Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik haqqında maraqlı faktlar
Hamiləlik haqqında maraqlı faktlar
Göndərən: Sabrina
Şərhlər: 16
Baxılıb: 3546
Səs ver:
Hamiləlik zamanı qadının immun sistemi zəifləyir. Bu hamiləliyin saxlanması və normal inkişafı üçün olduqca vacibdir.

İmmun sistemimizin əsas vəzifəsi orqanizmə düşən yad hüceyrələri tapıb zərərsizləşdirməkdir. Yeni həyatın əmələ gəlməsində həm ananın, həm də atanın hüceyrələri iştirak edir. Atanın hüceyrəsi ana orqanizmi üçün yaddır və ananın immun sistemi onu potensial təhlükə kimi qəbul edə bilər. Bu səbəbdən körpəni müdafiə etmək üçün ananın orqanizmi öz immun sistemini qismən zəiflədir.

Məhz buna görə hamiləlik zamanı qadınlar infeksion və soyuqdəymə xəstəliklərinə daha tez tutulur, qadınların əksər hissəsində göbələk infeksiyası oyanır, xroniki xəstəliklər kəskinləşir və s. Bu hamiləlik zamanı immun sisteminin zəifləməsi ilə bağlıdır.

- Hamiləliyin erkən pozulmasının (hamiləliyin lap əvvəlində) səbəbi bir çox hallarda (bəzi məlumatlara gözrə 70% hallarda) döldə olan hər hansı genetik patologiya ilə bağlı olur.

- Hamiləlik zamanı qadınlar iyləri və dadları daha yaxşı hiss etməyə başlayır. Bu müdafiə mexanizmidir. Bunun əsas məqsədi ananın orqanizmini keyfiyyətsiz, xarab, ziyanlı maddələrdən qorumaqdır ki, zəhərlənmə baş verməsin.

Maraqlıdır ki, hamilə qadınların rənglərə qarşı olan həssalığı da artır. Belə ki, çox parlaq rənglər (parlaq qırmızı, narıncı) qadında başgicəllənməsi tutmasına və hətta qusmaya səbəb ola bilər.

- Hamiləlik zamanı qadınların bir çox hissəsində tez-tez burun tutulur. Bu hamiləlik zamanı selikli qişalarda olan dəyişikliklərlə bağlıdır.

Bu halda həkimlər qadınlara dəniz suyu əsasında burun spreylərdən və ya damcılardan istifadə etmək tövsiyə edir. Zökəmə qarşı xüsusi vasitələrdən istifadə etmək (xüsusilə hamiləliyin əvvəlində) tövsiyə edilmir.

- Hamiləlik zamanı qadının təfəkküründə də müəyyən dəyişikliklər baş verir. Belə ki, riyazi funksiyalar, yaddaş ciddi zəifləyir. Bu da hamilə qadının orqanizmində gedən proseslərlə bağlıdır və doğuşdan sonra vəziyyət tez bir zamanda düzələcək.

- Doğuş zamanı qadın 250-400 qr qan itirir. Bu qadının orqanizmi üçün təhlükəli deyil. Məsələ burasındadır ki, hamiləlik dövründə qadının orqanizmi ehtiyat qan yığır.
- Hamiləlik zamanı qadının xasiyyətində bəzi dəyişikliklər baş verir. Bunun səbəbi hormonal dəyişikliklərdir. Hamilə qadın daha həssas, daha küsəyən, harahat olur, tez özündən çıxır, səbəbsiz (ətrafdakıların fikirinə görə) ağlayır və əsəbləşir. Bu təbiidir. Bu səbəb

dən hamilə qadına güzəşt etmək, onu qorumaq lazımdır.


Şərhlər: 16
Baxılıb: 3546
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Mubariz Ve Men
mende ilk hamileliyimdi men cox kovrey olmuwam her weye gora agleyiram kusurem
15 aprel 2015 17:35
# 16
)))....................................................
Nur k-off
Oyyy hamile xanimlari obraz olaraq cox beyenirem Allah isteyinde olan butun qadinlara nesıb etsin inşAllah
15 aprel 2015 00:26
# 15
SVETA
Gunka13
Menim hamileliyimdec cox kusuyen,cox hesassaz ve esebi olurdum
14 aprel 2015 23:38
# 14
Aileli.
Zeynep_Fatih
Butun qizlarimiz hamile olmaq hissini yawayar inwallah(vaxtinda tebii ki)
14 aprel 2015 22:24
# 13
Meleknur
bacim hamile olanda hec hessas deyildi eksine kobud idi
14 aprel 2015 22:01
# 12
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Luna-90
Coxunu bilirdim
14 aprel 2015 21:06
# 11
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Qlamurr
Hamilə qadın həssas olur,hər şeyə fərqli reaksiya verirlər,odur axırda qeyd olunduğu kimi səbirli, anlayışlı davranmalı və qorumaq lazımdır.
14 aprel 2015 20:39
# 10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Fialka
Maraqlıdı, hamiləlik dövründə qadınlar çox həssas olur və ona görədə olduqca diqqətli olmaq lazımdır.
14 aprel 2015 19:40
# 9
aliceWOnDer
bilmirdim maraqli oldu
14 aprel 2015 19:39
# 8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
BARBI
Her bir xanima bu gozel hissi yasamaq nesib olsun
14 aprel 2015 19:01
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
WiRiN BaLaM
mende hamile vaxdlarimda kuseyen her seye hessas olmusam//ammaki seni basa dusen insan yoxdursa stresss nerviden neler kecirirsen bir ALLAH bilir
14 aprel 2015 18:25
# 6
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
medine yusif
Hamilelikde mendede olur tez eseblewmek kusmek aqrisiv olmaq.Allah her bir qizimiza qismet etsin bu gozel sevinci duygunu.
14 aprel 2015 18:24
# 5
Olacaqsansa ya ucurum ol ya dag.ne icine duwe bilsinler e tepene cixa bilsinler.
Nezka
Bunları bilmirdim sağolun
14 aprel 2015 18:09
# 4
İçimi görsən mənə aptek alarsan.
Rusi
Sitat: lelos
bütün gelinlerimize qismet olsun hamile olmaq inşallah

amin inwallahhh dua
14 aprel 2015 18:06
# 3
vipbetul
hamile xanimlari esebleshdirmek xetrine deymek olmaz
14 aprel 2015 18:04
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lelos
bütün gelinlerimize qismet olsun hamile olmaq inşallah
14 aprel 2015 18:02
# 1
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz