Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doğuş zamanı ölüm
Doğuş zamanı ölüm
Göndərən: NoName
Şərhlər: 19
Baxılıb: 2908
Səs ver:
Hal-hazırda televiziya və internet mənbələrindən biz tez-tez doğuş zamanı ölüm halları haqqında məlumatlar alırıq.
Əksər hallarda ölən qadınların qohumları, təbii ki, həkimləri günahlandırır. Bəli, həkimin səhvi qadının doğuş zamanı ölümünə səbəb ola bilər, lakin ölümün səbəbi digər amillərlə də bağlı ola bilər.
Beləliklə, doğuş zamanı qadının ölüm səbəbi nə ola bilər?
- Əsas səbəb qadınlarda olan somatik xəstəliklərdir. Bu xəstəliklərin arasında: hipertoniya, ağır şəkərli diabet, ağır ürək-damar, ağ ciyər, böyrək, beyin və s. xəstəlikləri. Hamiləlik qadın orqanizmi üçün çox ciddi yükləmədir. Sağlam qadının orqanizmi bu yükləmənin öhdəsindən gəlir. Lakin xəstə qadının orqanizmi buna dözməyə bilər ki, nəticədə qadın hamiləlik, doğuş zamanı və ya doğuşdan sonra ölə bilər.
- Digər səbəb - qanaxmalardır. Qanaxma həm doğuş zamanı, həm də doğuşdan sonra inkişaf edə bilər. Doğuşdan sonra inkişaf etmiş qanaxma qadını az bir müddət ərzində öldürə bilər. Qanaxmanı digər üsullarla dayandırmaq mümkün olmadıqda, uşaqlıq cərrahi yolu ilə xaric oluna bilər.
Doğuşdan sonra evə yazılmış qadın öz vəziyyətinə qarşı çox diqqətli olmalı və qanaxmanın artmasını hiss etdikdə dərhal həkimə müraciət etməlidir.
- Sepsis doğuş zamanı ölümün digər səbəbidir. Sepsis zamanı qana təhlükəli mikroblar düşür ki, bunun nəticəsində qadın həlak ola bilər. Təbii ki, bu ev şəraitində doğan qadınlar üçün daha aktualdır. Müasir doğum evlərində və klinikalarda lazım olan sterillik təmin olunur.
- Gecikmiş toksikoz (hestoz) çox ağır hamiləlik patologiyasıdır. Hestoz zamanı bir çox orqanlarda (ürək, beyin, böyrəklər, qara ciyər və s.) ciddi pozulmalar yaranır ki, bu pozulmalar hamiləlik zamanı, doğuş zamanı və doğuşdan sonra qadının ölümünə səbəb ola bilər. Hestoz tam sağlam qadınlarda inkişaf edə bilər. Hestoz zamanı qadın orqanizmində olan bütün damarların spazmı inkişaf edir. Bu spazm nəticəsində qan orqanizmin orqan və sistemlərinə oksigeni və qidalı maddələri normal miqdarlarda çatdıra bilmir və bu müxtəlif və çox ciddi pozulmalara (böyrək çatışmazlığı, insult və s.) səbəb olur. Məhz bu səbəbdən qadın hamiləlik zamanı daim həkimlərin nəzarətində olmalı və hestoza ilk şübhələr yarandıqda lazım olan müalicə almalıdır.
- Emboliya. Bu ağır fəsadı proqnozlaşdırmaq olduqca çətindir. Emboliya zamanı dölyanı maye qana düşərək ürəyə çata bilər ki, bunun nəticəsində ürəyin damarlarında güclü spazm, damarın tutulması kimi hallar yaranır. Bu isə bir çox hallarda ölümə səbəb olur. Dölyanı maye qana qeysəriyyə kəsiyi əməliyyatı zamanı, hamiləlik və ya doğuş zamanı uşaqlığın yırtılması nəticəsində, dölyanı qişaların patologiyaları zamanı düşə bilər. Xoşbəxtlikdən, bu çox nadir patologiyadır.
- Narkoz. Qeysəriyyə kəsiyi əməliyyatı zamanı istifadə olunan anesteziya qadının ölümünə səbəb ola bilər.


Şərhlər: 19
Baxılıb: 2908
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
Allah iraq etsin
15 may 2016 18:20
# 19
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Eliyeva Turkane
Menimde yaxinim ovladini sehf analiz cavabi ucbatindan itirdi..İstdeyirem ki buda gundeme gelsin..Niye analizlerin cavabi yalnis olur.?
29 fevral 2016 13:36
# 18
Nisa
ALLAH butun hamile qadinlara komey olsun.Amin.Men keyser olmadan bir gun qabaq bir gelin 18ilden sonra ana olmusdu.Yaziq gelin evine gedeceyi gun vefat etsin.Getsin o gun gelmesin onun sesin esitmisdim havalanmisdim helede qulaqlarimdan getmir.ALLAH rehmet etsin butun usaq uste olen analara.Amin.
12 yanvar 2016 02:18
# 17
masha
mende bele olmusam qaxaxmayla / qanaxma dayanmadi emeliyyat oldum iceride infeksiya saldilar yene emliyyat oldum Allah butun qadinlarimizi sag salamt dardan qurtarsin
20 aprel 2015 09:28
# 16
Dosta_inam
beli bu hallar çox olur axir vaxtlar,ancaq hekimin sehlenkarliğida ola biler,ancaq bezi hamile xanimlarimiz yoxlanmir hekim müayinesinden keçmir,((( ağrim yoxdursa demeli her şey yaxşidir ))) deyib keçirler,eziz hamile xanimlarimiz heyatiniza bigane qalmayin yoxlanin her şeyin heqiqeten yaxşi olduğuna emin olun,Allah bütün hamile xanimlara körpesini xeyirlisi ile qucağina almaği nesib etsin,amin inşaallah,her birine Yaradan özü dayaq dursun,amin.
20 aprel 2015 08:03
# 15
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Qlamurr
Düzdü son vaxtlar doğuş vaxtı ana ölümünün sayı artıb,bu da ya həkim səhlənkarlığının ,ya da ananın vaxtında müyainələrdə olmaması ilə bağlıdır.
20 aprel 2015 00:46
# 14
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
emis
Allah uzaq elesin gündə belə bir xəbər eşidirik. Ya ana ya uşaq həyatını itirir doğuş zamanı bununda səbəbi ananın məsuliyyətsizliyi dir. Ya da bizim həkimlərin məsuliyyətsizliyi allah heç kimin başına belə bir şey gətirməsin ata üçün seçim eləmək pis şeydir uşağını mi seçsin yoxsa qadinimi.
19 aprel 2015 23:42
# 13
vipbetul
bu gun cox esidirik ki doqus zamani analar fevat edirler tesufki bunlarda hekimlerin duzgun yoxlamamalarindandir coxsu.Allah uzaq elesin
19 aprel 2015 21:22
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Meleknur
Ele hallar coxalib normal doguw yoxda qeyseriye olurlar bundanda ola biler saglamnola ola normal doguw olmur
19 aprel 2015 21:21
# 11
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Fialka
Çox təəssüflər olsun ki, doğuş zamanı dünyasını dəyişən qadınlar az deyil, yaxşı olar ki, müntəzəm şəkildə əvvəlcədən həkim müayinəsindən keçsinlər və Allah bütün ana olmağa hazırlaşan qadınları azad etsin sağsalamat şəkildə amin.
19 aprel 2015 20:41
# 10
Nur k-off
Allah uzaq etsin faciyedir mence rayonumuzda axir vaxtlar coxalib bu problem
19 aprel 2015 20:15
# 9
SVETA
Rakella
Allah hec bir ovlada bunu gostermesin
19 aprel 2015 19:17
# 8
Impossible is not a word,it's just a reason for someone not to try
Catwoman666
artiq dogus zamani olum hallari coxalib bunda hekim savadsizligininda bezen rolu var
19 aprel 2015 19:11
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
BARBI
hamilelikde bele hallar cox olur ona gore riskli hamilelikde her zaman ehtiyat etmek lazimdir
19 aprel 2015 19:05
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Baharim ol
Butun hamileler sag salamt qurtarsinlar. AMin.hamilelikden qabaq yoxlanib hamile qalmaq en yaxsisidi
19 aprel 2015 19:00
# 5
Ama yenede
aliceWOnDer
ay heqqiqetende cox pisdi ve yaman cox olur bu
19 aprel 2015 18:29
# 4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Nezka
Axır vaxtlar Azərbaycanda geniş yayıılıb
19 aprel 2015 18:16
# 3
İçimi görsən mənə aptek alarsan.
Nergız33
Allah bütün hamilelere kömey olsun.
19 aprel 2015 18:10
# 2
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Tomris Müslümova
onunda ( heart ) anasi dogus zamani olub.allah gostermesin
19 aprel 2015 18:03
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz