Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləliyin aybaay gedişatı (1-ci ay)
Hamiləliyin aybaay gedişatı (1-ci ay)
Göndərən: Nazlı_qız
Şərhlər: 14
Baxılıb: 1872
Səs ver:
Hər bir qızın arzusudur ki, sevib-sevilsin, vüsala yetsin- gəlin köçsün. Hər bir qızın arzusudur ki, dünyaya körpə gətirsin, ana olsun. Ana olmaq, öz körpəsinə analıq sevgisi və şəfqəti bəxş etmək şərəfli və məsuliyyətli bir qayğıdır. Müşahidələr göstərir ki, ailə qurmağa hazırlaşan qızlarımız, eləcə də gənc analar bəzən məlumatsızlıqdan əziyyət çəkirlər. Bu problemin yaranmasının bir səbəbi də qızlarımızın utancaqlıq keçirməsi, bu kimi məsələlərlə maraqlanarlarsa, digərlərinin qınağına tuş gələcəyini düşünmələridir. Belə yanaşma, təbii ki, yanlışdır. Bu, bizim həyatımızdır və bunları öyrənmək bizim borcumuzdur.
Burada söhbət təkcə körpənin sağlamlığından gedə bilməz. Əbəs yerə deməyiblər ki, sağlam ana sağlam körpə deməkdir. Odur ki, ana olmağa hazırlaşan qızlarımız analığa qədər bunları bilməli, öyrənməlidirlər. Bütün bunları düçünərək saytımız "Ana və körpə dostu" devizi ilə maarifləndirici yazılar dərc etməyi qərara almışdır. Biz bu işimizdə ixtisaslı həkim və psixoloqların köməyinə də ümid edirik. Vaxtaşırı onların da faydalı məsləhətlərini sizə təqdim edəcəyik. Sizi maraqlandıran hər bir məsələ ilə bağlı bizə müracət edə bilərsiniz. Biz onları mütəxəssis cavablandırmaları ilə sizə təqdim edəcəyik. İlk yazımız hamiləliyin ilk aylarında gedən proses və dəyişilmərlə bağlıdır.

Hamiləliyin birinci ayı
Hamiləliyin ilk ayında gənc ailələr hamiləlik ehtimalı ilə həkimə müraciət edirlər. Amma hamiləlik hələlik başlamadığını bildukdə böyük həyəcan və təşviş keçirirlər. Bu səbəblə bu ilk ayda edilən müayinədə əvvəlcə hamiləliyin qəti olaraq olub- olmadığı ultrasəs və ya hamiləlik testləri ilə müəyyən edilir. Hamiləlik varsa, sıradakı ən əsas əlamət ürək döyüntüsünün olmasıdır. Ürək döyüntüsü hamiləliyin ilkin həftəsində meydana gəlməz, təxminən 5-6 həftə ətrafında (aybaşı olma vaxtından 10-15 gün sonra) görülə bilər. Bu ilk ayda bəzən hamiləlik göründüyü və inkişaf etdiyi halda da körpə formalaşmaz. Buna "boş hamiləlik " də deyirlər. Bu ayda ailə körpənin vəziyyətini və sağlamlığını diqqədə saxlayarlar, ancaq hələ hamiləlik çox kiçik olduğu üçün bu dövrdə körpənin canlı olması və bir çox xüsusiyyəti qiymətləndirə bilməz, bunun bir qüsuru var- yox deyə, istəkləri doğru da deyildir.Çünki bunlar hamiləliyin ilk dövründə aydın ola bilməz.

İlk hamiləlik müayinəsində edilən əməliyyatlar:
- Genetik, tibbi, hamiləliklə əlaqədar faktorlar baxımından risklər müəyyən edilir.
- Təxmini doğum tarixi hesablanır.
- Ümumi müayinə aparılır.
- Ananın hamiləlik xaricində hər hansı bir sağlamlıq problemi varsa, bunun hamiləliyə təsirləri qiymətləndirilir.
- Laboratoriya testləri həyata keçirilir: ümumi qan təhlili, sidik təhlili, qan qrupu, Rh anticisim daralması (qan uyuşmazlığı üçün), Troid testləri ( TSH ) rubella , toxoplazma , HBS testi ( Hepatit B), HIV ( AIDS) testi məsləhətdir.

Son aybaşı tarixinin ilk günündən hesablanan hamiləlik müddəti 280 gün və ya 40 həftədir. Təxmini doğum tarixi son aybaşı tarixinə 7 gün, əlavə 3 ay geriyə qaytarılaraq hesablana bilər. Bəzən qadınlar son aybaşı tarixini unudarlar, bu vəziyyətdə ultrasəs müayinəindən faydalanaraq hamiləlik tarixi müəyyən edilir.

Hamiləlik əvvəlcə qanda, sonra sidikdə və ən son ultrasəs müayinisində təsdiq edilər. Ancaq hamiləliyin ultrasəs müayinəsində dəqiq olaraq görülməsindən sonra qəti olaraq uşaqlıqda inkişaf edən bir hamiləlikdən danışıla bilər. Çox erkən hamiləliklərdə ( aybaşı vaxtından keçdiyi ilk günlərdə ) testlərdə hamiləlik çıxmasına baxmayaraq, ultrasəs müayinəsində görülə bilməz.

Hamiləliyin ilk həftələrində ağızda çox az bir dad dəyişikliyi, yüngül səhər bulantıları müşahidə edilə bilər. Bu dövrdə, hətta çox az bir qanama da gözlənilə bilər. Ayrıca halsızlıq, həddindən artıq həssaslıq, tez-tez sidiyə çıxma kimi əlamətlər hiss edilə bilər.

Anaya bu ilk müayinədə aşağıdakı məlumatlar verilir:
- Dərman istifadəsi və hamiləliyə zərər verə biləcək dərmanlar
- Siqaret və spirtin körpəyə zərərləri
- Qaçılması lazım olan rentgen və s bu kimi vəziyyətlər
- Hamiləlikdə qidalanma
- Alınması gərəkən vitaminlər : Dəmir xaricindəki bütün tələblər balanslı bir dietlə qarşılana bilər. Ayrıca hamiləliyin ilk aylarında fol turşusu dəstəyi ( 0.4 mg ) çox vacibdir.
- Məşq
- Hamiləlikdə rast gəlinən digər problemlər baxımından məlumat

Aşağıdakı hallarda həkimə ya da ən yaxın tibb müəssisəsinə müraciət edilməlidir:
- Ləkələnmə şəklində vaginal qanama
- Qarında çəkilmə, sıxılma
- Şiddətli başağrısı
- Şiddətli qasıq ağrısı
- Şiddətli ürəkbulanma, qusma
- Yüksək temperatur
- Sidiyə gedərkən yanma
- Sidiyə gedə bilməmək
- Şiddətli qəbizlik

Əziz dostlar, bu xəbərimiz də silsilə şəklində davam edəcək. İnşAllah, gənc ailələr üçün faydası olacaq bir xəbər hazırlamış olarıq.
Hər bir qızımıza, gəlinimizə bu səadət nəsib olsun...


Şərhlər: 14
Baxılıb: 1872
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nezka
İNŞALLAH hər qız bu sevinci yaşayar
30 aprel 2015 13:54
# 14
İçimi görsən mənə aptek alarsan.
ŞehZam
Hər kəsə qismət olsun sağlam hamiləlik)
29 aprel 2015 23:52
# 13
Lucia
Bu yolları keçmişik.Təşəkkürlər.
29 aprel 2015 16:19
# 12
Həyatdan heç zaman bəmbəyaz bir səhifə gözləmə!
Çünki ikinci səhifə belə,birincinin izlərini daşıyır...!
Qlamurr
Faydalı xəbərdi,ən azından maariflənmiş oluruq))Allah hər birimizə bu hissi yaşamağı nəsib etsin...
29 aprel 2015 10:29
# 11
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
lelos
Allah arzusunda olanlara qismet elesin menede hemçinin
29 aprel 2015 08:16
# 10
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Miss_Angel
allah goresen menede qismet edecek???? hmmm
28 aprel 2015 23:28
# 9
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
14MsM
gunka olur test gostermise demeli hamilelik deyil mende hamileyem bir balam elim var olmuyanlara qismet biride olacag Allah qoysa Inwallah biraz qorxum var ama Allah kerimdi
28 aprel 2015 22:55
# 8
Gunka13
Her bir gadina qismet olsun Amin!
Qizlar men axrinci aybawim15i olub martin.bu ay aybawi olmamiwan testde alib yoxlayiram hecne cixmir?bu neyneelagedar ola biler??
28 aprel 2015 22:23
# 7
Aileli.
Fialka
Faydalı xəbərdi, əvvəlcədən məlumatlı olmaqda fayda var çünki hər bir qız üçün tamamilə fərqli hisslərdi analıq, Allah övladı olmayan bütün ailələlərə körpə nəsib etsin amin.
28 aprel 2015 19:01
# 6
vipbetul
her bir xanima qismet olsun o gunler insallah

her bir xanima qismet olsun o gunler insallah
28 aprel 2015 18:58
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Meleknur
Arzusunda ve hesretinde olanlara qismet olsun İn wa Allah
28 aprel 2015 18:54
# 4
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
BARBI
Her bir xanima bu gozel duygulari yasamaq nesib olsun
28 aprel 2015 18:42
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
bele movzulari bilmek istemisem hemise bilmeyin bir ziyani yoxdu,cox tesekku edirem )
28 aprel 2015 18:30
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
talis balasi
Allah her bir gelinimize qizimiza qismet etsin analiq hissini,cox boyu maraqla oxudum sona kimi xebere gore bacimiza sonsuz tesekkurler
28 aprel 2015 18:13
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz