Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləliyin aybaay gedişatı (7-ci ay)
Hamiləliyin aybaay gedişatı (7-ci ay)
Göndərən: Nazlı_qız
Şərhlər: 9
Baxılıb: 1202
Səs ver:
7 aylıq hamiləlik  (25-28- ci həftələr arası )

25-ci həftədə də körpəniz inkişafa davam edəcək. Xüsusilə əlləri böyüyəcək, dırnaqları inkişaf edəcək və yumruq tuta biləcək və əllərini bədəninin fərqli bölgələrini fərq etmək üçün istifadə edə biləcək. Qaşı və kirpikləri meydana gəlməyə başlayacaq, saçları uzanacaq və sıxlaşacaqdır. Körpə hələ qırmızı görünüşdədir, amma hər keçən gün yağ toxuması artır. Körpə doğuma qədər çəki artımına davam edir. Yavaş-yavaş əl və ayaq izləri meydana gəlməyə başlayır.

26-cı həftədə körpənin çəkisi 500 qr ilə 1 kq arasındadır.
 
27-ci həftədə körpə, doğulacaq körpənin miniatür halıdır. Kiçik, incə və daha qırmızıdır. Ağciyərləri, immunitet sistemi və qaraciyəri hələ tam inkişaf etməmişdir. 28-ci həftədə gözlərini açıb bağlamağa başlayır və bu dövrdə nizamlı bir şəkildə yatar və qalxar. Yalnız bu böyüklər və ya yeni doğulmuş bir körpə şəklində deyil. 20-30 dəqiqə yatar və təkrar oyanar. Ana uşağın hərəkətlərini xüsusilə bu dövrün sonunda yaxşıca fərq edər. Xüsusilə oturarkən və yatarkən daha rahat hiss edər. 28-ci həftənin sonunda körpənin boyu təxminən 24 sm, ağırlığı təxminən 1 kilodur. 28-ci həftənin sonunda ananın hamiləliyinin 70%-i bitmişdir. Ananın uşaqlığı göbək ilə döş qəfəsi arasına qədər böyümüşdür, qan təzyiqi əvvəlkinə nisbətən artmışdır. Ana körpə hərəkətlərini xüsusilə ən aktiv olaraq 27-32-ci həftələr arasında hiss edər. Bu dövrdə artan fəaliyyət doğum ağrılarıyla qarışdırıla bilər. Yalancı doğum ağrıları nizamsız, uzun və ya qısa davamlıdır və ümumiyyətlə ana tərəfindən sayıla bilməz. Əsl doğum ağrıları daha güclüdür, uzun müddətlidir və nizamlıdır. Bu ağrılar erkən doğumun işarəsi ola bilər. 1 saatda altıdan çox nizamlı ağrılarınız olarsa, həkiminizə xəbər verməniz lazımdır. Ana təxminən bu dövrdə hər həftəyə 1 kq alır.
 
7-ci ayda ediləcək əhəmiyyətli testlər vardır:

Qlükoza dözümlülük testi anada hamiləlikdə meydana gələ biləcək diabet xəstəliyini göstərmək üçün tətbiq edilir. Bu test 24-28-ci həftələr arasında tətbiq edilir.  Yenə bu dövrdə əhəmiyyətli bir test qan uyuşmazlığı testidir . Əgər ana Rh (-) ata Rh (+) isə bu test tətbiq olunur.


Şərhlər: 9
Baxılıb: 1202
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ayanim30
mende 7 ayimdayam. Allah hu istide butun hamilelere komek olsun
14 avqust 2015 19:05
# 9
Dosta_inam
Sitat: Anuka
Ussss duz hemın vaxtayam Allah hamıya komey olsun menede ınwAllah


Cox gozel tebrik edirem, basda sen olmaqla Allah butun hamilelere komek olsun, xeyirli sagliqli dunyaya getiresiniz ovladlarinizi, Amin Insaallah, dua.
27 iyul 2015 06:27
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
WiRiN BaLaM
Bizdədə yoldaşım Rh (+) mən Rh (-) idim ..bu aylarda test mütləqdir..Allah hamilələrin sağ salamat qurtarmalarına yardımçı olsun.
27 iyul 2015 00:33
# 7
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
BIR_TANEM
Axracan oxumadim ammaki Allah hamilelerin elin ayaxin salamat qutarsin Amin inwallah 128
26 iyul 2015 22:47
# 6
DOSLARIMNAN GORWE COX AZ QALDI SEVINIREM
Niquw Abdulayeva
Saq salamat dunyaya getiresiniz balanizi
26 iyul 2015 22:45
# 5
BARBI
Ananin dogus riskinin artigi aylardandir. Qadin 7 aydan sonra cox ehtiyatli olmali agir qaldirmamali yungul idmanlarla mesgul olmalidir
26 iyul 2015 22:34
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Anuka
Ussss duz hemın vaxtayam Allah hamıya komey olsun menede ınwAllah
26 iyul 2015 20:23
# 3
Ey insan, həddini bil. Unutma ki, bir hədd yoxdursa heç bir hədd yoxdur.
Gul_Konul
ALLAH komey olsun butun hamilelere..bu istide dozum lazimdi
26 iyul 2015 19:35
# 2
vipbetul
bu aylarada cox ciddi olur hamileliyin gedisi
26 iyul 2015 18:41
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz