Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
35 yaşdan sonra hamilə qalmaq çətindirmi?
35 yaşdan sonra hamilə qalmaq çətindirmi?
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 991
Səs ver:
35 yaşdan sonra hamilə qalmaq çətindirmi?
Təəssüflər olsun ki, bəli. 35 yaşdan sonra qadınlarda ovulyasiya (yumurta hüceyrələrin çıxışı) daha az baş verir. Əgər 30-35 yaşına qədər ovulyasiya hər ay  (və ya demək olar ki, hər ay) baş verirsə, 35 yaşdan ovulyasiya cəmi ildə bir neçə dəfə baş tutur. Ovulyasiyaların nadir olmasından əlavə 35 yaşdan yuxarı olan qadınlarda hamiləliyə mane olan pozğunluqların təhlükəsi də yüksək olur: uşaqlıq borularının keçilməzliyi, endometrioz, uşaqlığın mioması.
Doğrudur ki, 35 yaşdan sonra uşaq düşmə halları daha tez-tez baş verir?
Bəli, doğrudur. Bu yaşda olan hamiləliklərin demək olar 20-35% kortəbii olaraq yekunlaşır.
Doğrudur ki, 35 yaşdan sonra doğuşda uşağın Daun sindromlu olması təhlükəsi yüksəkdir?
Bəli, doğrudur. Yaşı 35 yaşdan yuxarı olan qadınlarda müxtəlif xromosom anomaliyaları ilə uşaq doğma təhlükəsi yüksəkdir: Daun sindromu, Edvards sindromu və s. Özü də bu zaman kişinin yaşı (uşağın atasının) mühüm deyil: kişinin yaşlanması ilə Daun sindromu kimi xəstəliklərin xromosomları artmır.
35 yaşdan sonra hamiləlik şansını necə yüksəltmək olar?
Əgər siz yenicə hamiləliyi planlaşdırırsınızsa, öz tərəf müqabilinizlə ginekoloqunuzun yanına və ya ailə planlaşdırılması mərkəzinə gedin. Həkim, sizin sağlamlıq vəziyyətiniz haqqında olan məlumatlara əsaslanaraq dəyərli məsləhətlər verəcək. Əgər sizdə və ya sizin tərəf müqabilinizdə xroniki xəstəliklər varsa – bunu etmək xüsusilə vacibdir.
35 yaşdan sonra hamilə qalmağı planlaşdırmadan əvvəl hansı analizləri vermək lazımdır?
Flora üzrə yaxma
Sitologiya üzrə yaxma
Mammoqrafiya
Qanın ümumi analizi
TORCH-yoluxma üzrə qanın analizi (məxmərək, sitomeqalovirus, herpes və toksoplazma üçün antitellər)
35 yaşdan sonra hamiləliyə necə hazırlaşmaq olar?
Məsləhət 1: Siqaret, alkoqol və kofeindən imtina edin, belə ki bu amillər hamısı sizin hamilə qalmaq ə uşağı daşımaq şansınızı aşağı salırlar.
Məsləhət 2: Əgər sizin artıq çəkiniz varsa, ondan yaxa qurtarmağa çalışın. Orqanizmdə nə qədər artıq piy toxuması olarsa – hamilə qalmaq və uşağı daşımaq imkanı bir o qədər az olacaqdır.
Məsləhət 3: Əgər sizin menstruasiyalar qeyri-müntəzəmdirsə, sizin hamilə qalmaq ehtimalınız, praktiki olaraq sıfıra bərabərdir. Mütləq bu məsələni öz ginekoloqunuzla həll edin.
Məsləhət 4: Əgər menstruasiyalar müntəzəmdirsə, onda ovulyasiyanın nə zaman baş verməsini bilmək üçün bazal hərarətin qrafikini aparmağa başlayın və bu zaman hamilə qalmaq şansı daha yüksək olacaqdır.
Məsləhət 5: Fol turşusu içməyə başlayın. Bu vitamin gələcək uşağın əsəb sisteminin normal inkişafı üçün olduqca vacibdir. Bizim saytımızda fol turşusuna həsr edilmiş ayrıca məqalə də vardır.
Məsləhət 6: Əgər məxmərək və suçiçəyi antitellərinə qan analizləri göstəribsə ki, sizin bu xəstəliklərə qarşı immunitetiniz yoxdur, siz mütləq ən azı hamilə qalmaq cəhdlərinə başlamamışdan 4 həftə əvvəldən məxmərək və suçiçəyinə qarşı vaksin (peyvənd) almalısınız.
6 ayın qaydaları
Bu qayda ancaq artıq 35 yaşı tamam olmuş qadınlara aiddir. Əgər 6 ay ərzindəki cəhdlər nəticəsində hamiləlik baş tutmamışdırsa, sizin tərəf müqabilinizlə birlikdə həkimə müraciət etməyiniz lazımdır. Həkim siz və sizin tərəf müqabilniz üçün analizlərin edilməsinə məsləhətlərini verəcəkdir ki, sonsuzluğun səbəblərini müəyyən edə bilsin. Bir qayda olaraq, bu sizin tərəf müqabiliniz üçün sperma analizi (spermoqramma), sizin üçün isə uşaqlıq və yumurtalıqların USM, qanın hormon analizi və uşaqlıq borularının keçilməklik (histerosalpinqoqrafiya) analizləridir.


Şərhlər: 10
Baxılıb: 991
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
35 yasdan sonra hamile qalmaq mumkundur amma hem de risklidir
20 iyul 2015 15:35
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
35-yasdan yuxari hem hamile qalmaq cetinlesir, hemde dogus cetinlesir mence, her sey zamaninda vaxtinda gozeldir, Allah butun xanimlara ana olma sevincini yasatsin, yasindan asili olmayaraq, Amin.
20 iyul 2015 05:30
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
VIP
Hər şey öz vaxtında gözəldi 30 dan sonra deyillər doguşda cətin olur bəzi hallarda istər erkən istərsədə gec yaşlarda doguş cətin olur
20 iyul 2015 00:47
# 8
Başımın üstündə Allah,yanımda ailəm olsun.
vipbetul
ele insanlar varki yasli vaxtinda bile hamile qalirlar
19 iyul 2015 23:17
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ILAHE_
35 yawdan sonra hamilelik cetindir.
19 iyul 2015 22:40
# 6
WiRiN BaLaM
az yaşlı qızlarmızdada olur bu problem yaşla hamiləliyin eləqesi olmadığnı düşünürəm .. sadəcə vaxdı vaxdında həkim nəzarətində olmaq lazımdı... ən cox qadında vasbalenya olanda hamilə qalmaq çətinləşir.
19 iyul 2015 20:52
# 5
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
BARBI
Adeten genc yaslarda hamile qalmaq sansi yuzde 80 dir yas otdukce bu nisbet azalir
19 iyul 2015 19:24
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Bu her bir qadinin orqanizminden asilidi az yawli qadin hamile qalmaya biler ama ele qadinlar var ki 40- dan yuxari yawi var hamile olur qadin orqanizminden cox wey asilidi
19 iyul 2015 19:11
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
rəmsə
35 yaşdan yuxarı qadınların daun sindromlu uşaq dünyaya gətirmək riskləri olması çox üzücüdü.Bunun üçün onlar daim həkim nəzarətində olsalar yaxşı olar.Allah hər bir ana həsrətində olan qızlarımıza xeyirlisi ilə övlad bəxş etsin.
19 iyul 2015 18:29
# 2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Fialka
Düzdü yaşı çox olan qadınlar da hamiləlik dövrü çox az olur ancaq nəinki 35 , 40 yaşdan sonra da uşaq dünyaya gətirmək mümkündür. Sadəcə həkim nəzarətində olunsa daha yaxşı olar çünki yaşın çox olmasıyla əlaqədər fəsadlar yarana bilər)
19 iyul 2015 18:11
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz