Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləliyin aybaay gedişatı (5-ci ay)
Hamiləliyin aybaay gedişatı (5-ci ay)
Göndərən: Nazlı_qız
Şərhlər: 7
Baxılıb: 1409
Səs ver:
Hamiləliyin beşinci ayı (17-20-ci həftələr arası)

17 həftəlik Hamiləlik: Bu həftədə körpənin saç və qaşları inkişaf edər, hıçqırmaya başlar. Siz bunları duymasanız da, hiss edə biləcəksiniz, xüsusilə ikinci hamiləliyinizdirsə. Bu həftədə körpədə doğulduqdan sonra istilik dəyişikliyinə qarşı bədən istiliyini tarazlayan qəhvəyi yağ toxuması meydana gəlməyə başlayır.

18 həftəlik hamiləlik: Körpənin sümük strukturları güclənməyə başlayır, qıç və daxili qulaq sümükləri ilk olaraq sümükləşməyə başlayır. Daxili qulaq sümüklərinin inkişafı ilə birlikdə körpənin eşitmə sinirləri də inkişaf edər və körpə səsləri eşitməyə başlayar. Körpəniz sizin ürək döyüntünüzü, mədə səslərinizi və göbək bağındakı qan axışını eşidə bilər. Körpənin udma funksiyası da inkişaf edər və uşaqlıqda hər gün bir miqdar uşaqlıq mayesini uda bilər.

19 həftəlik hamiləlik: Bu həftədə körpənin dərisi yağlı ağ bir maddə ilə əhatə olunur. Körpənin böyrəkləri inkişafına davam edər və sidik etməyə başlayar.
Körpənin eşitmə duyğusu artır, çox sayda fərqli səsləri eşidir, hətta dialoqlarınızı belə. Körpənizə mahnı oxuyar, ya da onunla danışarsanız, sizin səsinizin fərqinə varması mümkündür. Körpəniz bu həftədə baş barmağını əmməsi, başını hərəkət etdirməsi ilə də fərqlənər.

20 həftəlik hamiləlik: Körpənin dərisi yaxşıca qalınlaşar və dərinin təbəqələri meydana gələr. Körpənin saçları və dırnaqları böyüməyə davam edər. Körpə hərəkətləri ana namizədi tərəfindən 20-ci həftə ətrafında hiss edilməyə başlar.

Bu həftələrdə anada baş verən dəyişikliklər:

- Hamiləliyinizin yarısına gəldiniz və bunu artıq hiss edilər.
- Körpənin ilk hərəkətlərini hiss edəcəksiniz, bu hərəkətlər mədə quruldaması və ya mədə içərisində kəpənək hərəkətləri kimi hiss, bu hərəkətlər ilk olaraq narahat edir. İrəliləyən hamiləlik həftələrində bu hərəkətlər nizamlı olaraq dəyişir.
- Bu ayda körpənin böyüməsinə və orqanların inkişafına təsir edən hormonların artımı davam edir.
- Qan dövranı sisteminiz genişlənməkdə davam edir. Qan təzyiqiniz normadan aşağı səviyyədədir, buna görə də yataqdan qalxarkən baş gicəllənməsi, ürək bulanma, huşunu itirmə kimi hallar yaşaya bilərsiniz.
- Bədənin qan tərkibi artmağa davam edər. Qırmızı qan hüceyrələrinin artımı seruma görə daha az olduğu üçün dəmir ehtiyacı artar. Kafi miqdarda dəmir alınmazsa, dəmir əskikliyi ilə müşayət olunan qan azlığı inkişaf edər, bunun nəticəsində də yorğunluq, halsızlıq və xəstəliklərə qarşı immunitet zəifliyi olar.
- Bu aylarda hamiləliyə bağlı narahat edici yan təsirlər görülə bilər: burun tutulması, burun və diş əti qanaması kimi. Bu dəyişikliklər buruna və diş ətinə qan axınının artmasıyla meydana gələr.
- Tənəffüs sistemində hamiləlik hormonunun təsiri ilə ağciyər tutumu genişlənir, daha sürətli nəfəs alınıb verilir və bəzi qadınlar nəfəs darlığı hiss edirlər.
- Həzm sistemi hamiləlik hormonuna bağlı olaraq tənbəlləşər, uşaqlığın böyüməsi ilə mədə yanması və qəbizlik inkişaf edə bilər. Bunlar hamiləlikdə tez-tez rast gəlinən vəziyyətdir.

- Döşlərdə qan axınının artması və süd vəzlərinin inkişafına bağlı olaraq böyüklüyü təxminən iki qat artar, damarlar daha qabarıq hala gəlir.
- Uşaqlığın böyüməsinə və sidik yolları əzələlərinin boşalması ilə bağlı olaraq sidik axını yavaşlayar və sidik yolu infeksiya riski artar. Sidik yolu infeksiya əlamətləri; sidik edərkən yanma, qarın ağrısı, temperatur, kürək ağrısıdır. Bu kimi vəziyyətlərdə həkiminizə müraciət vacibdir, bu cür infeksiyalar erkən doğum riskini artırar.
- Bu aylarda vaginal axıntı daha da artar, hormonlara bağlı olaraq ağ rəngli axıntı normaldır. Əgər axıntı yaşıl və ya sarı rəngli pis qoxulu və qaşıntılıdırsa, bunlar infeksiyaya bağlı ola bilər, müalicə edilməlidir.
- Dəridə dəyişikliklər başlayır xüsusi fikir vermelisiniz xallara. Xalda dəyişikliklər meydana gəlirsə və ya yeni yaranan xallar varsa belə vəziyyətlərdə həkiminizə müraciət etməlisiniz.
- 20-ci həftədə çəki təxminən 4-5 kiloqram artmalıdır, bu normaldır.

Aşağıdakı hallarda həkiminizə müraciət edin:

- Ləkələnmə şəklində qanama, bir gündən uzun çəkən qanama, şiddətli qanama, ağrı və temperaturun olduğu hər hansı bir qanamada, parça saldıqda dərhal həkimə müraciət edilməlidir.
- Şiddətli və keçməyən baş ağrısı, ürək bulanma, qusma, baş gicəllənməsi, görmə bulanıqlığı, şiddətli qasıq ağrısı, qıçlarda şişmə və qızartıyla görülən ağrıda dərhal həkimə müraciət edilməlidir.
- Şiddətli qusma
- Temperatur və vaginadan bol miqdarda sulu axıntı gəlməsi
- Ağrılı sidik etmə.


Şərhlər: 7
Baxılıb: 1409
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
talis balasi
Allah komey olsun isdiden nefes almaq olmur
8 avqust 2015 15:13
# 7
vipbetul
butun hamile xanimlar insallah saliqla problemsiz usaqlarini dunyaya getirerler
8 iyul 2015 15:32
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Mrs.Pianist
ALLAH butun qizlara bu hissi yasatsin
8 iyul 2015 00:17
# 5
Acısı çox olan qizların guluşu gozel olur.!
Anuka
Allah hamiya komey olsun sag salamat korpe qucaga alsinlar mende inwAllah.Isti adami bir teher edir,necede xow duygulardi onun her terpeniwi xowdu insana usss Allah butun arzusunda olanlara qismet etsin inwAllah
7 iyul 2015 23:04
# 4
Ey insan, həddini bil. Unutma ki, bir hədd yoxdursa heç bir hədd yoxdur.
Dosta_inam
Allah arzusunda olan her bir xanıma nesib etsin hamilelik duyğusunu yaşamağı,Amin.
7 iyul 2015 18:49
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
allah her kese qismet elesin gozel dugudur
7 iyul 2015 18:17
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
KRALİCEM
Ayyy lap hamileliyim yadima dusdu kecen il bu vaxti ureyim bisirdi isdiden amma indi sukur zeynebim yanimdadi..rebbim herkese qismet elesin
7 iyul 2015 18:13
# 1
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz