Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Abortdan sonra...
Abortdan sonra...
Göndərən: Qlamurr
Şərhlər: 19
Baxılıb: 2411
Səs ver:
İslamda abort haram sayılır və bu əməl üçün heç bir bəraət (pulsuzluq, uşağın cinsi, döldə olan qüsurlar və s.) qazandırmaq mümkün deyil.

Lakin bəzi hallarda ananın bətnində olan dölün inkişafı müxtəlif səbəblərə görə dayanır və bu halda qadın aborta getməyə məcbur olur. Yalnız bu hal abort üçün bəraət kimi qəbul oluna bilər.

Abort (mini cərrahiyyə, dərmanların vasitəsi ilə aparılan abort) və həmçinin özbaşına dölsalma müxtəlif ağırlaşmalara səbəb ola bilər. Bu ağırlaşmaları minimuma endirmək üçün qadın müəyyən qaydalara riayət etməlidir.
Beləliklə:

1. Abortdan sonra 2 həftə ərzində qadın ağır fiziki yükləmələrdən (ağır əşyaları qaldırmaq, daşımaq, əyilmiş vəziyyətdə iş görmək və s.) imtina etməli, idmanla məşğul olmamalıdır.

2. Abortdan sonra 3 həftə ərzində qadın cinsi əlaqədən çəkinməlidir. Abortdan və ya özbaşına dölsalmadan sonra uşaqlıq böyük açıq yaraya bənzəyir. Bu səbəbdən istənilən infeksiya bura çox asan daxil olaraq güclü iltihaba səbəb ola bilər.

3. Uşaqlığın normal şəkildə yığılmasını təmin etmək üçün sidik kisənin və bağırsaqların vaxtında boşalmasına fikir verin.

4. Hər gün hərarətinizi ölçün, soyuqlamadan uzaq olun, orqanizmin ümumi vəziyyətinə nəzarət edin. Vəziyyətinizdə hər hansı dəyişikik, qarının aşağı hissəsində ağrılar əmələ gəldikdə, bədən hərarəti yüksəldikdə, dərhal həkimə müraciət edin.

5. İntim gigiyenaya xüsusi diqqət yetirin. Gün ərzində 2 dəfədən az olmayaraq xarici cinsiyyət üzvləri marqan ("marqansovka") əlavə olunmuş qaynanmış ilıq su ilə yuyun (su açıq çəhrayı rəngdə olmalıdır). Daha tez-tez qadın bezləri və alt paltarınızı dəyişin. Bu abortdan sonra mümkün olan iltihabın qarşısını almaq üçün çox vacibdir.

6. Abortdan sonra 2 həftə ərzində duş qəbul edin, vannada çimməyin. Uşaqlıq yolunu dərin yumayın, hovuzda, dənizdə, çayda çimməyin.

7. Abortun 1-ci, 2-ci günü uşaqlıq yolundan qanlı ifrazatlar xaric olunmağa başlayır. Bu normada belə olmalıdır və bu menstruasiya deyil. Əgər hətta 2-ci gündən sonra belə ifrazatlar yoxdursa, bu o deməkdir ki, uşaqlıq boynunun sıxılmasına görə qan çölə axmır, uşaqlığın boşluğunda yığılır. Bu isə iltihaba səbəb ola bilər. Beləliklə, abortdan sonra qanlı ifrazatlar olmadıqda, dərhal həkimə müraciət etmək lazımdır.

8. Abortdan sonra olan qanaxmanın intensivliyi hamiləliyin müddətindən asılıdır. Adətən qanaxma 10 gündən artıq olmur, çox güclü olmur və tədricən azalaraq tam kəsilir. Əgər sizdə qanaxma  çox güclüdürsə (2 saat ərzində bez dolur), tədricən azalmır və əksinə olaraq gündən günə artır, 10 gündən artıq davam edirsə, mütləq həkimə müraciət edin. Bu natamam abortun əlaməti ola bilər (uşaqlıq boşluğunda embrionun hissələri qalıb). Bu hal çox təhlükəlidir və qadına vaxtında lazım olan tibbi yardım göstərilmədikdə, onun səhhəti və hətta həyatı üçün ciddi təhlükə yaranır.

9. Abortdan müəyyən müddət sonra (həkim təyin edir) qadın USM-dən keçməlidir.

10. Əgər abortdan sonra qadında hamiləliyin əlamətləri (ürəkbulanması, başgicəllənməsi, qusma və s.) saxlanılmış olarsa, bu o deməkdir ki, hamiləlik pozulmayıb və inkişaf edir. Bu halda mütləq USM-dən keçmək lazımdır. Abortdan sonra hamiləlik testləri dəqiq nəticə vermir. Məsələ burasındadır ki, bu testlər qadının qanında spesifik hamiləlik hormonu olan xorionik honadotropin hormonunu təyin edirlər. Bu hormon isə hətta abortdan sonra hamiləlik pozulduqda qadının qanında 1 ay ərzində təyin oluna bilər.

11. Dərman vasitəsilə aparılan abortdan sonra uşaqlıq boşluğunda embrionunun hissələrinin qalmasının ehtimalı daha çoxdur. Bu səbəbdən belə abortdan sonra qadın öz vəziyyətinə qarşı xüsusi diqqətli olmalıdır.

12. Abortdan sonra menstrual dövr 1-2 ay ərzində pozula bilər (adətən menstrual dövr uzanır). Əgər bir neçə ay ərzində menstrual dövr tənzimlənmirsə, mütləq ginekoloqa müraciət edin.


Şərhlər: 19
Baxılıb: 2411
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ay.dan
bir ana oz ovladina nece qiya biler.aborta qarwiyam
2 may 2015 12:42
# 19
O, sinən də yatarkən narahat olmasın deyə dərindən nəfəs almamaqdır sevgi♥♥♥
Luna-90
1ce defe olmusam oda allah uzaq etsin dogus ondan asandi
28 aprel 2015 19:12
# 18
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
cinqosh
Səbəbindən asılı olmayaraq abortdan sonra özünü qatil kimi hiss edirsən...
28 aprel 2015 12:23
# 17
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
emis
birinci cumleni tam basa dusmedim yeniki ana betninde olan prablemlerle de gunah sayilir? mence sayilmaz ananin heyati riskli ola biler axi, men hec vaxt mecbur qalmadiqca eletdirmerem.qarsiyam aborta ancaq ve ancaq hekimnnen kagiz alinmalidi ki bunu vacib abort eletmek lazimdi ona he qebul ederem.yoxsa ta men qiz istemirem ne bilim oglan isteyirem bele seyde nervilenirem allahin verdiyi payi geri qaytarmaq olmaz.
28 aprel 2015 01:43
# 16
Qlamurr
Əslində qadınların çoxu abortun günah olduğunu bildiyi halda bunu edir,kimisi məcburiyyətdən,kimisi də öz istəyilə edir.Vaxtında lazımsız hamiləliyin qarşısını almaq lazımdır ki,sonra da belə günaha batmıyasan....
Redaktə edənə təşəkkür...
27 aprel 2015 23:35
# 15
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Madina
Allah hec bir qadina bu hissi yasatmasin bundan sonra. Qadinlarimiz dusunerek hereket etsinler.
27 aprel 2015 23:00
# 14
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
Rakella
Boyuk gunahdi basa duse bilmirem ana nece oz ovladina qiya biler ama mecburidirse bunu ele de pis qebul etmirem
27 aprel 2015 22:48
# 13
Impossible is not a word,it's just a reason for someone not to try
FISTIK
iki düşüncəsiz insan bu adımı atir istəmirsinizsə usaq olsun önləyici seyler var bunun qarşısını almaq üçün qorun. qadinlarin aborta nece gedir hec anliya bilmirem senin canindan qanindan bir parcadir nece qiyilar hec anliya bilmirem.agilsiz qadin evvelden dusun onlemini alki bu adimi atma ne qeder qadin var ovlad hesretinde.Men hec vaxd bu adimi atmaram ne olursa olsun korpeme qiymaram.
27 aprel 2015 22:34
# 12
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Miss_Angel
gunahdi abort ama bide gorursen uwaq olur mecbur goturuler neynesinler yaziqlar mecburdiler
27 aprel 2015 22:13
# 11
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Meleknur
Gunahdi deyirler qizdi oglan uwag isteyiriy Allah(c.c) deyir ki:qiz ovladi dunyaya gelende goyden coxlu nemet yagar Peygemberimiz(s.e.s)deyib ki: Eger oglan uwagi ile qiz uwagi arasinda secim etmey mecburiyyetinde qalsaydim qiz ovladini secerdim gunahdi abort bunu kime deyirem deyir ki sende goreceyik nece defe eletdireceksen deyirem Allah uzag elesin ki men onu edim ozuvuz duwunun elaqede olursuz sonra abort eletdirirsiz deyirler uwag deyil ki o da canlidi insandi adi insani oldurende gunah nece o korpenide oldurmey ele gunahdi en boyuk gunahlardan
27 aprel 2015 22:03
# 10
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Fialka
Dinimizdə abort etmək günahdır çünki Allahın verdiyi bir cana qıyırlar hansı ki, neçə - neçə ailələr həsrətdi o bir parça cana , düşünürəm ki, elə addım atmaq lazımdır ki, aborta heç bir ehtiyac duyulmasın və nəticədə nə günaha batırsan nədə bir cana qıyırsan..
27 aprel 2015 20:04
# 9
Catwoman666
Sitat: BARBI
men de abort deyende deli oluram elaqede olanda qorunun ki bir canliya qiymayin

tamamile raziyam 01 cunki sonradan gunaha girirler abort etmekle her weyi evvelceden dusunmek lazimdir
27 aprel 2015 19:55
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
Menim balam
Men de pis baxıram
27 aprel 2015 19:44
# 7
Dosta_inam
mende aborta qarşiyam,Allah veren şirin paydan nece üz çevirmek olar ki,men etmişem ancaq bir hefte idiki ölmüşdür betnimde,ama canli olsaydi esla etmezdim,bir övladdan ötrü ömür boyu dua edib qurban kesenler az deyil.
27 aprel 2015 19:29
# 6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
men de abort deyende deli oluram elaqede olanda qorunun ki bir canliya qiymayin
27 aprel 2015 19:05
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
Allah hec kime bu abort qismet etmesin insallah
27 aprel 2015 18:46
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
KRALİCEM
ADini esdidende vahimelenirem hecvaxt getmerem sukur balarimizi veren allaha
27 aprel 2015 18:24
# 3
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
talis balasi
Baqislanilmaz sehvdi bizim qadinlarimiz onu edirler,99% qadinlar cinsine gore aborta uz tuturlar allah onlari hec vaxd baqisdamaz qizda ovladdi oqlanda,ovladin dirnaqicin gecen aileler var,cox pis baxir abort etdiren qadinlara cox pis
27 aprel 2015 18:08
# 2
Nezka
Aborta qəti surətdə qarşlyam əvvəl deyirdim yəqin məcburdu amma abortun necə ediıdiyini oxuyandan sora vabşe qarşı çıxdım
27 aprel 2015 18:07
# 1
İçimi görsən mənə aptek alarsan.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz