Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çanaq darlığı nədir və doğuşa necə təsir edir?
Çanaq darlığı nədir və doğuşa necə təsir edir?
Göndərən: emis
Şərhlər: 9
Baxılıb: 4162
Səs ver:
Hamilə qadınları  bu məsələnin zəruriliyinə diqqət yetirməyə dəvət edirik.
Vaginal doğumu təmin edən rəhm sıxılmalarıdır. Sıxılmaların təsiriylə   rəhm boynu açılır, sonra körpə doğum kanalına girib çıxış istiqamətinə doğru irəliləməyə başlayır. Rəhm ağızının açılma müddəti uzun və dəyişən olur.  Körpənin doğum kanalına girməsindən doğuma qədər sürən ikinci dövr ilk doğumlarda ortalama 50 dəqiqə, daha əvvəl vaginal doğum edənlərdə isə 20 dəqiqəyə qədər davam edir. Burada  körpə passiv mövqedə olur. İtələyici qüvvənin təsiri ilə önündəki yolun şəklinə uyğun çevrillir  və doğulur.

Vajinal doğuma təsir edən 3 əhəmiyyətli komponent, rəhm sıxılmalarının və ana  gücənməsinin  kafiliyi, doğum kanalının genişliyi və quruluşu, körpənin ölçüsü və duruşudur. Bunlardan birinin anormallığı vaginal doğumu çətinləşdirir və  hətta bəzən maneə törədə bilir.
Gerçək doğum ağrıları hər 3 dəqiqədən bir gəlib 1,5 dəqiqəyə qədər sürür. Rəhm ağızının tam olaraq açılma müddəti doğum kanalının  genişliyi və körpənin  böyüklüyündən asılıdır. Rəhm ağızı tamamilə açıldıqdan sonra körpə rəhmi tərk edib doğum kanalına girir. Bu dövrdə körpənin yolculuğunu rəhm sıxılmaları ilə birlikdə ananın güc verməsi təmin edir.

Doğuş kanalı darlığı doğuma necə təsir edir?
Doğum kanalı deyilən yol, taz sümüyünün girişi ilə çıxışı arasındadır. Sümük quruluşunun şəklinə görə genişləyən və daralan hissələri vardır. Uzunluğu və ən dar yeri 10 sm qədərdir.  Kanalda əsas müqaviməti təmin edən taz  sümüyü adlanan  pelvis sümüyüdür. Hormonal təsirlərlə bağ toxuması boşalıb, pelvisi bir qədər genişlətsə də çox dar bir sümük quruluşuna malik qadınlarda  körpənin buradan keçməsi çətin ola bilir, hətta bəzən normal doğum mümkün olmaya bilir.
Adətən qadın pelvisi kişilərlə müqayisədə  daha genişdir. Ancaq bəzi qadınlarda pelvis quruluşu kişi tipində, yəni dar ola bilir. Bunlar "android pelvis" adlanır. Belə olduqda  vaginal doğum çətin olur. Belə bir pelvis quruluşu doğumdan əvvəl müayinə ilə təyin edilir. Hətta keçmişdə bu məqsədlə "pelvimetri" adı verilən xüsusi alətlərdən  istifadə edilmişdir. Hazırda isə ultrasəs, kompüter tomoqrafiya, maqnetik rezonans kimi  üsullarla bu təyin edilir.  
Doğuş kanalının vəziyyətindən asılı olmayaraq hal hazırda uşağın çəkisi 4,5-5 kq-dan çox olduqda vaginal doğumun reallaşdırılması məsləhət görülmür.

Doğumun uzanmasının səbəbi nə olursa olsun doğuşda əsas olan 2 əsas meyar vardır. Bunlardan biri körpənin  ürək döyünməsinin nizamlı olması, digəri isə doğumun irəliləməyə davam etməsidir.


Şərhlər: 9
Baxılıb: 4162
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
bizde bir qohumda da canaq darligi var idi ona gore de keyseriyye usulu ile dogus etdi
23 may 2015 11:39
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
Aydan Habili
Can bala can sen hansı yollarla dünyaya göz açırsan amma Estağfurullah android nedi buyy08
23 may 2015 00:53
# 8
lelos
menim padruqamda beledi Allah kömeyi olsun
23 may 2015 00:00
# 7
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Melissa
bele bir sohbet yoxdu
22 may 2015 20:44
# 6
Fialka
Görünür ki, ağrılı prossesdir Allah bütün ana olamağa hazırlaşan qadınlara kömək olsun ))
22 may 2015 18:59
# 5
ʚɞღ..Sultanım..ღʚɞ
Allah her kese komey olsun.. bu cetin anlardan Allah qorusun..
22 may 2015 18:50
# 4
Bu Günə Kimi Heç Kəs Həqiqi Xoşbəxtliyə Nail Olmayıb, Əgər Bədbəxt Deyilsənsə Özünü Xoşbəxt Saya Bilərsən...!
yarpaq33
Birinci uwaga hamile olanda hekim mene dediki canagin dardi uwaq dunyaya getire bilmeyeceksen dograyib cixardacayiq sonra getdim rasiyada hekimler mene bir cox uprajneniyalar eletdirdi cetinde olsa her wey yaxwi oldu
22 may 2015 18:36
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
vipbetul
mene ele gelirki caqain enli olub olmamainin hec bir ehemiyyeti yoxdu o qeder insan varki cetin kecir canaqi enli olsada
22 may 2015 18:30
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Canaq darligi olanlar normal dogus ede bilmez , ancaq keyseriyye emeliyyati ede biler.
22 may 2015 18:22
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz