Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlikdə dəri dəyişkənliyi
Hamiləlikdə dəri dəyişkənliyi
Göndərən: Nazlı_qız
Şərhlər: 7
Baxılıb: 703
Səs ver:
Dəri rənginin tündləşməsi
Bütün hamilələrin 90 %-i bu problemlə qarşılaşır. Tam səbəbi bilinməsə də, hamiləlikdə melonositləri (piqment əmələ gətirən hüceyrə) xəbərdar edən hormonun qan ifrazında artım olduğu düşünülür. Bununla bərabər ostrogen adlı maddə də bu tünd rəngi çıxaran maddələri xəbərdar edir. Tündləşmə hamiləliyin erkən dövrlərində başlayır və tünd dərili xanımlarda daha çox diqqətə çarpır. Xüsusilə tünd rəngli bədəni olan xanımlarda döş ucları, genital dəri, göbək ətrafı kimi bölgələrdə bu tündləşmələr daha çox diqqətə çarpır. Göbəyin orta xəttindəki şaquli xəttə linea alba (ağ xətt) deyilir. Hamiləlik zamanı bu xətdə diqqətə çarpan bir tündləşmə hiss edəcəksiniz. Bu tündləşməyə görə bu xətt hamiləlikdə linea nigra (qara xətt) adlandırılır.

Hamiləlik maskası
Hamiləliyə xas digər bir dəri dəyişikliyi də kloazma adını verdiyimiz hamiləlik maskasıdır. Üzdə, göz altlarında bütün yanağı örtən və ortada birləşən kəpənək şəklindəki bu tündləşmə hamilələrin az qala yarısında dəyişən səviyyədə meydana gəlir və bir qisimi hamiləlikdən sonra çəkilərkən bir qisimi illərlə üzdə qala bilir. Hamiləlik maskası ultrabənövşəyi işığa qarşı çox həssasdır və buna görə də həddindən artıq günəş işığına məruz qalmayaraq ya da günəş qoruyucu məhsullardan istifadə edərək onun meydana gəlməsini azalda bilərik. İşlədə biləcəyiniz bəzi dermotoloji dərmanlar da bu ləkələri azaltmaqda işinizə yaraya bilər. Hamiləlik kloazması olan xanımlar, ümumiyyətlə, doğum nəzarət həblərinə qarşı da çox həssasdırlar və eyni ləkələr doğum idarə həblərinin istifadəsiylə də meydana gələ bilər.

Xallar
Demək olar ki, hər kəsdə olan xallar piqment ehtiva edən yaxşı xassəli dəri şişləridir. Normalda melanosit (piqment əmələ gətirən hüceyrə) ehtiva edən xallar hamiləlik zamanı melonositin xəbərdar edilməsi ilə birlikdə daha tündləşə və ya böyüyə bilər. Hamiləlik zamanı pis xassəli heç nəyə çevrilməzlər.

Çatlar
Xüsusilə son aylar yaxınlaşdıqca hamilə qadınların təxminən yarısında qarın dərisində, döş dərisində və ombasında qırmızı, yüngül çökək və nizamsız xəttlər inkişaf edir. Daha əvvəl ana olmuş qadınlarda bu qırmızı xəttlərdən əlavə gümüşü-ağ rəngdə xəttlər də görülə bilər. Bunlar bir əvvəlki hamiləlikdən qalan çatlardır. Doğumdan sonra bu qırmızı xəttlər aylar ərzində gümüşü-ağ rəngə çevrilərlər. Bu xəttlərin meydana gəlməsi böyük nisbətdə genetikdir və önləmək mümkün deyil. Yəni bu vəziyyətdə ananızın hamiləlik hekayəsinə müraciət edə bilərsiniz. Bəzi qadınlarda heç çatlaq olmazkən bəzilərində çox diqqət edilməsinə baxmayaraq sıx çatlaqlar meydana gələ bilir. Səbəb hamiləlikdəki hormonal dəyişikliklər, çəki artımı və dəri dartılmasıdır. Satışda hər nə qədər çox sayda çatlaq önləyici məhsullar olsa da, bunun çatlaqlara faydası yoxdur. Dərini hər zaman nəmli tutaraq bu çatlaqların daha da dərinləşməsini önləmək olar. Bunun üçün sadə bir uşaq yağı (kremi), badam yağı kimi nəmləndiricilərdən istifadə etmək olar. Həyat tərziniz də burada çox əhəmiyyətlidir (Məsələn: nizamlı və düzgün qidalanma, bol su içmə, siqaretdən uzaq dayanmaq). Doğum sonrası isə bu xəttlər hələ qırmızı olarkən bəyazlaşmamış dermatoloqla məsləhətləşməlisiniz.

Ovuc içi qızarıqlıqları
Hamilələrin üçdə ikisində görülər və doğum sonrasında itərlər. Ovuc içi və ayaq dabanlarındakı bu qızartı artmış ostrogen və dəridə artan qan dövranının təsiriylə olur.

Diş əti qanaması
Hamiləlikdə qorxuducu ola biləcək dəyişikliklərdən biri də diş əti qanamalarıdır. Bu qanamalar diş ətində qanlanması artan kapliyar damarların nəticəsidir. "Birdən yenə qanayar" deyə dişləri fırçalamaqdan çəkinməyin. Bu səhv tətbiqdir, dişlər fırçalanmasa, ağız gigiyenasına daha çox pis təsir edər. Əksinə diş fırçalamasına və ağız gigiyenasına hər zamankından daha çox əhəmiyyət verilməli və yumşaq sərtlikdə bir diş fırçası seçilməlidir.

Saç və tük dəyişiklikləri
Hamiləlikdə tük folikullarında böyümə nisbəti qısalma nisbətinə görə uzanar və bu da saçların güclənməsinə səbəb olar. Böyümə nisbətini uzadan ostrogen hormonudur və ana namizədləri saçlarını heç vaxt olmadığı qədər güclü, parlaq və gur hiss edə bilərlər. Doğum sonrası isə otrogenin qandan çəkilməsiylə bütün tük folikulları eyni anda tökülmə mərhələsinə girərək 1-4 ay sonra ani sürətlə regional keçəlləşməyə qədər gedə bilən bir tökülməyə səbəb olar. Bu, qorxulmaması lazım olan bir vəziyyətdir, 6-12 ay ərzində hamiləlik əvvəli saç quruluşuna qovuşa bilərsiniz. Hamiləlikdə lazer epilesiyasının bilinən bir zərəri yoxdur, lakin hamiləlik zamanı tüklənmə artacağı üçün hamiləlik sonrası onsuz da töküləcək olan tüklərinizə boşuna əhəmiyyət verib narahat olmayın. Lakin anidən başlayan və həddindən artıq tüklənmədən şübhələnirsinizsə, mütləq həkiminizə müraciət edin. Hamiləlikdə yumurtalıqda olan və plasentaya qədər ilk 6-8 həftə progesteron istehsalını təmin edən "korpus leteum" adlı quruluş bəzən geriləmə göstərmir və bu da kişilik hormonu ifraz edir və şişə çevrilə bilir, bu da hamiləlikdə diqqət edilməsi vacib olan bir vəziyyətdir.

Qaşıntı
Bir çox hamilə xanımın xüsusilə son aylarda yaşadığı qaşıntılı narahatlıq bütün bədəndə görülən və sadəcə şiddətli qaşınmayla müşahidə edilən başqa heç bir dəri dəyişikliyi olmayan bir vəziyyətdir. Bunun səbəbi qaraciyərdə öd kanallarının tıxanması nəticəsində normalda öd kisəsi yolu ilə bağırsaqlara axıdılan öd turşularının qaraciyərdə yığılaraq qana qarışması  və dəri altı toxumada yığılaraq qaşıntıya səbəb olmasıdır.

Dəri dəyişkənliyi-qaşıntı
Bunun xaricində çoxsaylı hamilə xanıma xas təyin edilmiş dəri xəstəlikləri var. Çox maraqlıdır ki, bu problemlər yalnız hamilə xanımlarda olur və başqa heç bir fərddə buna rast gəlinmir. Pis olan isə bu hamiləliyə xas dəri xəstəlikləri uşaq üzərində və hamiləlikdə həyatı təhdid edəcək fəsadlara səbəb ola bilər.


Şərhlər: 7
Baxılıb: 703
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
hamile xanimlarcin lazimli melumatdi
11 iyun 2015 13:40
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Luna-90
Mende catlar yarandi sadece .cunki cox kokeldim .
9 iyun 2015 14:28
# 6
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Fialka
Qadınlar hamiləlik dövründə yaranan dəyişikliklərə qarşı çox diqqətli olmalıdırlar. Sonradan hər şey qaydasında olsada yenədə tədbirli olmaqda fayda var, təşəkkür.
7 iyun 2015 20:42
# 5
BARBI
Hamilelikde deyiskenlikler cox olur hamisi korpe dunyaya gelene qederdir sonra tedricen yox olur
7 iyun 2015 19:25
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ALESSANDRA
Hamilə qadınlar bu kimi problemlərə tez-tez rast gəlir.faydalı məsləhətlərdi)tşk
7 iyun 2015 18:31
# 3
Don't trust anyone ∆
Dosta_inam
Biraz saç tökülmesi olmuşdu mende sonra düzeldi,ancaq qalanlari olmamişdi,teşekkür melumat üçün hamile olarken her şeye diqqet etmek lazimdir.
7 iyun 2015 18:13
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Tomris Müslümova
hamile qadinlarin bedeblerinde bir cox deyisiklikler olurki bunlardan biride deri problemleridir diqqet etmek vacibdir
7 iyun 2015 18:02
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz