Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlikdə şəkər xəstəliyi
Hamiləlikdə şəkər xəstəliyi
Göndərən: Nazlı_qız
Şərhlər: 7
Baxılıb: 1279
Səs ver:
Hamiləlik zamanı yaranan şəkər xəstəliyinin ana və körpədə daimi diabet riskini artırdığı, qadında erkən doğuş, körpəsində isə həddindən artıq çəkiyə səbəb olduğu bildirilib. Prof. Dr. Boyd Metzger hamiləlikdə rast gəlinən şəkər xəstəliyi ilə əlaqədar apardığı tədqiqatın nəticələrini həmkarlarıyla paylaşıb. O, hamiləlikdə qan şəkəri səviyyəsinin anaya etdiyi təsiri öyrənmək üçün araşdırmada müxtəlif ölkədən 25 min qadının iştirak etdiyini deyib. Araşdırma zamanı qadınlarda şəkər xəstəliyinə ən çox Hindistan və Pakistanda rast gəlinib. Çin, Yaponiya və Koreyada isə hamilələrdə şəkər xəstəliyinin digər ölkələrə nisbətən daha çox olduğu qeyd edilib.

Hamiləliyə və analara təsiri
Prof. Dr. Metzger hamilə qadınlarda insulin müqavimətinin artdığını və bunun irsi funksiyanın pozulmasına səbəb olduğunu bildirib.
Anadakı qan şəkəri səviyyəsinin hamiləlik zamanı baş verən ağırlaşmalarla əlaqəli olduğu bildirilib. Prof. Dr. Metzger hamilələrdə şəkər xəstəliyinin olmasının erkən doğum riski və keysəriyyə yolu ilə doğuş ola biləcəyi zərurətini daşıdığını bildirib. Eyni zamanda  doğumdan sonra diabetin inkişaf etmə riskini artırdığını qeyd edib.
 
Körpədə həddindən artıq çəkiyə səbəb olur
Hamiləlikdə şəkər xəstəliyinin körpələrə də mənfi təsir etdiyini ifadə edən Prof. Dr. Metzger ''Ana bətnində yüksək qan şəkərinə məruz qalan körpədə həm həddən artıq çəki problemi yaranır, həm də gələcəkdə diabet olma riski böyük olur. Hamiləlikdəki şəkər xəstəliyi doğulan körpələrin çəkisinin həddindən artıq olmasına səbəb olur'' deyə qeyd edib. O bu körpələrin qan şəkərlərinin doğuşda aşağı səviyyəyə endiyini və buna görə də xüsusi müalicə müəssisələrində müalicə aldıqlarını bildirib
 
Müalicə olunmaq vacibdir!
Prof. Dr. Metzger bildirib ki, hamilələrdə olan şəkər xəstəliyi qadınlar üçün risk daşıyır. Buna görə də hamiləlik zamanı şəkər xəstəliyinin həm diaqnozu, həm müalicəsi üçün dünya səviyyəsində birgə araşdırmalar aparılsa, nəsildən-nəslə keçən şəkər xəstəliyinin tam müalicəsi mümkün olacaq. Bu araşdırma bütün etnik qruplarda eyni nəticələri verdiyi üçün mövzuya ortaq yanaşmaq vacibdir.
 
Prof. Dr. Metzger hamiləlik zamanı qidalanma şəklini dəyişməklə şəkər xəstəliyinin müalicə olunduğunu, bəzi xəstələrdə isə dərman və insulin müalicəsinə ehtiyac ola biləcəyini ifadə edib.


Şərhlər: 7
Baxılıb: 1279
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
hamilelikde cox diqqetli olmaq lazimdir bu cur xesteliklerden qorunmagi bacarmaq lazimdir
6 iyun 2015 14:43
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
Allah uzaq elesin
6 iyun 2015 12:56
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Şəkər xəstəliyi zamanı ancaq pəhrizlərə riayət olunmaldır. Hamilə qadınlarda şəkər xəstəliyi varsa əgər müntəzəm şəkildə həkim nəzarətində olmalıdır. Allah əziyyət çəkən xəstələrə şəfa versin.
5 iyun 2015 22:03
# 5
Tomris Müslümova
allah hec bir anaya yaşatmasın ve diqqetli olub həkim nəzarətində olmaları şərtdir
5 iyun 2015 18:13
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
ALESSANDRA
ALLAH qorusun...AMİN...şəkər xəstəliyi olan adam uşaq dünyaya gətirə bilməz(
5 iyun 2015 18:12
# 3
Don't trust anyone ∆
Dosta_inam
Allah uzaq etsin şeker xestesi gerek daim nezaretde olsun şekerin miqdari qalxir yenir buda bezi sebeblere yol aça biler hamile xanimlarda,teşekkür.
5 iyun 2015 18:09
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Hamilelik zamani seker xesteliyi olumle neticelene biler. Usaq olarken qanaxma neticesinde ana dunyasini deyise biler
5 iyun 2015 18:06
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz