Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləliyin aybaay gedişatı (4-cü ay)
Hamiləliyin aybaay gedişatı (4-cü ay)
Göndərən: Nazlı_qız
Şərhlər: 4
Baxılıb: 1332
Səs ver:
4 aylıq hamiləlik (12-16-cı həftələr arası ) Ananın hamiləlikdə sağlam olması, sağlam körpə dünyaya gətirməsi hər yolla təmin edilməlidir. Bu dövrdə ola biləcək sağlamlıq problemləri əvvəldən müəyyənləşdirilməli, lazımi tədbirlər zamanında alınmalı, doğumun doğru zamanda və ən yaxşı şərtlərdə edilməsi təmin edilməlidir. - Hamiləlikdə tibbi baxış ilk 3 ay ərzində başlamalı, başlanğıcda aybaay edilən nəzarət, sona doğru daha da tez-tez edilməlidir. - Hər hamilə qadının çəkisi, təzyiqi, körpənin böyüməsinin təqibi, varsa mövcud şikayətləri qiymətləndirilər.

12 həftəlik hamiləlikdə - Uşaqlıqda yaranan sıxılmalar ortadan qalxar və tez-tez sidiyə çıxma şikayətləriniz yüngülləşər . - Körpəniz bu həftədən etibarən artıq barmağını da əmməyə başlayar. - Körpənin bütün orqanları artıq yaranmışdır. Bu həftədən etibarən quruluşu və funksiyaları təyin olunan orqanlar artıq həcm olaraq böyüməyə başlayırlar.  - Barmaqlarda dırnaqlar ortaya çıxır, saç və dırnaqlar uzanmağa başlayır. Bağırsaqda həzm hərəkətləri başlayır. - Bu həftədən etibarən körpənizin ürək döyüntüsü 120-140 arasındadır və doğuma qədər də bu sürətdə davam edir. - Ürək bulanmalar bu həftədən etibarən artıq azalmağa başlayar və yorğunluq şikayəti də azalar. 13 həftəlik hamiləlik - Bu dövrdə qarında və xüsusilə də sağ tərəfdən qasıq nahiyəsində ağrılar ortaya çıxa bilər. Bu ağrılar böyüməkdə olan uşaqlıqda baş verən dəyişikliklərlə bağlıdır. Bu ağrılar uzun çəkmir. - Bu dövrdə xüsusilə, oğlan uşaqlarının cinsiyyəti müəyyən ola bilər, ancaq körpələrin cinsiyyətləri əsasən 16-cı həftədə və sonra görülür. 14 həftəlik hamiləlik - Hamiləliyin erkən dövrlərində ortaya çıxan şikayətlərin əhəmiyyətli bir qismi itir və bədən hamiləliyə uyğunlaşmanı təmin edir. Yorgunluğunuz davam edirsə, istirahət etməyə davam etməlisiniz. - Hamiləlik hormonlarınızın ən yüksək səviyyəyə çatması ilə ürək bulanma və yorğunluq hissi azalar. - Qəbizlik şikayəti ortaya çıxa bilər. Lifli qidalarla zəngin qidalanmalısınız. Qəbizlik şikayətiniz sizi çox narahat etsə, həkiminizin təklifinə görə müxtəlif dərmanlar istifadə edə bilərsiniz. - Bu hamiləlik həftəsindən etibarən sinənizdəki və qarnınızdakı venaların daha da genişlənmiş olduğunu müşahidə edə bilərsiniz. Məmə ucları böyüyər və rəngi dəyişər. Döş toxuması əmizdirmə üçün başladığı hazırlıqları sürətləndirər. - Körpəniz bu həftədən etibarən tənəffüs işlərinə sürət verər. Gözlər və qulaqlar inkişafını davam etdirməkdə, boyu uzanmaqdadır. Körpənin başı daha da hərəkətlənmiş və çənəsinə söykənmiş sabit mövqeyindən xilas olmuşdur. Körpəniz artıq əllərini və ayaqlarını öz istəyinə görə sərbəst hərəkət etdirə bilir. - Körpənizin ürək döyüntüləri də bu dövrdə doppler cihazı köməyilə eşidilə bilər.

15 həftəlik hamiləlik - Əlinizi qarınınıza qoyduğunuzda əlinizə top kimi yumşaq bir kütlə gələcəkdir. Budur, körpəniz buradadır. - Körpənizin sümük və əzələ toxuması bu hamiləlik həftəsindən etibarən bir az daha sürətli inkişafa başlayar. Dəriniz bu həftədə çox incə və şəffafdır, və dəri səthində diqqətə çarpan damar strukturları izlənir. Lanugo adı verilən ipək dəri tükləri də bu həftədən etibarən inkişafa başlayar. Bu tüklər 26-cı həftəyə qədər varlığını davam etdirər. - Bu hamiləlik həftəsində edilən bir ultrasəs müayinəsi oğlan uşaqlarının cinsi orqanının görülməsiylə böyük dəqiqliklə körpənin cinsiyyəti müəyyənləşdirilə bilər, ancaq əlbəttə hamiləliyin daha irəli həftələrinə qədər və hətta doğulana qədər cinsiyyəti təyin edilməyən körpələr də ola bilər. Bu bir tərəfdən körpənin ana bətnində duruşundan, digər tərəfdən cinsiyyətiylə ( qız körpələr daha gec tanınır) əlaqədardır.

16 həftəlik hamiləlik - Bu həftələrdən etibarən üzünüzdə və bədəninizin günəşə məruz qalan bölgələrində ləkələnmələr meydana gəlməyə başlaya bilər. Günəşə çıxdığınızda qoruyuculuğu yüksək günəş kremləri istifadə edərək bu ləkələrin meydana gəlməsinə böyük nisbətdə maneə törədə bilərsiniz. Bu ləkələri makiyajla örtmənizdə bir qorxu yoxdur. - Bu həftədən etibarən xüsusilə təcrübəli ana namizədləri körpələrinin hərəkətlərini hiss etməyə başlayar. - Damarlarınızdakı ümumi qan miqdarı bütün hamiləlik boyunca, hamiləlikdən əvvəlkinə nisbətən 40-50% nisbətində artar. Bu artım hamiləliyin ən erkən dövrlərində başlayır və 16-cı həftədə sürətlənir. Qan miqdarının bu qədər artmış olması burun tutulmasına və burun qanaması kimi əlamətlərə səbəb ola bilər. - Artan qan həcmi böyüyən körpənizin ehtiyaclarının qarşılanması baxımından əhəmiyyətlidir. Bu səbəblə ürəyiniz daha çox işləyir.


Şərhlər: 4
Baxılıb: 1332
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqlidi hamile xanimlarcinsa iki qat maraqli melumat oldu
24 iyun 2015 00:13
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ulduz
can barmagin emirmis motu ...ALLAHIM BU SAYTDA OLAN QIZLARIMIZADA QISMET ELESIN ..SEMIMI QELBDDEN DEYIREM VALLA ..ARZUSUNDA OLAN HAMIYA QISMET ELESIN ...AMIN sowu
23 iyun 2015 22:53
# 3
rəmsə
Ayallah deməli uşaq barmağını əmməyə hələ ana qarnından başlayır.)))
23 iyun 2015 19:45
# 2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
BARBI
En gozel aylarinnan biridir usagin cinsiyyeti melum olur.
23 iyun 2015 18:03
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz