Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləliyin aybaay gedişatı (6-cı ay)
Hamiləliyin aybaay gedişatı (6-cı ay)
Göndərən: Nazlı_qız
Şərhlər: 4
Baxılıb: 1262
Səs ver:
Hamiləliyin altıncı ayı. ( 21-24-cü həftələr arası) Bu ayda körpədə görülən dəyişikliklər:

21 həftəlik hamiləlik: Körpəniz içində üzdüyü mayenin bir qisimini udmağa başlayır və beləcə həzm sisteminin inkişafına köməkçi olur. Ayrıca bu həftədə körpənizin qan hüceyrələri sümük iliyində yaranmağa başlayır. 22 həftəlik hamiləlik: Körpənizin toxunma və dad alma duyğusu inkişafa başlayır. Bunları ultrasəs müayinəsində barmaq əmməsi, ya da bədəninin müxtəlif yerlərinə toxunması şəklində görə bilərsiniz. Oğlan uşaqlarında cinsi orqan qarın içindən aşağıya doğru enməyə başlayır. Qız körpələrdə uşaqlıq və yumurtalıqları yerindədir və vajinası inkişaf etmişdir.

23 həftəlik hamiləlik: Körpənizin ağciyərləri çöldəki həyata istiqamətli hazırlanmağa başlayır. Əgər bu həftədən əvvəl doğularsa, ağciyərlərin iş şansı yoxdur. Eyni zamanda tənəffüs hərəkətinə də başlamışdır. Bu həftədə doğulan körpələr uyğun reanimasiya şərtlərində bəzən yaşaya bilir, ancaq əksəriyyət vaxt ciddi şikəstlik əlaməi ilə doğulur (korluq, zəka geriliyi).

24 həftəlik hamiləlik: Ümumiyyətlə, körpə baş aşağı dayanmağa meyllidir. Bu həftədə doğulan körpələrin təxminən 50%-nin yaşama şansı vardır.

Bu ayda anada görülən dəyişikliklə: - Qan təzyiqi normaldan aşağı səviyyədədir. - Qan yaranması artmışdır. Bu səbəblə bədəndə dəmir ehtiyacı hamilə olmayan qadına görə olduqca yüksəkdir. - Diş ətlərinizdə hamiləliklə bağlı qanamalar ola bilər. - Döş uclarınızdan sarımtıl kiçik damlalar gələ bilər. Bu doğumdan dərhal sonra körpə üçün olduqca qiymətli maddələri yaradan ağız südüdür. - Uşaqlıqda ağrısız sıxılmalar hərdənbir meydana gələ bilər. Ancaq bu həqiqət doğumdakı nizamlı, getdikcə şiddətlənən qarın və bel bölgəsindəki ağrılı sıxılmalar ilə qarışdırılmamalıdır. Əgər sıxılmalar sizi narahat edirsə, xüsusilə ağrılı hala gəlməsi, və ya altı saatdan çox olması vəziyyətində həkiminizə müraciət edin, çünki erkən doğum işarəsi ola bilər!


Şərhlər: 4
Baxılıb: 1262
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqli melumatdi
17 iyul 2015 18:47
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Sara035
Artiq 8-ci aydayam inwallah sag-salamat.
17 iyul 2015 18:35
# 3
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
Dosta_inam
Allahim arzusunda olan her bir xanima nesib etsin bu hissi yasamagi, Amin.
17 iyul 2015 18:28
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Rebbim bu gozel hisleri yasamagi her xanima nesib etsin.
17 iyul 2015 18:10
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz