Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hər dörd hamilədən üçü...
Hər dörd hamilədən üçü...
Göndərən: Qlamurr
Şərhlər: 5
Baxılıb: 1219
Səs ver:
Bel ağrıları hamilə qadınların ən çox şikayət etdiyi problemlərdən biridir. Hər dörd hamilə qadından üçündə rastlanır. Hamiləliyin ilk 3 ayından doğuşa qədər qadınlarda bel və kürək ağrıları yaşanır. Bu ağrılar əsasən belin alt qismində və pelvis ağrıları şəklində, qasıqdan tutmuş ayaq və ombaya qədər yayılır.

Hamiləlikdə üç qrup əzələlər daha çox əhəmiyyət daşıyır.

Bel və kürək əzələləri. Onurğanı təşkil edən kiçik əzələ qruplarıdır. Bu əzələ qrupları arasında yaranan funksiya pozuntuları şiddətli bel ağrılarına səbəb olur.

Qarın əzələləri. Doğuşu asanlaşdıran və onurğaya dəstək verən əzələ qruplarıdır. Daha əvvəl doğuş keçirən qadınlarda gəvşəyən qarın əzələləri bel ağrılarının mühüm səbəbidir. Kilo artımı, hamiləlikdə böyüyən uşaqlıq, hamiləlik hormonun təsiri ilə gəvşəyən onurğalar bədənin ağırlıq mərkəzini dəyişdirir, şiddətli bel ağrılarına səbəb olur.

Pelvis əzələləri. Uşaqlıq yolundakı əzələlərdir. Bu əzələlərin gücləndirilməsi uşaqlıq  yoluna girən körpənin itələnməsinə kömək edir. Bu əzələlərin idmanla gücləndirilməsi uşaqlıq və sidik kisəsi sallanmaları, sidik saxlaya bilməmə kimi bəzi simptomların yaranmamasında və müalicə edilməsində böyük əhəmiyyət daşıyır.

Hamiləlikdə yaşanan bel ağrıları üçün tövsiyələr:

Ayaq üstə çox durmayın

Uzun müddət hərəkətsiz olmayın

Oturarkən və ayaq üstə dik durmağa çalışın.

Çox kökəlməyin (8-12 kq idealdır)

Sərt, ya da orta sərtlikdə ortopedik yatağı seçin

Yan yatın, ayaqlarınızın arasına və qarnınıza dəstək olaraq yumşaq yastıq qoyun

Yataqdan qalxarkən yan dönüb dirsəyinizdən kömək alaraq düzəlin

Oturarkən belinizə dəstək olaraq ortopedik yastıq qoyun

Çox hündür və çox düz ayaqqabı geyinməyin

Alçaq dabanlı ortopedik ayaqqabı geyinin

Ağır qaldırmayın

Yerdən nəsə götürmək lazımdırsa, kiçik bir oturacağa oturun, dizlərinizi bükərək əyilin.

Hamiləlik zamanı faydalı olan idmanları mütləq edin.

Bel ağrısı üçün idman

Həftədə ən az 3 gün 20-30 dəqiqə rahat bir geyimdə idman edin. Qaçın. Qaçarkən çox tərləməyin, təngnəfəs olmayın, bol su için.

Pelvis əzələləri üçün sidiyinizi tuturmuş kimi vagina və sidik yolu kanallarını sıxın, 5-10 saniyə belə tutub buraxın. 3 mərhələdə, hər mərhələdə 10 dəfə edin. Hər gün edin.

Pilateslə məşğul olun. Bol protein, vitamin, mineral tərkibli qidalarla qidalanın.


Şərhlər: 5
Baxılıb: 1219
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lelos
Allah her bir arzusunda olan xanimlarimiza qismet etsin uca rebbim inşallah
20 may 2015 00:23
# 5
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
vipbetul
Allah her kese gozel hamılelık qısmet etsın ınsallah
19 may 2015 22:46
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Faydalı məsləhətlərdi, hamiləlik dövründə qadın daha diqqətli olmalıdır hər şeyə qarşı))
19 may 2015 18:39
# 3
BARBI
Hamile vaxti cox ehtiyatli olmaq lazimdir. Coxlu idman gezinti etmek lazimdir
19 may 2015 18:13
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
axi men esitmisdim hamile vaxti cox gezmek xeyirlidir,hereketde olmaq dogusu asanlasdirir...ola biler ne deyim vallah
19 may 2015 18:01
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz