Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik zamanı sidikdə zülalın artması
Hamiləlik zamanı sidikdə zülalın artması
Göndərən: emis
Şərhlər: 11
Baxılıb: 1949
Səs ver:
Hamiləlik zamanı sidiyin analizi çox vacib analizlərdən biri sayılır və müntəzəm olaraq hamiləliyin əvvəlindən axırına kimi verilir.

Analiz verdikdən 1 gün əvvəl duzlu, kəskin və həmçinin zülallarla zəngin olan qidaları (ət, yumurta və s.) qəbul etmək, güclü fiziki və psixoloji yüklənmələrə məruz qalmaq olmaz ki, bu analizin nəticələrinə təsir etməsin.

Sidik sübh tezdən (birinci sidik) steril qaba yığılmalıdır. Sidiyi yığdıqdan əvvəl qadın yaxşı yuyunmalıdır ki, sisiyə uşaqlıq yolundan və anusdan mikroblar düşmısin. Qaba "orta" sidik yığılır. Bu nə deməkdir? Əvvəl qadın ilk 3 saniyə ərzində sidiyi unitaza ifraz etməlidir və sonra isə orta sidiyi qaba yığmalıdır. Sidik tez bir zamanda (yığdıqdan sonra 2 saat ərzində) laboratoriya çatdırılmalıdır. Bütün sadaladığımız qaydalara dəqiq riayət etmək lazımdır ki, analizin nəticələri maksimal dəqiq olsun.

Analiz zamanı sidikdə zülalın olub-olmamasına xüsusi diqqət yetirilir. Normada hamilə qadının sidiyində zülal olmamalıdır. Lakin zülalın çox cüzi miqdarda olması da (0,14 q/l) həkimlər tərəfindən normanın variantı kimi qəbul olunur və təhlükəli sayılmır. Məsələ burasındadır ki, hamiləlik zamanı qadının böyrəkləri, bir çox digər orqan və sistemlər kimi, güclü yüklənmələrə məruz qalır. Qadının böyrəkləri həm onun özünün, həm də dölün orqanizmlərində əmələ gələn parçalanma məhsullarını, toksinləri və digər zərərli maddələri orqanizmdən xaric etməli olur.

Bəzi hallarda hamilə qadının böyrəkləri bu yüklənmələrə tab gətirməyə bilər. Nəticədə  qadının sidik analizində zülalın kəskin artması aşkar olunur. Bu hal tibbdə "proteinuriya"  adlandırılır. Hamilə qadının sidiyində zülalın artması müşahidə olunduqda, ona təkrar sidik analizləri təyin olunur. Bunun nəticəsində zülalın artmasının dinamikasını izləmək, onun daim və ya "birdəfəlik" artmasını təyin etmək mümkün olur. Hamilə qadının sidiyində zülalın artması həqiqətən "birdəfəlik" xarakter daşıya bilər. Bu güclü psixoloji stress, fiziki gərginlik, bəzi dərmanların qəbulu və ya tərkibində çoxlu miqdarda zülal olan qidaların qəbulundan sonra mümkündür. Zülalın belə "birdəfəlik" artması isə, təbii ki, qadının səhhəti və hamiləliyin gedişatı üçün heç bir təhlükə yaratmır və müalicə tələb etmir.

Həqiqi proteinuriya isə sistit, pielonefrit, qlomerulonefrit kimi böyrək və sidik kisəsi xəstəliklərinin əmələ gəlməsi və ya kəskinləşmə zamanı baş verə bilər.

Bundan əlavə hamilə qadında hipertoniya, şəkərli diabet, böyrək çatışmazlığı, böyrək və ya sidik yolları infeksiyaları, böyrəklərin polikistoz xəstəliyi sidikdə zülalın artmasına səbəb ola bilər.

Sidikdə zülalın artmasına səbəb olan ən təhlükəli hal hestoz sayılır. Hestoz qadında yalnız hamiləlik zamanı inkişaf edir və uşaq dünyaya gəldikdən sonra keçir. Hestozun digər əlamətləri arasında - arterial təzyqinin artması, ödemlərin əmələ gəlməsidir.

Hestoz hamiləlik toksikozlarının təhlükəli formasıdır. Hestoz zamanı böyrəklərin fəaliyyətində ciddi pozulmalar baş verə bilər ki, nəticədə ciftin də funksiyaları pozulur. Nəticədə cift öz müdafiə funksiyalarını yerinə yetirmir, uşaq anadan ona lazım olan qidalı maddələrini və oksigeni almır. Bu isə uşağın inkişafdan qalmasına, vaxtından tez doğuşa, uşağın ölü doğulmasına səbəb ola bilər.

Hestoz bir çox vaxtlarda xüsusi müalicə tələb edir. Bu zaman qadın xəstəxanaya yerləşdirilir və burada daim həkimlərin nəzarətində olur.

Hamiləliyin axırında inkişaf etmiş hestoz vaxtından tez doğuşun stimulyasiyasına göstəriş ola bilər. Həkimlər buna ana və uşağın həyatının xilas olunması naminə getməli olurlar.


Şərhlər: 11
Baxılıb: 1949
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
hamile xanimlarcin lazimli xeberdi
13 aprel 2015 23:06
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Luna-90
Bele problemim olmuyub ancaq agir problemdi
13 aprel 2015 22:43
# 10
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
ayan97
Hamilelikde zulal problemi cox olur. Duz qeyd olunub gerek vaxt vaxtinda muayine olunsun hamile qalan xanim
13 aprel 2015 21:52
# 9
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Fialka
Bu haqda məlumatım var, sonda qeyd olunan xəstəlik haqda isə bilmirdim . Yaxşı olar ki, hamilə qadınlar müntəzəm şəkildə həkim nəzarətində olsunlar.
13 aprel 2015 19:45
# 8
Nur k-off
Qadinlar hamile olduqlari zaman muntezem olaraq ginekoluq nezaretinde olmalidir
13 aprel 2015 19:02
# 7
SVETA
aliceWOnDer
Bəlği hamiləlikdə zulal probləmi olur ciddi problemdi
13 aprel 2015 18:35
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
BARBI
Hamilelikde zulal problemi cox ciddi bir problemdir hekime getmek lazimdir
13 aprel 2015 18:33
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Menim balam
Şükür Mende zülal problemi olmayıb .
13 aprel 2015 18:27
# 4
arzum-aysum
ikinci hamileliyimde zulal normadan hardasa 15-20 defe artmışdı. bayira qip qırmızı gedirdim
13 aprel 2015 18:21
# 3
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Sara035
Cox wukur zulalim yoxdu analizlerim temiz cixdi.hamilelikde hec istemirem iyne derman allaha qurban olum hekimim hecne yazmadi vitaminden bawqa.Her bir qadina qismet olsun hamilelik hissi
13 aprel 2015 18:21
# 2
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
Nezka
Hamilə xanımlar sağlmlıqlarına çox ciddi nəzarət etməlidirlər
13 aprel 2015 18:02
# 1
İçimi görsən mənə aptek alarsan.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz