Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik zamanı ishal
Hamiləlik zamanı ishal
Göndərən: SEVGI DENIZIM
Şərhlər: 11
Baxılıb: 1311
Səs ver:
Hamiləliyin sonunda qadınların əksəriyyətini qəbizlik narahat edir. Böyümüş uşaqlıq bağırsaqları sıxır ki, nəticədə onların normal fəaliyyətində pozulmalar yaranır.

Bu problem hamiləlik zamanı hətta qəbizliyə meyilli olmayan qadınlarda da inkişaf edə bilər.

Hamiləliyin əvvəlində qadınları daha çox digər problem narahat edir - ishal. Hamiləliyin əvvəlində qadının orqanizmində ciddi hormonal dəyişikliklər baş verir ki, nəticədə bağırsaqlar bu dəyişikliklərə belə cavab verir. Bağırsaqlar adi vaxtlardan fərqli olaraq daha tez-tez boşalır (gündə 2-3 dəfə) və nəcis kütləsi formalaşmamış olur.

Müəyyən müddət keçdikdən sonra belə ishal əksər hallarda özü-özündən, müalicəsiz və dərmansız keçir. Bu halda yeqanə məsləhət - daha tez-tez maye qəbul edin. Nar qabıqların dəmləməsi, zoğal mürəbbəsi ilə çay çox yaxşı kömək edir, bağırsaqları "yığır".

Lakin bəzən qadınlarda ishal çox güclü olur (gündə 5 dəfə və bundan artıq), uzun müddət ərzində davam edir. Bu halda ishal həm ananın, həm də körpənin sağlamlığı üçün təhlükəlidir. Güclü ishalın nəticəsində orqanizmdə susuzlaşma inkişaf edir. Susuzlaşma zamanı orqanizmin su-duz balansı pozulur ki, bunun nəticəsində həm ananın, həm də dölün vacib orqan və sistemlərində (xüsusilə ürəkdə və beyində) ciddi pozulmalar yaranır. Ağır hallarda hamiləlik zamanı susuzlaşma döldə qüsurların inkişafına və hətta dölün həlak olmasına səbəb ola bilər.

Digər tərəfdən bağırsaqların uzun müddət ərzində həddən artıq aktiv vəziyyətdə olması (ishal zamanı olduğu kimi) uşaqlığa təsir edir ki, nəticədə uşaqlıq yığılmağa başlaya bilər və bunun nəticəsində uşaqsalma baş verə bilər.

Susuzlaşmanın ilk simptomları:

- güclü susuzluq,

- ağızda quruluq,

- dərinin və selikli qişaların quru olması;

- sidiyin rənginin tündləşməsi və az ifraz olunması;

- halsızlıq, zəiflik.

Daha ağır mərhələlərdə susuzlaşma nəticəsində insanda bayılma, qıcolmalar, koma kimi pozulmalar inkişaf edə bilər.

Bu səbəbdən güclü ishal zamanı (nəcis ifrazı 5 dəfə və bundan artıq baş verir) susuzlaşmanın profilaktikası üçün dərhal su balansını bərpa etməyə başlamaq lazımdır. Lakin adi su, çay və s. mayelər lazım olan effekt vermir. Susuzlaşmanın profilaktikası üçün və susuzlaşmanın ilk simptomlarında xüsusi məhlullardan istifadə etmək lazımdır. Bu məhlulların arasında - Riqedron, Qastrolit. Preparat 1 l ilıq qaynanmış suda həll olunur və kiçik qurtumlarla gün ərzində tez-tez içilir. Lakin nəzərə almaq lazımdır ki, bu məhlullar xəstəliyi müalicə etmir. İshalın müalicəsi üçün həkimə müraciət etmək lazımdır.

Əksər hallarda ağır ishal bağırsaqlara infeksiya düşməsinin nəticəsində inkişaf edir. Bu səbəbdən hamilə qadında ağır ishal, qusma, hərarətin artması kimi simptomlar inkişaf etdikdə, dərhal təcili yardım çağırmaq lazımdır. Güclü susuzlaşma yalnız xəstəxana şəraitində xüsusi məhlulların orqanizmə yeridilməsi ilə müalicə olunur.


Şərhlər: 11
Baxılıb: 1311
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
bu qeder melumatim yox idi ishal haqqinda,hamilelikden qorxuram men bas ede bilmerem usagi qoruya bilmerem deye dusunurem.Allah bir qadina ovlad versin bu hissleri yasasinlar hamilelik vaxti bir cox cetinlikler olsa bele dozmeliyik Allahin bele gozel nuru ucun tesekkurler.
6 may 2015 18:32
# 11
SENSİZ
Sitat: Miss_Angel
inwallah mende bele hisler kecirerem hmmm

allah arzuna catdirsin dua
5 may 2015 22:50
# 10
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Miss_Angel
inwallah mende bele hisler kecirerem hmmm
5 may 2015 22:46
# 9
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Nur k-off
Hamile xanimlar mütemadi olaraq hekim nezaretinde olmalidir
5 may 2015 20:48
# 8
SVETA
Bestoş
Allah butun hamileleri qorusun Amin..
5 may 2015 20:46
# 7
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
BARBI
Hamilelikde bu kimi problemlerde derhal hekime muraciet etmek lazimdir ki ciddi problemler yaranmasin
5 may 2015 20:39
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
guler19
Allah bütün hamilələri dardan qurtarsın inşaAllah...
5 may 2015 19:33
# 5
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
vipbetul
hamile qadinlara hamileliyinin aqrisiz problemsiz kecmesini diliyirem
5 may 2015 18:54
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Baharim ol
Allah butun hamilelere komek elesin.men subayam.ama gelecekde lazim olacaq.tesekkurler
5 may 2015 18:34
# 3
Ama yenede
Fialka
Hamiləlikdə ishal və bu kimi bir çox hallar baş verir buna görə hamilə qadınlar müntəzəm şəkildə həkim müayinəsində olmalıdırlar.
5 may 2015 18:31
# 2
Tomris Müslümova
aman allah bu hamilelik ne yaman cetin seydi...dogurdanda canindan bir can gedir sanki
5 may 2015 18:29
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz