Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamilə gəlinlərə məsləhət: qaynananıza qulaq asmayın
Hamilə gəlinlərə məsləhət: qaynananıza qulaq asmayın
Göndərən: Menim balam
Şərhlər: 11
Baxılıb: 1871
Səs ver:
Hindistanın Andra Pradeş ştatında bir çox hamilə qadınlara məsləhət görürlər ki, onlar papaya və balqabaq kimi meyvələri yeməsinlər, çünki bu, çox "isti” qidadır. Gucarat ştatında isə süd, qatıq və banandan çəkinməyi məsləhət görürlər, çünki bunlar da "çox soyuqdur”. Qidanın bu cür "isti” və "soyuq” bölgüsü bütün Meksika boyunca da yayılıb. Orada hamilələrə pomidor, yumurta və avakado yemək məsləhət görülmür.
 
Tanzaniyanın bəzi yerlərində hamilə qadınlar ət yeməkdən çəkinirlər, çünki qorxurlar ki, doğacaqları uşaq yedikləri heyvanın xasiyyətlərini götürsün. Bütün Afrika boyunca guya yumurta yeməkdən qısırlıq törəndiyi barədə inam geniş yaylılıb. Bir çox Afrika və Asiya icmalarında belə bir səhv fikir geniş yayılıb ki, guya döşlə əmizdirməni doğuşdan bir neçə gün sonrayadək təxirə salmaq olar və guya doğuşdan dərhal sonra döşdən gələn bulamanı çağaya yedirtmək olmaz.
 
"Hamiləlik və Qidalanma" adlı tövsiyələr kitabının redaktoru, professor Carol Lummi-Keefe deyir ki, belə məsləhətlərin kökünü kəsmək çətindir, çünki bu məsləhətləri qadınlara çox vaxt onların inandıqları insanlar verirlər. Ekspertlər onlara nə desələr də, "hər halda yad insanlardır", deyib, daha çox ana və qaynanalarına inanırlar.
 
Bunun qarşısını almağın yollarından biri bu ola bilər ki, hamilə qadınlıara fərdi, elmi baxımdan əsaslandırılmış pəhriz məsləhəti verilsin. Bu, Yeni Zelandiyadakı Oklend Universitetində Milli Böyümə və İnkişaf Mərkəzinin direktoru, professor Phil Bakerin məqsədlərindən biridir. "Hazırda bizim hamilə qadınlara verdiyimiz məsləhətlər çox ümumidir və yerdən-yerə ziddiyyətlidir… Uzunmüddətli məqsəd bu olmalıdır ki, hamiləlik fəsadlarının ən çox olduğu yerlərdə məsləhətlərin işlənib hazırlanması üçün ucuz başa gələn sınaqlar keçirilsin".
 
Bol meyvə-tərəvəz yeyin – gündə azı beş dəfə tərkibində zülallar olan qida - ət, balıq, yumurta, qoz və paxla, həmçinin kalsiumla zəngin süd və qatıq yemək mühümdür. Skumbriya və sardina kimi yağlı balıqlar xeyirlidir, lakin bunlardan köpək balığı və qılınc-balıq kimi balıqları yeməyin. Çiy yumurtadan, çiy ətdən, çiy molyuskadan və hər cür pasta və əzmələrdən uzaq durun. Bakerin fikrincə, bətndəki şərait dölün davamlı sağlamlığı üçün uzunmüddətli təsirlərə malikdir və uşağın bətndə qidalanmasının optimallaşdırılmasının həyati əhəmiyyəti var. Linda Geddes deyir ki, elə məhz buna görə də ziddiyyətli məsləhətlər təhlükəli ola bilər: "Hamilə qadınlar çox həssas olurlar. Çox vaxt bu onların ilk hamiləliyi olur və bətnlərindəki uşaq üçün hər şeyi etmək istəyirlər. Bətndəki uşağa hər hansı bir şəkildə ziyan dəyəcəyi barədə fikrin özü onlar üçün dəhşətlidir. Elə bu da onları kommersantların, qorxulu əhvalatların əsirinə çevirir".
 
Əlbəttə, heç də bütün media xəbərləri dəhşətli deyil. 2014-cü ildə Finlandiyadakı Helsinki Universitetinin professoru Katri Raikkonen şokolad yeməklə şad-xürrəm uşağın doğulması arasında bağlılığı araşdıran təhqiqatının nəticələrini dərc edib. Bu araşdırmaya medianın hay-küylü təbliğat reaksiyasına baxmayaraq, elə birincisi, Raikkonenin özü vurğulayıb ki, şokolad yeməklə xoşbəxt bir uşaq doğmaq arasındakı əlaqə elmi baxımdan isbat olunmayıb. Bununla belə, alim qadın qeyd edir ki, şokoladın inkişafda olan dölə təsirini ağlabatan şəkildə göstərən "bioloji mexanizmlər" mövcuddur. Burada dolayısı ilə, psixoloji əlaqə ola bilər. Ola bilsin ki, hamilə qadın şokolad yeyərkən yaxşı hisslər keçirdiyi üçün bu hissiyyat onun bətnindəki uşağı da müsbət təsirləndirir. Çox cəlbedici səslənir, amma bu barədə elmi konsensus aydındır: qaynananıza çox da qulaq asmayın və şokolad da daxil, internetdən oxuyub öyrəndiyiniz hər şeyə o saat inanmağa tələsməyin.


Şərhlər: 11
Baxılıb: 1871
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
hekim meslehetiyle hereket etmek lazimdi
7 aprel 2015 16:17
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tatyana
mene kim ne deyirdi tam eksini edirdim,yalniz hekimin dediyine emel edirdim
6 aprel 2015 23:21
# 10
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
KRALİCEM
Mendede olub off xesdelikdi eyy ozderini cox bilmis gosderirler
6 aprel 2015 22:46
# 9
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Fialka
Maraqlı və qeyri adi inanclardı , hamilə qadınlara sadəcə həkim doğru məsləhəti verə bilər .
6 aprel 2015 20:30
# 8
Dosta_inam
Mene bu sözleri deyen oldu.ancaq heç birine önem vermeyib.daşdan yumşaq ne vardisa canim çeken onu da yemişem.Allaha çox şükür ele qizlarim var gül parçasi kimi.heç bir problem yoxdu çox şükür.her deyilene inansaydim.bu güne gelib çixmazdim.teşekkür
6 aprel 2015 19:47
# 7
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Luna-90
Afrikalilarin fikri xosuma geldi sudu 3-4gun sonra vermek.men hamile olanda seher ac qarina kok+cugundur+alma soku 10 gun icirdim.sonra seher bal icirdim.gun erzinde sud tvaroqu cox yeyirdim birde seher 8de havada gezirdim birde axsam yatmazdan evvel uzaq mesafeni piyada gezirdik.
6 aprel 2015 19:32
# 6
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
arzum-aysum
bu cur inanclarla menim de basimin etini yeyib baldizimla qaynanam. ay baliq yeme hamile vaxti usaq balıq agiz olacaq, qara ciyere el vurma usaqda leke olacaq, saftali yemə tüklü olacaq. inan mazol olmuşdum taaaa
6 aprel 2015 19:13
# 5
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
aliceWOnDer
etiyac yoxdu
6 aprel 2015 19:05
# 4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Qlamurr
Hamilələrə hərə bit məsləhət verir,onu ye belə olacaq ,yox bunu yesən uşaq belə olacaq,qətiyyən bu cür məsləhətlərə inanmıram və qəti əleyhinəyəm,ən yaxşısı həkimin məsləhətidi.
6 aprel 2015 18:50
# 3
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
BARBI
Hamilelikde hec kime qulaq asmaq olmaz yalnizca hekimle meslehetlesmek lazimdir
6 aprel 2015 18:42
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Marta
heqiqet var:)
6 aprel 2015 18:22
# 1
Немного терпения, и у тебя все получится..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz