Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik problemləri: TƏZYİQ
Hamiləlik problemləri: TƏZYİQ
Göndərən: emis
Şərhlər: 10
Baxılıb: 948
Səs ver:
Arterial təzyiq orqanizmin və ilk növbədə ürək-damar sisteminin normal fəaliyyətinin əsas göstəricisidir.

Hamilə qadın öz arterial təzyiqinə daim nəzarət etməlidir. Bəzən arterial təzyiqinin dəyişilməsi heç bir simptomla özünü büruzə vermir, lakin bu zaman döl üçün ciddi təhlükə yaranır.

Hamiləlik zamanı ananın orqanizmi ciddi dəyişikliklərə məruz qalır, bütün orqan və sistemlər yüklənir.

Ürək-damar sistemi xüsusilə yüklənir. Ananın orqanizmində yeni qan dövranı əmələ gəlir - ana - cift - döl. Qadının orqanizmdə dövr edən qanın miqdarı, bədən çəkisi artır. Ciftdə qan dövranı çox sürətlidir - hər dəqiqə buradan 500 ml qan keçir. Hamiləliyin 7-ci ayında ananın orqanizmində 5300-5500 ml qan dövr edir (müqayisə edin - hamiləlikdən əvvəl bu 4000 ml təşkil edirdi). Artmış yükləməyə cavab olaraq ürəyin çəkisi, ürəyin paylarının ölçüləri artır. Bütün bu dəyişikliklər arterial təzyiqinin dəyişilməsinə səbəb olur.

Cavan və orta yaşlı qadınlar üçün normal arterial təzyiqinin göstəriciləri - 130/85 c.st kimidir. Əgər hamilə qadında təzyiq 130/85 - 139/89 c.st. kimi qalxırsa, belə qadın daim həkimin nəzarətində olmalıdır. Əgər hamilə qadının təzyiqi 140/90 c.st və daha artıq qalxırsa, qadına arterial hipertenziya diaqnozu qoyulur və müalicə təyin olunur. Bəzi ağır hallarda qadın müalicə üçün xəstəxanaya yerləşdirilir.

Hamiləlik zamanı arterial hipertenziya daha tez-tez bu hallarda inkişaf edir:

- Əgər hamiləlikdən əvvəl qadının arterial təzyiqi normadan artıq qalxırdısa.

- Əgər qadında hormonal pozulmalar, böyrək xəstəlikləri, böyrəküstü vəziləri, qalxanvari vəzi xəstəlikləri, şəkərli diabet varsa.

- Əgər qadının yaxın qohumları arasında hipertoniyadan əziyyət çəkənlər varsa.

- Qadının bədən çəkisi normadan artıqdırsa.

- Qadın hamiləlik zamanı həddən artıq çox işləyir, yorulur, streslərə məruz qalır.

Hamiləliyin əvvəlində qadınlarda arterial təziyiq əksər hallarda enir. Bu qanda proqesteronun artması ilə bağlıdır. Proqesteron əzələlərin və damarların tonusunu azaldır və bu səbəbdən təzyiq bir qədər düşür. Hamiləlikdən əvvəl arterial təzyiqi aşağı olan arıq qadınlarda digər qadınlarla müqayisədə təzyiq daha tez-tez enir. Bu zaman qadın halsızlıq, yuxululuq hiss edir, bəzi qadınlarda bayılmalar olur.

Həkimlər belə qadınlara yaxşı qidalanmaq, kifayət qədər yatmaq və dincəlmək, açıq havada gəzmək, bədən tərbiyəsi ilə məşğul olmaq tövsiyə edirlər. Səhərlər tünd çay və ya qəhvə içmək olar.

Ağır hallarda hipotoniya (aşağı təzyiq) fonunda döldə hipoksiya inkişaf edə bilər, dölsalma və vaxtından tez doğuşun riski arta bilər.

Adətən hamiləliyin 2-ci üçaylığında təzyiq qalxmağa başlayır. Arterial hipertenziya  özünü baş ağrıları, başgicəllənməsi, qulaqlarda küy, üzün və boynun qızarması, ürəkbulanması, qusma kimi simptomlarla büruzə verir. Bəzən isə hipertenziya heç bir simptomla özünü büruzə vermir və profilaktik müayinə zamanı təsadüfən aşkar olunur.  Məhz bu səbəbdən hər bir hamilə qadının evində tonometr olmalıdır və qadın özü hər gün təzyiqini ölçməlidir.

Arterial hipertenziyanın müalicəsi üçün həkim qadına dərman preparatları təyin edir. Bundan qorxmaq lazım deyil. Həkim döl üçün təhlükəsiz preparat seçir. Bu preparatları qadın mütləq qəbul etməlidir və yalnız həkimin icazəsi ilə onların dozalarını dəyişməlidir və ya dərmanın qəbulunu dayandırmalıdır. Arterial təzyiqin normada saxlanılması hamiləlik zamanı çox vacibdir. Əks halda yüksək arterial təzyiq dölsalmaya, dölün inkişafının ləngiməsinə, cift problemlərinə, vaxtından tez doğuşa səbəb ola bilər.

Müalicədən əlavə qadın müəyyən pəhriz saxlamalıdır və fiziki aktivliklə məşğul olmalıdır (gəzintilər, bədən tərbiyəsi). Fiziki aktivlik xüsusilə vacibdir. Duzlu, kəskin, qızardılmış qidalar, qəhvə və tünd çay əks göstərişdir.


Şərhlər: 10
Baxılıb: 948
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
hamile qadinlarcin tezyiq mikrob cox problem olur

hamile qadinlarcin tezyiq mikrob cox problem olur

hamile qadinlarcin tezyiq mikrob cox problem olur
11 iyun 2015 13:52
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Leylican
umumiyyetle hamilelik zamani qadinlar cox diqqetli olmalidir her barede yalnizca tezyiq yox
9 iyun 2015 22:01
# 9
SEBR....
Melissa
men cox rahat kecirtmisem cox
9 iyun 2015 21:08
# 8
Happy
Hamilelikde tezigim elede pis olmuyub amma daim dermanlarla qidalanmiwam :/ Buda zeifliyimden ireli gelib
9 iyun 2015 19:20
# 7
tek umidim sen
insan hansi veziyyetde olursa olsun saglamliginin qeydine qalmagi bacarmalidi...
9 iyun 2015 18:35
# 6
Kadın derin ama adam yüzme bilmiyor...
Tomris Müslümova
insan agridigi zaman muayineye getmemilidir.ozune diqqet etmelidir her zaman xususende hamile vaxti.hekim nezareti guclu olmalidir.allah hamiya nesib etsin.tesekkurler)
9 iyun 2015 18:28
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Dosta_inam
Hamilelikde her bir şeyde diqqetli olmaq lazimdir,mende tezyiq yarandi hamile olanda müalice etdim,ancaq qalici oldu indi neise yesem qalxir qurur göyde,dartib aşaği salada bilmirem,teşekkür.
9 iyun 2015 18:20
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ulduz
menim en boyukp problemim asagi tezyiq idi .
9 iyun 2015 18:20
# 3
BARBI
Hamile qadinda zulal yukseldiyi ucun tezyiq avtomatik qalxir. Ona gore daim nezaretde olmalisan ki acilis olmasin.
9 iyun 2015 18:06
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ALESSANDRA
Müalicədən əlavə qadın müəyyən pəhriz saxlamalıdır və fiziki aktivliklə məşğul olmalıdır (gəzintilər, bədən tərbiyəsi). Fiziki aktivlik xüsusilə vacibdir. Duzlu, kəskin, qızardılmış qidalar, qəhvə və tünd çay əks göstərişdir.
9 iyun 2015 18:01
# 1
Don't trust anyone ∆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz