsi və s. mövcuddursa, kişiyə necə kömək edə bilmək barəsində düşünmək lazımdır. Əlbəttə, dərhal həkimə də müraciət etmək olar, lakin ən yaxşısı stressi yaradan səbəblərin aradan qaldırılmasından başlamaqdır.  
Səmimi söhbət zamanı qadın kişini nəyin narahat etdiyini, onun narahatçılıqlarının mənbəyini tapmalıdır. Onun vəziyyətini başa düşməyə, sakitləşdirməyə və dəstəkləməyə çalışın. Əgər kişi hər şeyi öz içində saxlamağa çalışırsa – bu hüququ ona buraxın. Əslində onun belə hərəkətlər etməsinin səbəbləri aydındır, buna görə də vəziyyəti daha da dərinləşdirməyin. Bütün görkəminizlə göstərin ki, siz hamiləliyin planlaşdırılmasına asan və məcburiyyətsiz yanaşırsınız, optimist əhval-ruhiyyədəsiniz və s.   
Kişlərlə açıq aparılan söhbətlər göstərir ki, onlara daha çox bu vəziyyətə özlərinin israrla uşaq istəmək, uğursuzluqlardan həyəcan keçirmələri, səbirsizlikləri ilə məhz qadınlar gətirib çıxarırlar. Ovulyasiya və uşağın təməlinin qoyulması haqqında sonsuz söhbətlər kişini gərginləşdirir, onlar da bacardıqları qədər bu söhbətlərdən qaçırlar. Buna görə də deyinməyi və uzun uzadı danışmağı yığışdırın, hərarət ölçən və testlə o yan bu yana qaçmayın. Qoy hər şey öz axarı ilə getsin, özünüzü pozitivə kökləyin. Və belə olanda tezliklə sevgili insanınız yenə də sərbəstləşəcək və sizinlə yaxınlıq istəyəcək, bu halda bütün intim problemlər də aradan qalxacaq. Uğurlar!   
Dr. Orxan Ağabəyov


Şərhlər:
Baxılıb: 632
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz