Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləykən də gözəl olun
Hamiləykən də gözəl olun
Göndərən: Nazlı_qız
Şərhlər: 19
Baxılıb: 1032
Səs ver:
Həkimlər hamiləykən gözəllik qalmaqla bərabər, sağlam olmaq üçün də bəzi təkliflər edirlər.

Dəriyə qulluq
Hamiləlik dövründə dərinizdə əhəmiyyətli dəyişikliklər meydana gəlir. Dəri çatları mexaniki təsirlərə (rəhmin böyüməsi) bağlı olaraq meydana gələrkən, sızanaq və dəri ləkələri kimi problemlər hormonal dəyişmələrlə əlaqədar ortaya çıxır. Xüsusilə yaz aylarında dərinizi günəşdən qorumaq, bu ləkələrin meydana gəlməsinin qarşısını alar. Bəzi ana namizədlərinin hamiləlik dövründə dəri quruluşu çox quru, bəzilərində həddindən artıq yağlı ola bilər. Müəyyən qaydalara əməl edərək dəriyə qulluq davam etdirilə bilər. Dərinin nəm tarazlığını qorumaq üçün istifadə edilən gündəlik kremlər hamiləlikdə də istifadə edilə bilər. Quruluq ilə əlaqəli meydana gələ biləcək çatlardan qorunmaq üçün bu məqsədlə istehsal olunmuş lanolinli kremlər, kakao və badam yağı istifadə edə bilərsiniz. Dəri quruluğunu əngəlləmə üçün çox isti suyla yuyunmaq məsləhə deyil. Xüsusilə yaz aylarında çox tez-tez duş almanın da dəri quruluğuna yol aça biləcəyi və maye qəbuluna diqqət yetirilməsi lazım olduğu unudulmamalıdır. Aromaterapiya məhsullarının məzmunu tam olaraq araşdırılmamış olduğu üçün bu məhsulların hamiləlik dövründə istifadə edilməsini təklif etmirik. Dərisi sızanaqlara meyli olan ana namizədlərində bu problem xüsusilə ilk 3 ayda diqqətə çarpan hala gələ bilər. Ana namizədi öz həkimi ilə məsləhətləşmədən heç bir sızanaq aradan qaldırıcı məhsul istifadə etməməlidir. Dəri üçün ən ideal qulluq, üzün nizamlı olaraq uyğun bir təmizləyici ilə gündə 2 dəfə təmizlənməsidir. Glikolik turşulu məhsullar, hamiləlik dövründə istifadə edilə bilər. Yaşlanmağı gecikdirən, qırışları aradan qaldıran, ləkələri, tükü yox edən xüsusi dəri məhsullarından imtina etməlisiniz. Bu məhsulların məzmunlarında çox sayda, təsiri tam olaraq aydınlaşdırıla bilinməmiş maddə vardır. Hamiləlikdə dəri dəyişikliklərinin səbəbi artan hormonlardır.
 
Dırnağa qulluq
Dırnaqların dərinin bir çıxıntısı olaraq qəbul edilməsi lazımdır. Dırnaqlar, qanın oksigen kafiliyi haqqında anesteziya həkiminə əhəmiyyətli məlumatlar verir.

Çatlar
Hamiləlikdə qadınların əhəmiyyətli bir qisimində qarın dərisində, ombalarda və sinədə çatlar yaranır. Bu dərinin həddindən artıq dartılması ilə ortaya çıxan bir dəyişmədir və çox vaxt çatlayan bölgələrdə narahat edici bir qaşıntı da olur. Hamiləlik dövründə qırmızı görünüşdə olan çatlar, körpənin doğulmasından sonra qısa zamanda gümüşü bir rəng alır və qalıcı olur. Çatlar, çox nadir vəziyyətlərdə kosmetik problem yaradacaq qədər böyük ola bilər.

Saça qulluq
Ana namizədlərinin çoxunda saçlar hormonal dəyişikliklər səbəbi ilə daha parlaq bir hal alır. Bəzi ana namizədlərində saçlarda yağlanma, qırılma, tökülmə görülə bilər. Bu dövrdə saça qulluq daha da çətin olduğundan ən yaxşısı qısa kəsdirməkdir. Çox tez-tez, sərt hərəkətlərlə saçınızı daramanız doğru deyil. Xüsusilə doğumdan sonrakı günlərdə sürətli bir şəkildə saç tökülməsi ortaya çıxa bilər. "Telogen affluvium" adı verilən bu vəziyyətdə tüklərin böyümə fazalarının hormonal səviyyələri artar. Müalicə tələb edən bir vəziyyət deyil. 3-6 ay sonra özbaşına düzələr.
 
Paltar seçimi
Xüsusilə hamiləliyin 4-cü ayının əvvəlindən etibarən artıq köhnə paltarların, xüsusilə də büsthalterin dar gəldiyi hiss edilə bilər. Bu mərhələdə hələ daha "hamilə paltarı" satın alınmasına ehtiyac olmasa da, bol paltarlar daha rahat hiss etməyi təmin edə bilər. Ana namizədlərinin çoxu, hamiləlikdə istiyə həssas hala gələrlər və bu səbəblə daha yüngül paltarlar seçirlər. Yenə də xüsusilə qış mövsümündə yüngül də olsa, mövsüm şərtlərinə uyğun, isti tutan paltarlar seçilməlidir. Hamiləlikdə paltar seçimində maksimum azadlıq təməl qaydadır. Ana namizədləri həmişə rahat hiss edəcəkləri paltarlar seçməlidir. Streç dar seqmentli şalvarlar ayaqlardakı dövranını əngəlləyərək damar genişlənməsinə səbəb ola bilər. Hamiləlikdə ayaqqabı seçimi də çox əhəmiyyətlidir və alçaq dikdaban ayaqqabılar seçilməlidir. Topuqsuz və yüksək dikdaban ayaqqabılar, təbii tarazlıq mərkəzini dəyişdirərək bel ağrısına səbəb ola bilər.
 
Duş
Hamiləlikdə hormonların təsiriylə ana namizədləri daha çox tərləyir. Bu səbəblə də xüsusilə yaz aylarında gündə bir neçə dəfə duş qəbul etmək ehtiyacı hiss edə bilərlər.
Gündəlik yuyunma sayında bir məhdudlaşdırma yoxdur, ancaq bəzi nöqtələrə diqqət edilməlidir. Əvvəlcə vannaya girib çıxarkən sürüşməmək üçün lazımlı tədbirlər alınmalıdır. Bədənin ağırlıq mərkəzi dəyişdiyindən və yenə ani qalxmalarda təzyiqin düşməsinə meylli olunduğundan vannaya girərkən və vannadan çölə çıxarkən xüsusilə diqqət edilməlidir. Vannanın içinə və girişinə, sürüşməyin qarşısını alacaq plastik xalçalar əlavə etmək yaxşı bir həlldir. Xüsusilə son 3 ayda vannaya girərkən və çıxarkən yaxınlarından kömək istəmək məsləhətdir. Hamiləliyi izləyən həkim əksini söyləmədikcə, vanna qəbulunda bir qorxu yoxdur. Duş suyunun istiliyinin çox yüksək olmamasına diqqət edilməlidir.

Diş sağlamlığı
Hamiləlikdən əvvəl dişlərə verilən əhəmiyyət hamiləlikdə də eynilə davam etdirilməlidir. Dişlər, gündə ən az bir dəfə fırçalanılmalıdır. Şirin yeməklərin ağızda bir neçə saat belə qalmasının dərhal çürük meydana gəlməsinə gətirib çıxardığı unudulmamalıdır və diş sağlamlığına lazım olan diqqət göstərilməlidir.
 
İdman təklifləri
Əvvəldən etməyə öyrəşdiyiniz idman hərəkətlərinin çoxunun tətbiqinə davam edilə bilər. Ancaq hamiləlik dövrü, qan dövranı sistemində əhəmiyyətli dəyişikliklər meydana gətirdiyindən, hansı idmanl tətbiq etməmək lazım olduğu və hansı mərhələdə dayanılması lazım olduğu bilinməlidir.

Gözəllik məhsullarına diqqət!
Hamiləlik davam etdikcə gözəlliyi qorumanın yolu, əlbəttə ana namizədinin öz etdiyi tədbirlərlə birlikdə, istifadə edəcəyi gözəllik məhsullarıdır. İstifadə edilən məhsullardan bəziləri körpənin sağlamlığını mənfi təsir edə bilər. Baxımsız olmağı heç bir qadın seçməz. Baxımsız dırnaqlar, arada ağların göründüyü və ya boyası solmuş saçlar… Bütün bunlar üçün edilən tək iş- gözəllik salonuna getməkdir. Yaxşı hamiləlikdə zərəri hələ sübut edilməmiş olan saç boyama əməliyyatını, ana namizədi ən sağlam üsullan necə edə bilər? Hamiləlikdə saç rəngləmənin körpəyə nə kimi təsirləri olduğunu araşdıran işlər kafi olmadığından 10-cu həftəyə qədər saçlarınızı boyatmamanız, 10-cu həftədən sonra isə orqanik boya istifadə edilməsi məsləhət görülür. Orqanik saç boyalarını saç ustanızdan tələb edə bilərsiniz. Əhəmiyyətli olan, bu mövzuda təkid etmənizdir. Saç düzləşdirmə və permada (saçı burmaq) isə saç köklərinə kimyəvi əməliyyat tətbiq olunduğundan, bu əməliyyatlar hamiləlik dövründə tövsiyə edilmir.


Şərhlər: 19
Baxılıb: 1032
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
cinqosh
Hamilələr üçün mükəmməl xəbərdi. Məndən keçib ujey.təşəkkürlər xəbərə görə.
24 aprel 2015 15:14
# 19
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
ŞehZam
Allah qorusun hamile xanimlarimizi))
24 aprel 2015 00:45
# 18
emis
Bu xəbər burda bir çoxlarına lazım olacaq bilmədiklərimiz var. Hamiləlik zamanı nə lazımdısa açıq şəkildə hər şey yazılıb. Hamiləlik zaman ən çox geyimlərə diqqət edilməlidir. Hamilə qadının həmin vaxtlar şalvar geyinməsi nə qarşıyam çox zərərlidir dar şalvarlar doğuş zamanı özünü bildirəcək. Bu kesserle olan doğumların başlıca səbəbi şalvardi çünki şalvar bədəni sıxır və çanağı inkişafdan dayandırır çanaq da inkişaf etmir və doğuş zamanı çətinlik olur deyə kessere əl atırlar. Bir də ən çox makiyaj vasitələrinə diqqət edilmədi bacardıqca istifadə olunmasa yaxşıdı. Hamsı kimyəvi şeylərdi adı vaxt nə xeyri olur ki hamiləlik dövründə də nə xeyri ola.
23 aprel 2015 23:53
# 17
Konul ALiyeva
faydali ve lazimli xeberdir twkler
23 aprel 2015 23:27
# 16
talis balasi
Lazimli xeberdi insallah lazim olar
23 aprel 2015 22:50
# 15
Zeynep_Fatih
Hamile xanimlar her haliyle guzel zaten ))
23 aprel 2015 22:44
# 14
Catwoman666
Qadinlarin ekseriyyeti hamilelik zamani ozlerine ddiqqeti baximi azaldirlar. Amma bu duzgun deyil. Qadinlar herr zaman baximli olmagi bacarmalidirlar
23 aprel 2015 22:07
# 13
"All men must die, but we are not men"

Daenerys Targaryen
Tomris Müslümova
cox gozel xeberdi bu her qadina lazim ola bilecek..tesekkur edirem
23 aprel 2015 21:48
# 12
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Luna-90
Lazim olanlari etmisem.hamilelikden evvel cox ariq idim 44kq hamile oldum 6-7ayimda kokeldim hami dedi gozellesmisen.
23 aprel 2015 20:51
# 11
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
lelos
Insallah qismet olsun ederik
23 aprel 2015 20:44
# 10
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Nur k-off
Dogurdan da qulluq lazimdir her zaman iki canli olmaq ise boyuk mesulliyetdir
23 aprel 2015 20:15
# 9
SVETA
vipbetul
hamile xanimlarin bezen hec hallari olmur ozlerine qulluq da etsinler
23 aprel 2015 20:05
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qonaqa
bibim ve dayim arvadi hamiledi ve ozune qulluq edirler
23 aprel 2015 19:37
# 7
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Sara035
Wukur ne artiq cekim var nede prablemim,Bu gun 5ayim bitti08hemiweki kimi ozume qullugum var sac tokulmesi muwahide olunur ama azdi prableme cevirmirem,sac boyasindanda istifade etmirem.idmandaki Saram sagolsun dayanmaga qoymur.her kese qismet xeber ucun tewekkur
23 aprel 2015 19:32
# 6
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
Fialka
Qadınların hamilə olması onların baxımsız olması üçün bəhanə deyil , əksinə özünə diqqət etməyi bacarmalıdırlar, qeyd olunan məsləhətlərdə onlar üçün faydalıdır.
23 aprel 2015 19:08
# 5
aliceWOnDer
hamilə qadınlar yorgun olur və bunları etməyə həəsi olmur
23 aprel 2015 18:42
# 4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
BARBI
Hamilelikde xanimlar gozelliyine daha cox diqqet yetirmelidir
23 aprel 2015 18:22
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nezka
Çirkin qadın yoxdu çirkin əxlaq var. Hamilə qadınlar elə bil bir başqa gözəl olurlar
23 aprel 2015 18:09
# 2
İçimi görsən mənə aptek alarsan.
Meleknur
Bacim hamile olanda cox kobudlawmiwdi agzi burnu ozu cox wiwmiwdi
23 aprel 2015 18:04
# 1
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz