Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamilə qadınlarda dəmir mübadiləsi
Hamilə qadınlarda dəmir mübadiləsi
Göndərən: Nazlı_qız
Şərhlər: 6
Baxılıb: 654
Səs ver:
Hamilə qadınlarda dəmirin maddələr mübadiləsində fərqli xüsusiyyətləri

Hamilə qadında dəmir defisitli anemiyanın diaqnoz və müalicəsini düzgün aparmq üçün dəmirin maddələr mübadiləsinə xüsusi diqqət yetirmək lazımdır. Çünki hamiləlik qadının orqanizmində dövr edən qanı orta hesabla 45% artırır ki, bu da 30-34 -cü həftələrdə maksimal həddə çatır və artan qan 1600-1700 ml səviyyəsində olur. Artan qanın 25 %-ni formalı elementlər, 75% -ni isə plazma təşkil edir. Artmış formalı elementlərin 33% -i eritrositlərin payına düşür. Hamilə qadının qanında retikulositoz baş verir və MCH əksərən artır.Hamilə qadında eritrosit ömrü dəyişmir ancaq sümük iliyində hiperplaziya aşkar olunur. Belə qadında günlük dəmir ehtiyacı üç dəfə artaraq 6-7 mg/gün olur. Bu artım hamiləliyin ikinci yarısında daha xarakter hal alır.

Hamiləlik dövründə orqanizmin 1 q dəmirə ehtiyacı olur ki, orqanizm bunun 450 mq artan eritrositar kütləyə, 350 mq-nı döl və ciftə, 200 mq-nı isə dəmir itgisini əvəz etmək üçün sərf edir. Hamilə qadında zərdab dəmiri azalır, zərdab dəmiri bağlama gücü isə artır. Hamilə olmayan qadında isə bu hal dəmir çatmamazlığı zamanı müşahidə olunur. Hamilə olmayan qadının qanında dəmir deposunun güvəniləcək göstəricisi zərdab ferritin səviyyəsidir. Lakin hamilə qadında bu göstərici aldadıcı xarakter daşıdığından hamilədə dəmir çatmamazlığını aşkarlamaq və qiymətləndirmək üçün serum transferrin səviyyəsini müəyyən etmək vacibdir. Zərdab transferrinin 16%-dən aşağı olması hamilə qadında dəmir çatmamazlığının göstəricisidir. Qadınlar doğuş zamanı 150-200 mq, laktasiya dövründə isə 190- 250 mq (6 aylıq laktasiya dövründə) dəmir itirirlər.

Hamiləlik dövründə orqanizmdəki depo dəmir 50% azalır. Hamilələrdə dəmir maddələr mübadiləsi fərqli olduğundan, dəmir defisitli anemiyanın da mərhələləri və gedişi fərqli olur. Hamilələrdə dəmirin latent çatmamazlığı və dəmir defisitli anemiyanın göstəriciləri diqqəti cəlb edir. Ananın transferrini, reseptorlar vasitəsi ilə cift hüceyrələrinə bağlanır, ciftdə depolanır. Buradan dəmir tədricən fetal qan dövranına keçir və yenidən fetal transferrinə bağlanaraq döldəki hem sentezi yerlərinə və ya dəmir depolarına transfer olunur. Beləliklə hamilədə dəmir mübadiləsi və maddələr mübadiləsi hamilə olmayan qadınlardan fərqli olduğundan, dəmir defisitinin qiymətləndirilməsidə hamilə qadında fərqli olmalıdır və onun müalicəsinə də fərqli yanaşma olduğu aydınlaşır.
Hamilə qadınlarda dəmir mübadiləsi
Hamilələrdə dəmirə olan gündəlik ehtiyac isə aşağıdakı kimidir:

Hamiləliyin dövrü Dəmir miqdarı
I üçaylıq 0.6-0.8 mq/ gün

II üçaylıq 2.8-3.0 mq/gün

III üçaylıq 3.5-4.0 mq/gün

Mənbə: Əliyev G. Əliyev E. İsgəndərova Ş. "Dəmir defsitli anemiyanın uşaqlarda və hamilələrdə gedışınə muasir baxış" kitabı.


Şərhlər: 6
Baxılıb: 654
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Demir orqanizma ucun cox ehemiyyetli vitamindir. D vitaminin catizmazligi boyuk fesadlara yol acir
15 iyun 2015 17:14
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
Anuka
Mende demir azdi hamileliyden oncede bele idi Allah ozu komey olsun cumlemize amin.
14 iyun 2015 21:55
# 5
Ey insan, həddini bil. Unutma ki, bir hədd yoxdursa heç bir hədd yoxdur.
vipbetul
gerek hamile qadinlar yedikleri qidalarin terkibinde demir ehtiyati cox olan qidalar qebul etsun
14 iyun 2015 21:00
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Ona gore hamileler demir terkibli meyveler ve qidalar qebul etmelidir
14 iyun 2015 19:03
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ALESSANDRA
faydalı ve maraqlı xebrdi teşekkür
14 iyun 2015 18:36
# 2
Don't trust anyone ∆
Tomris Müslümova
men bu haqda bilmirdim faydali xeberdi tesekkurler))

men bu haqda bilmirdim faydali xeberdi tesekkurler))
14 iyun 2015 18:01
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz